Mübariz Əhmədoğlu: Tonoyan ABŞ-da yaşayacaq ilk və yeganə Ermənistan müdafiə naziri ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Tonoyan ABŞ-da yaşayacaq ilk və yeganə Ermənistan müdafiə naziri ola bilər

10:30 - 24 / 04 / 2019
Mübariz Əhmədoğlu: Tonoyan ABŞ-da yaşayacaq ilk və yeganə Ermənistan müdafiə naziri ola bilər

Vurnuxan Tonoyan Gədəbəydən Naxçıvan istiqamətinə keçdi.

Bir neçə gün öncə erməni mətbuatı D.Tonoyanın və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyanın cənub-şərq istiqamətinə yəni, Azərbaycan Respublikasının Gədəbəy istiqamətinə səfər etdikləri barədə məlumatlar yaymışdı; Orada vurnuxur, hansısa hərbi əməliyyat hazırlayır. Amma görünür Tonoyan başa düşür ki, Gədəbəy (Başkənd, Artsvaşen) istiqamətindəki “müharibə” ilə o, Qərbin diqqətini cəlb edə bilməz. Vaxtı ilə Naxçıvan istiqamətində baş verən proseslər həqiqətən Qərbdə ciddi maraq yaratdı və bunu başa düşən Rusiya Ermənistanın Naxçıvan və Türkiyə istiqamətində olan IV və V ordularını birləşmiş ordu adı ilə özünə tabe etdi.

Tonoyan başa düşür ki, Qərbin diqqətini cəlb etməkdən ötrü hərbi təxribatlar yalnız Naxçıvan istiqamətində olmalıdır. Çünki bu təxribat artıq Ermənistanla Azərbaycan arasında olmayacaq, həm də bu təxribata Türkiyə də qoşula bilər, dövlət sərhədində olduğu üçün Rusiya da Ermənistanı müdafiə edəcək. Müdafiə etməyəcəksə Rusiya hörmətdən düşəcək. Ona görə D.Tonoyan qəflətən qoşunların şimal-şərq hissəsinə səfər etdi, orada raket hərbi hissələrini ayağa qaldırdı və atışlar həyata keçirdi. Bununla da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində və Ermənistan-Türkiyə sərhədində hərbi təxribatlara hazırlığını nümayiş etdirdi.

David Tonoyan Ermənistanın Baş nazirinin mövqeyində baş verən dəyişiklikləri, ATƏT MQ həmsədrlərinin qəbul etdiyi bəyanatları, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqeyin R.Köçəryan və S.Sərkisyanın mövqeyinə nisbətən güzəştli olduğunu dərk etmək istəmir. Paşinyan sadəcə ritorika ilə özünü Dağlıq Qarabağ məsələsində hərbi yolun tərəfdarı kimi göstərir. Amma reallıqda onun atdığı addımlar ATƏT MQ-nin Dağlıq Qarabağ üzrə hazırladığı variantı Dağlıq Qarabağ ermənilərinə və sonra da Ermənistan xalqına qəbul etdirməkdir.

Görünür D.Tonoyanın artıq yeni sahibləri var və D.Tonoyan üçün bu sahiblər N.Paşinyandan daha güclüdür. D.Tonoyan Amerikada yaşaya biləcək ilk və yeganə Ermənistan Müdafiə naziri olacaqdır və D.Tonoyanın da məqsədi budur.

Rusiya bütün bunları görməli, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tədricən çıxarılmasına nail olmalıdır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
598

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər