Mübariz Əhmədoğlu: Qarabağ tənzimlənməsində Vaşinqton Moskvanı üstələyə bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Qarabağ tənzimlənməsində Vaşinqton Moskvanı üstələyə bilər

14:08 - 21 / 05 / 2019
Mübariz Əhmədoğlu: Qarabağ tənzimlənməsində Vaşinqton Moskvanı üstələyə bilər

Dağlıq Qarabağ tənzimlənməsi ətrafında maraqlı dinamika yaranıb. Münaqişənin tənzimlənməsində Vaşinqton Moskvanı üstələyə bilər.

ABŞ dövlət katibinin müavinin yardımçısı C.Kent Yerevanda erməni jurnalistlərin suallarına cavab verərkən Dağlıq Qarabağ tənzimlənməsində ərazi bütövlüyü prinsipinin prioritetliyini bəyan edib: Millətlərin öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü çərçivəsində reallaşdırılmalıdır.

ABŞ-ın Ermənistandakı səfiri L.Treysi də maraqlı açıqlamalar verdi. Səfir Dağlıq Qarabağ tənzimlənməsində optimizmə əsas olduğunu bildirdi və onun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin görüşü qoşunların təmas xəttində gərginliyi azaldır və yaxınlaşma istiqamətində əlavə də addımlar var. Amma bu əlavə addımın nə olduğunu açıqlamadı. Ehtimal ki, bu Vaşinqtonda Xarici İşlər nazirlərinin görüşü zamanı Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminə dair ikitərəfli sənədin imzalanmasıdır.

Əslində, elə bu özü Ermənistanın Vaşinqtonu Moskvadan üstün tutduğunu göstərən ən bariz misaldır. 2016-cı il aprelin 5-də Moskvada Rusiya Müdafiə Nazirliyinin himayəsi altında atəşkəs rejimi ilə bağlı Ermənistan və Azərbaycan rəsmiləri  arasında ikitərəfli razılaşma əldə olundu. Sonradan bu razılaşmanı RF Xİ naziri S.Lavrov dandı; Aprelin 21-də Yerevana gələn kimi RF XİN saytı 1994-95-ci illərdə  atəşkəs rejimi ilə bağlı imzalanmış üçtərəfli müqavilələrin müddətsiz qüvvədə olduğunu açıqladı. İndi isə yayılan məlumatlara görə isə rəsmi Yerevan Dağlıq Qarabağın iştirakı olmadan Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında atəşkəs rejimi ilə bağlı ikitərəfli müqavilənin imzalanmasına razılıq verib və bu müqavilə məhz Vaşinqtonda imzalanmalıdır. L.Treysi gənclərlə keçirdiyi görüş əsasında açıqladı ki, erməni gənclərinin Dağlıq Qarabağ tənzimlənməsinə baxışı dəyişib. Beləliklə bu vaxtadək ermənilərin ortalığa qoyduğu gələcək nəsillər Qarabağ probleminin, Azərbaycanın nə olduğunu bilməyəcək tezisi iflasa uğradı. L.Treysinin dediyindən anlaşılır ki, Ermənistan gəncliyi Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini başa düşür və Dağlıq Qarabağın ermənilərə məxsus olmadığını da anlayıb.

Paşinyanın anti-Rusiya niyyətlərinin üzə çıxması fonunda Vaşinqtona belə maraq, o cümlədən Ermənistan Təhlükəsizlik Şurası katibinin Tramp administrasiyasında yüksək çinli rəsmilərlə Dağlıq Qarabağ məsələsini müzakirə etməsi göstərir ki, Ermənistan məhz Vaşinqtonun xatirinə Dağlıq Qarabağ məsələsində irəliləyişə hazırdır. Əvəzində 8 milyard dollarlıq investisiyanı istəyəcəkdir.

Vaşinqton  görüş üçün orijinal format hazırlaya bilər. 2014 cü idə Fransa prezidenti F.Olland 2 gün ərzində Ermənistan və Azərbaycan prezidentlərinin müxtəlif  şəraitdə 5 dəfə təmas-müzakirəsinə nail olmuşdu.

Vaşinqton iki ölkənin Xİ nazirlərini də əlavə etməklə Azərbaycan və Ermənistan liderləri bir neçə mərhələli görüşlər formatı hazırlaya bilər. Əsas məqsəd tənzimlənmənin praktiki başlanğıcına şərait yaradan sənədin imzalanması ola bilər.

    Paşinyanın “Şuşa yallısı” əks-inqilabı rəsmiləşdirdi.

Ermənistanın baş naziri N.Paşinyan mayın 9-da Şuşanın işğalının qeyd olunması tədbirlərində iştirak etdi. Onun bu tədbirdə iştirakı bir sıra parametrlər üzrə Ermənistanın əvvəlki rəhbərlərinin iştirakından fərqlənirdi:

1. N.Paşinyan mayın 8-də deyil, mayın 9-da Dağlıq Qarabağa gəldi. Mayın 8-də o, özünün hakimiyyətə gəlməsinin 1 illiyi ilə əlaqədar Yerevanda mətbuat konfransı keçirtdi. Ermənilər üçün mayın 8-də Şuşada olmaq prinsipial məsələdir.

