Mübariz Əhmədoğlu: Rəsmi Yerevan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini aktuallaşdırdı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rəsmi Yerevan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini aktuallaşdırdı

09:56 - 24 / 05 / 2019
Mübariz Əhmədoğlu: Rəsmi Yerevan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini aktuallaşdırdı

Bir qrup rusiyalı jurnalist Yerevanda olarkən ER Xİ naziri E.Mnatsakanyana Rusiyanın hərbi bazası ilə əlaqəli sual verdilər və Mnatsakanyanın verdiyi izahlı cavabı hələlik “yox” anlamında olmalı idi. Maraqlı cəhət belə sualın indi gündəliyə gətirilməsindədir.

Rusiyalı jurnalisti təcrübəsizlikdə ittiham etmək mümkün deyil. Rusiya Xarici İşlər Nazirliyi jurnalist nümayəndə heyətinin Ermənistana səfərinin təşkilatçısıdırsa, adətən əvvəlcədən belə sualların tərtibi müzakirə olunur. Ola bilər Rusiya jurnalistlərinin səfərini  Ermənistanın Rusiyadakı səfirliyi və ya Moskvada yaşayan imkanlı ermənilərdən biri təşkil edib. Belə sual verməyi də məhz onlar özləri  təşkil ediblər. Rusiya bayrağını tapdayan şəxsin qubernator təyin edilməsi, Fransa vətəndaşı, keçmiş Mədəniyyət naziri, kəskin  anti-Rusiya mövqeyə malik Nazenin Qaribyanın MDB strukturlarında Ermənistanın təmsilçisi kimi təyin olunması əslində anti-Rusiyaçılığın yeni dalğasının N.Paşinyan tərəfindən başlandığını göstərir və bu məsələnin uzun müddət davam edəcəyinin də işarəsidir. Ehtimal ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mövzusu Serj Sərkisyanın N.Paşinyana kuratorluğu ilə əlaqədardır.

S.Sərkisyan prezidentliyi dövründə çox kəskin anti-Rusiya siyasət apardı, amma bunu ermənisayağı qaydada reallaşdırdı. S.Sərkisyan açıq şəkildə bildirdi ki, SSRİ dövrü ermənilər üçün cəhənnəm olub, S.Sərkisyan qürurla bildirdi ki, Dağlıq Qarabağ məsələsi SSRİ-nin dağılmasında əsas müstəvilərdən biri olub, “Şərq Tərəfdaşlığı Proqramına” kifayət qədər anti-Rusiya fonu da o verdi. Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mövzusu dəfələrlə müzakirə edildi. Bu müzakirələrdə Avrasiya İqtisadi Komissiyasının sədri, Ermənistanın keçmiş Baş naziri Tiqran Sərkisyan da iştirak etdi. S.Sərkisyan dəfələrlə Avropa İttifaqının rəhbərləri ilə Şimali Qafqazda vəziyyətin gərginləşməsi yollarını müzakirə edib. “Çərkəz soyqırımının” tanınması məsələsi S.Sərkisyanın dövründə xeyli aktual idi. İndi N.Paşinyan Rusiyaya yaltaqlanmaqla yanaşı, bayrağı tapdalayan qubernatoru işdən çıxarmaq istəmir, hətta anti-Rusiya şəxsi MDB strukturlarının birində Ermənistanın təmsilçisi kimi təyin edir. Bunlar təsadüfən baş verməyib. Hadisələrin təsadüfən üst-üstə düşməsi də deyil.

ABŞ-la Ermənistan arasında ciddi müzakirələr gedir. Beləliklə artıq istiqamət aydındır. Rusiya N.Paşinyanın S.Sərkisyanın  kursunu davam etdirməsinin qarısını almalıdır. Çünki indi Rusiya üçün təhlükələr heç də əvvəlki dövrlə müqayisədə azalmayıb. Ermənistanın anti-Rusiyaçılığının kökündə Rusiyadan vaxtilə aldıqları dayanır. Rusiyanın Ermənistana verdikləri  onu qudurdub. Rusiya Ermənistana verdiklərini geri almağa başlamalıdır. Bu, Zəngəzurun Azərbaycana qaytarılmasından  və sonra da Dağlıq Qarabağın işğaldan azad olunmasından başlayan bir proses olmalıdır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
632

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər