Mübariz Əhmədoğlu: Rusiya XİN ölkəsindəki ermənilərin anti-Azərbaycan köklənməsini nəzərə almır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rusiya XİN ölkəsindəki ermənilərin anti-Azərbaycan köklənməsini nəzərə almır

12:50 - 14 / 03 / 2019
Mübariz Əhmədoğlu: Rusiya XİN ölkəsindəki ermənilərin anti-Azərbaycan köklənməsini nəzərə almır

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı olan ermənilərin Bakıya girişinə məhdudiyyətlər qoyulması məsələsini yenidən aktuallaşdırıb.

Bütün dünya, o cümlədən Mariya Zaxarova üçün ermənilər çox sivil adamlardır, amma  hətta “azərbaycanlı”  və “türk” kəlmələri eşidəndə ermənilər tam dəyişirlər. Ermənilər, xüsusuilə Rusiyadakı ermənilər  RF-i anti-Azərbaycan hesab edirlər. Bunlar və ermənilərin anti-Azərbaycan əhval-ruhiyyəsinin Moskvadan qaynaqlanması barədə düşüncələri rəsmi Moskvanı zərrə qədər maraqlandırmır. Bu, ermənilərin Türkiyə ilə münasibətinə də aiddir. Moskvada “Xeyirxah meşə” şirkətinin baş direktoru 43 yaşlı Artur Mirzoyan 2014 cü ilin avqustunda Moskvanın mərkəzində Türkiyə səfirliyinə güllə atdı. O, bir müddət öncə ehtiyac üzündən ailəsini götürüb dolanmaq üçün Moskvaya gəlmişdi.  Və yaxud  2013 -cü ildə Podmoskovyedə 18 Rusiya vətəndaşını avtobus qəzasında öldürən “Kamaz” sürücü Qratsya Arutyunyanın məhkəmə prosesində əcaib hadisələr baş verdi. Amma bu əcaib proseslər içərisində ən əcaibi Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün onun həbs müddətinin 6 ay azaldılması oldu. Rusiyanın bəzi məhkəmələri Azərbaycan torpaqlarının işğalında iştirak edənləri Böyük Vətən Müharibəsində iştirak edənlərə (çeçen müharibəsinin iştirakçısı kimi) bərabər tutur.

Cənubi Qafqazda erməni-müsəlman, erməni -azərbaycanlı münaqişələri yalnız Osmanlı imperiyası və İrandan ermənilər bu regiona köçürüldükdən sonra başlayıb.

Erməninin Azərbaycana gələrkən hadisə törətməyəcəyinə heç kim zəmanət verə bilməz. Ermənilərin azərbaycanlılara və türklərə qarşı terror etmələrinin yaşı müsəlmanın canlı bombasından daha çoxdur.

Rusiya vətəndaşı olaraq ermənilər Bakıda hər hansı hadisə törətsələr bu Azərbaycan-Rusiya münasibətlərinə daha çox zərbə vura bilər. Azərbaycan-Rusiya münasibətlərinin inkişafını az qala bütün ermənilər faciə kimi qəbul edirlər.  Kreml, RF XİN Rusiyadakı ermənilərin Azərbaycana qarşı münasibətini dəyişdirməsinə diqqət ayırsaydı, daha faydalı olardı. M.Zaxarovanı Rusiya-Azərbaycan münasibətlərini korlamaqda ittiham etmək fikrimiz yoxdur. Amma  obyektivliyin M.Zaxarova üçün də baş ucalığı olmasını dəqiq bilirik. 

Mübariz Əhmədoğlu 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
252

Son xəbərlər

Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02PAŞA Qrup şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTO15 / 04 / 2024, 14:58
Bütün xəbərlər