2. N.Paşinyan həyat yoldaşı və 3 qızı ilə gəlmişdi və Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlu Aşot onu aeroportda qarşılayanlar sırasında idi. N.Paşinyan daha çox ailəvi olaraq oğluna baş çəkməyə gəlmişdi.

3. N.Paşinyan Dağlıq Qarabağa gəlməzdən əvvəl artıq qondarma qurumun separatçı rəhbəri B.Saakyan və onun eks-həmkarı A.Qukasyan Yerevanda həbsxanada olan qondarma qurumun separatçı eks-rəhbəri və Ermənistanın eks-prezidenti R.Köçəryanın zaminə buraxılması ilə bağlı Ermənistan prokurorluğuna müraciət etmişdi. Burada hüquqi-siyasi nüanslar çoxdur. Ən azı bu bir daha göstərdi ki, Dağlıq Qarabağ özünü Ermənistanın tərkib hissəsi kimi hiss edir və yaxud Ermənistan Dağlıq Qarabağın idarəedicisi kimi qəbul edilir.

N.Paşinyanın qondarma qurumun 2 qondarma qurumun separatçı rəhbərinin  bu müraciətinə münasibəti də artıq kifayət qədər əlavə siyasi nüans yaratdı. N.Paşinyan üçün maraqlıdır ki, niyə görə Dağlıq Qarabağın qondarma rəhbəri Manvel Qriqoryanın deyil, R.Köçəryanın həbsdən azad olunmasını istəyirlər. M.Qriqoryan da Dağlıq Qarabağ uğrunda döyüşüb və indi də hal-hazırda həbsdədir. Əslində ermənistanlı və qarabağlı bölgüsü demək olar ki, yeni çalarını məhz bu andan etibarən aldı. Çünki Qarabağ klanın fikrincə, M.Qriqoryan qarabağlı deyil. M.Qriqoryan da elə N.Paşinyan kimi Levon Ter-Petrosyanın tərəfdarlarından biridir. Ter-Petrosyanın 2 ardıcılı öz aralarında hansısa məsələni çözə bilməyiblər. İndi Paşinyan M.Qriqoryandan onun qisasını alır. R.Köçəryandan N.Paşinyanın qisas alması isə onun məhz qarabağlı olduğu üçündür.

4. N.Paşinyan rəsmi tədbirlərdən daha çox qeyri rəsmi tədbirlərə meyllidir, ona görə də onun tədbirlərə qatılmasını Şuşada “Yallı” rəqsi ilə xarakterizə etdilər. N.Paşinyan eynəyini mühafizəsinə verərək sanki “Yallı” gedənlərə ehtiraslı şəkildə hücum çəkdi. Bu N.Paşinyanın qeyri-ciddi və ya yüngül əxlaqlı adam imicini formalaşdırdı.

5. Dağlıq Qarabağın “Təhlükəsizlik şurasının rəhbəri” S.Balasanyanın N.Paşinyanı publik ələ salması da diqqəti çəkir.

Ümumiləşdirməni isə N.Paşinyan Dağlıq Qarabağdan Yerevana qayıtdıqdan sonra verdi. O, bildirdi ki, Dağlıq Qarabağda kimlərsə əks-inqilab etmək istəyirlər, amma əks-inqilabı beşiyindəcə inqilaba çevirəcəkdir. Reallıqda isə bu artıq mümkün deyil. Mayın 8-də 1 illiyini qeyd edən N.Paşinyan üçün mayın 9-dan etibarən zamanın əksinə sayılması başlandı. R.Köçəryan zaminə buraxıldı. N.Paşinyanın R.Köçəryanı yenidən həbs etdirməsi mümkündür. Ermənistan prokurorluğu məhkəmənin R.Köçəryanın azadlığa buraxma qərarından şikayət verib. Amma N.Paşinyanın Dağlıq Qarabağ məsələsindəki qeyri-müəyyənliyi Dağlıq Qarabağ tənzimlənməsinin tərəfdarları arasında onun dəstəyini azaldır, ekstremistlərin arasında ona düşmənçiliyi artırır.

N.Paşinyan üçün geriyə sayım başladı. Bu geriyə sayım Ermənistanda, o cümədən Dağlıq Qarabağ erməniləri arasında xaosla xarakterizə olunacaq. Dünyanın daha yaxşı vaxtında ermənilər dövlət qura bilmədilər. Növbəti xaos mərhələsində isə ermənilərin dövlətlərini qoruyub saxlayacaqları çox ciddi şübhə altındadır. Bəlkə də N.Paşinyanın qarşısındakı missiya Ermənistan dövlətçiliyini dağıtmaqdır.

Mübariz Əhmədoğlu 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Paylaş:
756

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər