1news.az

Müdafiə naziri Hərbi Liseydə aparılan təmir-tikinti işlərini gedişini yoxlayıb - FOTO

16 Avqust saat 16:35 ~ 1 dəqiqəlik oxu 111
Müdafiə naziri Hərbi Liseydə aparılan təmir-tikinti işlərini gedişini yoxlayıb - FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olaraq əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.

Müdafiə Nazirliyindən 1news.az  verilən məlumata görə, Z.Həsənov inşaatın gedişatı ilə bağlı verilmiş tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Nazir kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlər barədə də müvafiq göstərişlər verib.

1news.az  

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net