Mübariz Əhmədoğlu: Serj Sərkisyanın son günlərdəki davranışı onun kimliyini xarakterizə etdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Serj Sərkisyanın son günlərdəki davranışı onun kimliyini xarakterizə etdi

10:36 - 25 / 04 / 2018
Mübariz Əhmədoğlu: Serj Sərkisyanın son günlərdəki davranışı onun kimliyini xarakterizə etdi

Serj Sərkisyanın davranışı Ermənistanın müstəqillik dövründəki siyasəti və bu siyasətin Qərb tərəfindən qəbul olunması barədə kifayət qədər mühüm mənbə oldu:

ı. Serj Sərkisyan Nikol Paşinyanla görüşdə cəmi 3 dəqiqə duruş gətirə bildi. Bu onun özgə fikrə dözümsüzlüyünün bariz nümunəsidir.

ıı.S.Sərkisyan N.Paşinyanı 2008-ci ilin 1 mart qırğınlarından düzgün nəticə çıxarmamaqla hədələdi. N.Paşinyan1 mart qırğınları zamanı həbs olunanlardan biri idi. Xocalıda azərbaycanlıların soyqırımını törədən Serj Sərkisyan həm də 2008-ci ilin martında erməni xalqını da qırğın edib. Amma S.Sərkisyanın qırğınları 2008-ci ilin 1-i martı ilə bitmədi. S.Sərkisyanın dövründə həm qoşunların təmas xəttində, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Ermənistanın daxili siyasi proseslərində kifayət qədər erməni ölüb. Əgər AŞPA-dakı çıxışı zamanı Xocalı soyqırımını törətməsi ilə öyünən S.Sərkisyana vaxtilə avropalı siyasətçilər “dur” desəydilər bəlkə də ermənilərin əlavə ölümünün qarşısını ala bilərdilər.

ııı. S.Sərkisyan N.Paşinyanla görüşdən dərhal sonra onu və digər iki müxalifətçi deputatı həbs etdirməklə qan tökməyə hazırlaşdığını göstərdi. Sadəcə qısa müddət ərzində mitinq iştirakçılarının sayı 5000 nəfərdən 100 minə çatması S.Sərkisyanı bu fikrindən daşındırdı.

ıv. S.Sərkisyan kifayət qədər hirsli yaydığı müraciətdə özünün həm savadsızlığını, həm də ümumiyyətlə səviyyəsizliyini nümayiş etdirir. Amma eyni zamanda o da bəlli olur ki, S.Sərkisyan yenidən hakimiyyətə qayıtmağa cəhd edəcək. Əgər parlament seçkiləri və s. ilə qanuni yollarla hakimiyyətə qayıda bilməsə də S.Sərkisyan Ermənistanda hökmən qeyri-formal hərbi qruplaşma yaradacaq.

1. S.Sərkisyanın N.Paşinyanla görüşündən sonra baş verən hadisə S.Sərkisyanın daxili aləmini və öz ətrafında yaratdığı auranı çox yaxşı xarakterizə etdi. Ermənistan prezidenti Armen Sərkisyanın köməkçisi Asmik Poqosyan mətbuat üçün ayrıca bəyanat yaydı ki, guya N.Paşinyan prezident Armen Sərkisyanın sözünü baş nazir Serj Sərkisyana olduğu kimi çatdırmayıb. Bəlkə də başqa vaxtda bu fikri müəyyən kinayə ilə qarşılamaq olardı. S.Sərkisyanın fikrincə, A.Sərkisyanın sözünü ona məhz N.Paşinyan çatdırmalıdır. Başqa sözlə, Ermənistan prezidenti yaşda Serj Sərkisyandan böyük, savad, nəsil, kök və Qafqaz ənənələrinə görə S.Sərkisyandan qat-qat irəlidə olan prezident Armen Sərkisyan N.Paşinyanla apardığı danışığın mətninin mahiyyətini S.Sərkisyana çatdıra bilməyib.

Amma daha dramatik orasıdır ki, N.Paşinyan prezident Armen Sərkisyanla etdiyi bütün danışıqları mitinqdə səsləndirdi və bütün erməni mətbuatı da bunu yazdı. N.Paşinyan açıq dedi ki, baş nazir S.Sərkisyanla görüşdə yalnız onun istefa vermə mexanizmini müzakirə edəcək. Belə alınır ki, Serj Sərkisyan hətta mətbuatı da oxumur.

Serj Sərkisyanın ətrafındakı köməkçiləri də ölkədə baş verənlər barədə ona məlumat vermir.

S.Sərkisyan öz savadsızlığı və səviyyəsizliyi, ətrafında yaratdığı izolyasiya mühiti ilə özünü bədbəxt elədi. Bu elə də böyük məsələ deyil. S.Sərkisyan elə bədbəxt idi. Müəyyən bir dövr xoşbəxt olmuşdu, yenidən öz layiq olduğu bədbəxtçilik kreslosuna qayıtdı. Amma işdə orasındadır ki, o erməni xalqını da bədbəxt edib.

Ehtimal ki, Ermənistanda bundan sonra vəziyyət o qədər də yumşaq olmayacaq. Siyasi müstəvi kifayət qədər qəlizləşəcək. Çünki N.Paşinyan bütün siyasi məhbusların azad olunmasını tələb edir. Jirayr Sefilyan azadlığa çıxacaqsa bu artıq Ermənistandakı etirazlara həm Qarabağ məsələsini yenidən gətirəcək, həm də zor elementlərini daxil edəcək.

N.Paşinyan baş nazirliyə əgər özünü təqdim edəcəksə bu da Ermənistanda əlavə gərginlik mənbəyi olacaqdır.

Ən yaxşısı hal-hazırda Serj Sərkisyanın erməni xalqı ilə səmimi olması, parlamentin son iclasında miqrasiyanın səbəbi ilə bağlı publik deyə bilmədiklərini və Dağlıq Qarabağ tənzimlənməsindəki real vəziyyəti erməni xalqına çatdırmasıdır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri

Paylaş:
515

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər