Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar

16:09 - 17 / 07 / 2018
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar

İlkin araşdırmalar onu göstərir ki, Gəncədə terror aktlarını törədənlər din pərdəsi altında gizlənmiş cinayətkar elementlərdir.

1news.az  xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən müşavirədə deyib.

M.Qurbanlı bildirib ki, Gəncə hadisələrinin arxasında dayanaraq həmin ssenarisini hazırlayanların əsas məqsədi bu cinayətlər vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və Azərbaycanın müstəqilliyinə xələl gətirmək olub:

“Lakin bu ssenarini həyata keçirmək istəyənlər, eyni zamanda, onun icraçıları tam iflasa uğradılar”.

Komitə sədri vurğulayıb ki, bu hadisələri törədənlərin İslama və müsəlman aləminə heç bir aidiyyəti yoxdur: “Bu cinayəti törədənlər Azərbaycan əleyhinə olan dairələrin nümayəndələridir və bunların cinayəti cəzasız qalmayacaq”.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din modeli var: “Azərbaycanda dövlət-din modeli Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Azərbaycan dünyəvi dövlətdir və bununla bərabər Azərbaycan dövləti dinimizə, İslami dəyərlərə həddindən artıq və hərtərəfli diqqət və qayğı göstərir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bizim ölkəmizdə bütün dinlərə və xalqlara eyni cür yanaşılır. Ona görə də Azərbaycanın tolerant, multikultural dəyərləri həm İslam dünyasına, həm də bütün dünyaya örnək olaraq öyrənilir və təqdir edilir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda dini mühitdə böyük bir sabitlik var və ölkədə heç zaman din üzərində qarşıdurma olmayıb: “Biz imkan verməməliyik ki, Azərbaycanda kimlərsə din adı altında hansısa qruplarda gizlənərək cinayətlər tprətsinlər, müstəqilliyimizə, ictimai-siyasi sabitliyimizə təhdidlər yaratsınlar”.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

1news.az  

Paylaş:
409

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər