Mübariz Əhmədoğlu: Paşinyanın mövqeyi tam məntiqsizdir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanın mövqeyi tam məntiqsizdir

13:51 - 16 / 08 / 2018
Mübariz Əhmədoğlu: Paşinyanın mövqeyi tam məntiqsizdir

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyi tam məntiqsizdir.

N.Paşinyan Tavuş vilayətini gəzərkən Ermənistanın dinc danışıqlara hazırlaşması üçün vaxta ehtiyaclı olduğunu bildirdi. Həm də N.Paşinyan danışıqların normal kontekstdə davamını arzulayır. Bunu ön şərt kimi irəli sürür. Amma danışıqların normal konteksti deyəndə nəyi nəzərdə tutduğunu açıqlamır. Danışıqlar həmişə normal şəraitdə aparılır. Hər bir görüşün gündəliyini isə iki tərəf-Azərbaycan və Ermənistan müəyyənləşdirir. Ona görə N.Paşinyan əvvəlcə görüşə razılıq verməlidir, sonra görüşün təşkilati, texniki və gündəliyinə olan tələblərini açıqlamalıdır.

N.Paşinyan həm də Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində bütün ssenarilərə hazır olduğunu bəyan etdi. N.Paşinyan hərbçilərin valideynlərinə əsgərlikdə olan övladlarına yemək, siqaret və alt paltarı göndərməyi qadağan etsə də onun bu qadağası işləmədi. Qadağasının işləmədiyini özü etiraf etdi. Əksinə, müqaviləli hərbçilərə  hərbi hissələrin yemək verməsi dayandırıldı. N.Paşinyan ordunu alt paltarla təmin etmək məsələsini toxuculuq sənayesi üzrə sahibkarlara tapşırdı. Həftədə ən azı 3 dəfə Ermənistan ordusunda korrupsiya ilə bağlı məlumatlar açıqlanır. Bu, Ermənistan ordusunun vəziyyəti. Amma N.Paşinyanın fikrincə, acınacaqlı vəziyyətdə olan erməni ordusu Azərbaycan ordusunu məğlub edə bilər.

Danışıqlarla da bağlı N.Paşinyanın mövqeyi tam məntiqsizdir. Ermənistanda çoxsaylı problemlərin olması əvvəlcədən bəlli idi. N.Paşinyanın 100 günlük hakimiyyəti dövründə Ermənistanda problemlərin sayı azalmayıb, əksinə artıb. Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki qədər gərgin olmayıb. Bu artıq N.Paşinyanın öz dövlətinə ayı xidmətidir. Ermənistanı problem məngənəsindən çıxarmağa N.Paşinyana vaxtın  lazım olduğu başa düşülür. Ona görə ən yaxşı variant belədir: N.Paşinyan Ermənistanın problemləri ilə məşğul olmalı və buna paralel olaraq Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqları da davam etdirməlidir. Əgər danışıqlar davam etdirilməyəcəksə beynəlxalq aləm N.Paşinyan hökumətinin çağırışlarına lazımi reaksiya verməyəcək.

N.Paşinyanın problemlərinin həlli kursuna maneçilik etmədən, Dağlıq Qarabağ danışıqlarının davamı ssenarisi mümkündür: Ermənistan danışıqların davamını Dağlıq Qarabağın erməni icmasına həvalə edir. Azərbaycan tərəfi isə bu işi Dağlıq Qarabağın azərbaycanlı icmasına tapşırır. N.Paşinyan Ermənistanın problemlərini müəyyən rels üstünə qoyduqdan sonra yenidən danışıqlar stolu arxasına qayıdır. N.Paşinyan bu variantı inkar edir və ya görmək istəmir. Belə başa düşür ki, o görmürsə demək başqaları da görmür. Başqa sözlə, dəvəquşu halı yaranır; Balaca başını kolluğa soxan dəvəquşu elə başa düşür ki, onun iri bədənini də heç kim görmür. Eyni qaydada N.Paşinyanın ordusu barədə də demək olar. N.Paşinyan düşünür ki, onun ordusundakı problemləri də hamı onun kimi qulaqardına vurur.

N.Paşinyanın beynəlxalq məsələlər üzrə köməkçisi Arsen Xaratyan “Sivilnet” internet kanalına verdiyi müsahibədə rəhbəri kimi intellektual kasıblıq nümayiş etdirdi. Dağlıq Qarabağ danışıqlara tərəf kimi qatılmalıdır, amma bunu üçün tərəflərin razılığı lazım deyil. Danışıqların əhatəsini genişləndirmək məqsədilə ictimaiyyət nümayəndələrinin, o cümlədən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqa qoşulması üçün isə tərəflərin razılığı lazımdır. A.Xaratyan sübut etdi ki, Corctaun, Harvard və s. dünyanın ən məşhur universitetlərində təhsil almaq da ermənini sonadək ağıllandıra bilməz. Ona görə  onun da davranışı dəvəquşu siyasəti ilə müqayisə etmək olar.

N.Paşinyan və A.Xaratyanın timsalında dəvəquşu siyasətinin ardıcıllarının sayı artdı.

Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində uzun müddətdir məhz bu kursu aparıb. Bu kurs N.Paşinyanı hakimiyyətə gətirib çıxardı. N.Paşinyanın siyasətinin davamı isə Ermənistan dövlətçiliyinin bu regiondan  rədd olmasına gətirib çıxaracaqdır.

Cənubi Qafqaz regionunda ermənilər olsa da, Ermənistan dövləti və erməni xalqı olmayıb. Rusiyanın yaratdığı “Kiçik Ermənistan”dan indi Moskva narazıdır. Kreml Ermənistan dövlətinin taleyi ilə məşğul olacaq və bununla da regional təhlükəsizliyə və inkişafa ən ciddi töhfəsini vermiş olacaqdır. MDB məkanında Rusiyanın siyasəti məhz Ermənistan faktoruna görə bünövrədən əyri qurulub. Haçansa Rusiya bu əyriliyi düzəltməlidir.

Ermənistan XİN NATO-nun Brüssel sammitinin daha antierməni tezisini  bəyəndi. 

NATO tədbiri çərçivəsində Ermənistanın baş naziri N.Paşinyanın Brüsselə səfəri Dağlıq Qarabağ kontekstindən daha çox diqqət cəlb edir. 2008-ci ildən başlayaraq NATO sammitləri Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın istədiyini vermir. NATO ərazi bütövlüyü prinsipinin dəstəklənməsini prioritet elan edir. Bu səbəbdən prezident S.Sərkisyan NATO sammitlərində iştirak etmirdi. Yalnız 2014-cü il Uels sammitində iştirak etdi. Burada da əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak idi. Amerika tərəfinin təşkilatçılığı ilə təşkil olunan Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə ABŞ prezidenti B.Obamanın iştirakı anons edilsə də, sonradan onu dövlət katibi C.Kerri əvəzlədi.

N.Paşinyan NATO-ya səfərə hazırlaşarkən əsas vurğu da məhz NATO sammitinin yekun sənədində Dağlıq Qarabağ tənzimlənməsinə münasibət üzərində qurulmuşdu. NATO-nun Dağlıq Qarabağla əlaqəli tezisi Ermənistanı qane etməyəcəyi təqdirdə N.Paşinyan Brüsselə səfər etməyəcəkdi. NATO sammitinin yekun sənədində Dağlıq Qarabağ mövzusu əvvəlki sammitlərə nisbətən daha antierməni şəkildə qoyulmuşdu:

ı. Ərazi bütövlüyü və dövlət suverenliyi prinsipi dəstəklənir.

ıı. “Dağlıq Qarabağ termini” istifadə olunmur.

ııı. ATƏT MQ-nin fəaliyyətinə istinad olunmur.

ıv. Cənubi Qafqaz və Moldovadakı münaqişələrin həllinə vahid yanaşma ortalığa qoyulur.

NATO sammitinin sənədi əvvəlcədən hazırlandığı üçün N.Paşinyan hələ Yerevanda olarkən bu sənəddə Dağlıq Qarabağ məsələsini hətta əvvəlki sammitlərə nisbətən Ermənistanın ziyanına olduğunu bilirdi. Amma buna baxmayaraq o sammitdə iştirak etdi. Paradoks orasındadır ki, Ermənistan XİN NATO sammitinin Dağlıq Qarabağ tənzimlənməsindəki bu mövqeyini Ermənistanın maraqlarına cavab verən mövqe kimi tanıdı.

Ermənistan rəsmilərinin bəyəndiyi Aİ-Ermənistan sənədlərində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün baza sənədi kimi 2009-cu il Yenilənmiş Madrid Prinsipləri götürülür. Bu sənədin birinci maddəsinin tələbinə görə Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

1news.az

 

 

Paylaş:
820

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər