Mübariz Əhmədoğlu: Paşinyanın oğlu Tonoyanın əlində girovdur | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanın oğlu Tonoyanın əlində girovdur

10:42 - 18 / 06 / 2019
Mübariz Əhmədoğlu: Paşinyanın oğlu Tonoyanın əlində girovdur

Ermənistanda baş verən proseslərdə müxtəlif duetlər özünü aydın şəkildə göstərir. Bəzən bir-birinə zidd görünsə də reallıqda müasir Ermənistanın idarəetmə strukturu demək olar ki, duetlərdən ibarətdir.

Belə duetlərdən biri Paşinyan-Tonoyan duetidir. Əslində bu dueti aşkara çıxaran N.Paşinyanın özü oldu. D.Tonoyan ABŞ-da olarkən “yeni ərazilər əldə etmək üçün yeni müharibələr” tezisini ortalığa qoydu və sonradan N.Paşinyan bunu aşkar şəkildə dəstəklədi. N.Paşinyanın fikrincə, əgər D.Tonoyan belə deməsəydi, fərqli desəydi o, onu işdən çıxarardı. ATƏT-in Minsk Qrupu həmsədrləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti ilə təmasda isə Paşinyan tam tərs mövqedədir, dinc tənzimlənməni prioritet elan edir. Az keçmiş bəlli oldu ki, D.Tonoyanın ABŞ-da verdiyi bu bəyanatın arxasında daha çox ABŞ-dakı erməni icmasından pul toplamaq dayanır və o da bəlli oldu ki, N.Paşinyanın həyat yoldaşı Anna Akopyan ABŞ-a pul toplamağa gedəcək. Sonradan bəlli oldu ki, ABŞ-dakı erməni icması Anna Akopyana demək olar ki, pul vermədi, cəmi 1milyon dollar pul vəd verildi. Onun da 600 dolları  proqram reallaşdıqdan sonra verilmədir. Yəni, Anna Akopyan 600 min dollar pul tapmalı, uşaq bağçaları ilə bağlı hansısa humanitar layihəni reallaşdırmalıdır. Sonra ABŞ-dakı fondlardan biri ona bu məbləğdə pulu verəcək. Toplanan 500 min dolların özü də kifayət qədər şübhə altındadır. Ən yaxşı halda Anna Akopyan ABŞ-dan 500 min  dollar pul gətirdi və bu pulla Azərbaycan ərazisini işğal etmək mümkün deyil. Anna Akopyanın özünün müxtəlif “cib xərcləri” var.

Paşinyan-Tonoyan duetində maraqlı dinamika var. N.Paşinyanın reytinqi aşağı düşdükcə D.Tonoyanın hərbi nazir kimi siyasətə müdaxiləsi, qətiyyəti artır. Tonoyanın atdığı addımların səbəbi isə Baş nazirin oğlunun hərbi xidmətdə olmasıdır.

N.Paşinyanın oğlu Aşot Paşinyanın hərbi xidmətdə olması artıq kifayət qədər siyasiləşmiş məsələdir. Dağlıq Qarabağın içərisində “gəzmədiyi” hərbi hissə yoxdur. N.Paşinyan oğlunun Xankəndində (Stepanakert) qondarma qurumun Müdafiə Nazirliyinin binasında xidmət etməyə çalışırdı və buna da nail oldu. Buna da maneçilik törədən Levon Mnasakanyanı işdən də çıxardılar. Sonra bəlli oldu ki, ümumiyyətlə Aşot Dağlıq Qarabağda xidmət edə bilməz, Yerevana gətirdilər. İndi hal-hazırda o, Ermənistandakı hərbi hissələrin birində xidmətdədir və D.Tonoyan istənilən anda  bu hərbi hissədə istədiyi vəziyyəti yarada bilər. Beləliklə Aşot Paşinyan Ermənistan ordusunda olan çoxsaylı qeyri-hərbi itkilərin sayını artıranlardan ola bilər. Məhz buna görə də D.Tonoyan yaranmış vəziyyətdən öz xeyrinə istifadə edir. Çalışacaq ki, Aşot Paşinyanın qalan 6 ay hərbi xidməti dövründə aprel komissiyası işini başa çatdırsın və gəldiyi nəticələr D. Tonoyanın maraqlarına ziddiyyət təşkil etməsin. Əks-təqdirdə Paşinyanın nəsli kəsiləcəkdir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
517

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər