Mübariz Əhmədoğlu: Paşinyana olar, Kopırkinə yox?! | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyana olar, Kopırkinə yox?!

09:53 - 27 / 06 / 2019
Mübariz Əhmədoğlu: Paşinyana olar, Kopırkinə yox?!

Rusiyanın Ermənistandakı səfiri S.Kopırkinin eks-prezident R.Köçəryanla görüşü Ermənistanın siyasi palitrasının yeni rəng çalarlarını üzə çıxardı.

Əslində bu köhnəliyin yeni aranjemanıdır: Ermənistanda ictimai şüur kütləvi psixoz halında məqsədyönlü şəkildə həqiqətləri inkar edir, yalnız özünə aid olanlarını ideallaşdırır. Səhv etmirəmsə, faşizm elə belə olur. Kopırkinin Köçəryanla görüşməsi Ermənistanın yüksək siyasi eşelonunda çaxnaşma yaratdı. Baş nazir N.Paşinyanın kölgəsi rolunda çıxış edən parlamentin spikeri A.Mirzəyan rusiyalı səfirin XİN-ə çağırılmasını tövsiyə etdi. XİN buna ehtiyac görmədi. Çünki S.Kopırkinin eks-prezident R.Köçəryanla görüşməsi Vyana konvensiyalarına uyğundur. A.Mirzəyan təkid etdikdən sonra Ermənistan XİN S.Kopırkini səfirliyə çağırdı. Maraqlıdır ki, A.Mirzəyan N.Paşinyanın komandasında həm də “beyin” rolunu icra edir. A.Mirzəyanın da beyni bu ilin əvvəlində N.Paşinyan Moskvada olarkən Nikita İsayevlə görüşünü yadında saxlamamışdı.

N.Paşinyan Ermənistanın Baş naziridir, N.İsayev isə Amerikanın Rusiyada yaratdığı liberal müxalifətin liderlərindən biridir. “Yeni Rusiya” adlı fonda başçılıq edir. “Yeni Rusiya” dedikdə V.Putinin Rusiyasından fərqli Rusiya nəzərdə tutulur. N.Paşinyanın bu addımına Ermənistandakı “məxməri inqilab”ın Rusiyaya ekstrapolyasiyası prizmasından yanaşmaq ən düzgünüdür. Bu bütün prizmalardan qadağan olunmuş addımdır. Ermənilər isə özlərini Rusiya üzərində güclü  hesab edir. Erməni təhtəlşüuruna görə rus xalqını sivilləşdirən Konstantinopol Patriarxının qızı, milliyyətcə erməni Anna olub.

Başqa sözlə, indiki rus xalqı ermənilərə borcludur. Ona görə də ermənilər Rusiya ərazisinə daxil olan kimi özlərinin vəziyyətin sahibi kimi aparırlar. Nə qədər lazımdırsa pul qazanırlar, nə qədər lazımdırsa öldürürlər. SPİD kimi rus xalqının immunitetini məhv etdikləri üçün rus xalqı  ermənilərə qarşı müqavimət göstərməkdə, onların davranışını dərk etməkdə acizdir. Belə vəziyyətin nə qədər davam edəcəyi də ruslardan deyil, ermənilərdən asılıdır. SSRİ-nin dağılmasında ermənilərin aktiv iştirakını R.Köçəryan və S.Sərkisyan kimi liderlər bir neçə dəfə etiraf ediblər. SSRİ-nin dağılmasında ermənilərin iştirakı rus ictimai şüurunu ayıltmayıbsa, digər ayıldıcı parametr ağılımıza gəlmir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
658

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər