Mübariz Əhmədoğlu: Türkmənistan Azərbaycanı TƏPH-in tikintisinə cəlb edə bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Türkmənistan Azərbaycanı TƏPH-in tikintisinə cəlb edə bilər

10:06 - 16 / 01 / 2018
Mübariz Əhmədoğlu: Türkmənistan Azərbaycanı TƏPH-in tikintisinə cəlb edə bilər

Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəmərinin Əfqanıstan hissəsini tikməyə hazırlaşır. TƏPH kəmərinin tikintisinin yubadılması Türkmənistanın siyasi davranışının nəticəsidir. Bütün layihələrlə bağlı vəd verməyi xoşlayan Aşqabad reallaşma prosesini hədsiz çox yubadır.

1news.az  xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib

Onun sözlərinə görə, indiki halda yubanma iki ciddi təhlükə ilə rastlaşıb: "Birincisi, Əfqanıstan-Türkmənistan sərhədində təkcə talibançılar deyil, İŞİD də xeyli aktivləşib. Türkmənistanın Əfqanıstanda realaşdırdığı layihələrə "Taliban"ın münasibəti müsbət olsa da, İŞİD-in Türkmənistanla həmsərhəd regionlarına gəlməsinin qarşısını ala bilmir və ya almaq istəmir. Bu təhlükəni neytrallaşdırmaq məqsədilə prezident Q.Berdıməhəmmədov Rusiya  prezidenti V.Putinə zəng edərək RF-i TƏPH layihəsində iştiraka dəvət etdi. Məhz İŞİD-çilərin aktivliyinə görə RF bu layihədə iştiraka maraq göstərmədi.

İkincisi, İranın Hindistana qaz kəməri çəkmək planlarıdır. Türkmənistan üçün işi riskli edən odur ki, Rusiya İranın Hindistana çəkdiyi qaz kəməri layihəsində ən əsas tərəfdaşdır. Hindistanın qaz bazarı böyükdür. Əgər Rusiya və İran Hindistan bazarına İran qazını daha tez çıxaracaqlarsa, bu bazarda onların daha üstün mövqeyini təmin edəcəkdir. Türkmənistan ya Hindistanın içərilərinə doğru daha bir neçə yüz kilometr qaz kəməri çəkməlidir, ya da qiymətdə güzəştə getməlidir".

Politoloq hesab edir ki, Türkmənistanın xarici siyasəti normal düşünülmüş siyasət olacaqsa, o, bu vəziyyətdən çıxa bilər: "Qazaxıstanın TƏPH–də marağı var. Digər variant Azərbaycanla əlaqəlidir. Azərbaycanın həm Əfqanıstan, həm də Pakistanla çox gözəl siyasi münasibətləri var. Hər iki ölkə Azərbaycanla iqtisadi əlaqələrə böyük ümidlə yanaşırlar. Azərbaycanla iqtisadi və kommunikasiya əlaqələri qurmaq üçün xeyli resurs cəlb ediblər. Türkmənistan TƏPH-in tikintisinə Azərbaycanı cəlb etmək məqsədilə danışıqlara başlasa, faydasını görər. Təbii ki, Türkmənistan Azərbaycana qarşı səmimi siyasət aparmalıdır. Xəzər dənizində ərazi iddiasını kəskinləşdirməkdən əl çəkməli, özünü Azərbaycanın və Türkiyənin düşməni elan etmiş Ermənistanla münasibətlərini emosionallıqdan çıxarıb real praqmatik məcraya yönəltməlidir".

1news.az  

Paylaş:
662

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər