Mübariz Əhmədoğlu: Paşinyana Azərbaycanın Prezidenti qarşısında səmimi olmağı tövsiyə edirik | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyana Azərbaycanın Prezidenti qarşısında səmimi olmağı tövsiyə edirik

12:54 - 12 / 12 / 2018
Mübariz Əhmədoğlu: Paşinyana Azərbaycanın Prezidenti qarşısında səmimi olmağı tövsiyə edirik

MDB –nin Sankt-Peterburq qeyri-formal sammitində Azərbaycan respublikası Prezidenti İ.Əliyev və Ermənistanın baş nazir əvəzi N.Paşinyan əsir və girovların “Hamnın hamıya” prinsipi ilə dəyişdirilməsini müzakirə ediblər.

Paşinyan bunu “Dağlıq Qarabağ höküməti” ilə müzakirə edəcəyini bildirib. Ermənistanın baş nazir əvəzi N.Paşinyan yalan danışır:

1. 2018 –ci ilin 2 -6 noyabr tarixlərində N.Paşinyanın Dağlıq Qarabağa səfərində ehtimal ki, əsas məqsədi D.Əsgərov, Ş.Quliyev və E. Hüseynzadəni Şuşa həbsxanasından azad edib, Yerevana gətirmək idi. N.Paşinyan Dağlıq Qarabağa bu səfərinə komanda ilə getmişdi, komandada olan bəzi şəxslərin birbaşa hərbi xarakterli məsələlərə aidiyyəti yox idi. Səfərin strukturu da hərbi təyinatlı məsələlərin birinci sırada olmadığını nümayiş etdirirdi.

2. N.Paşinyanın Dağlıq Qarabağa səfərindən iki gün sonra Dağlıq Qarabağ siyasətçiləri, B.Saakyanın mətbuat katibi və piarçısı D.Babayan Azərbaycanda ermənilərə qarşı vuruşmuş şəxslərin qəhrəmana çevrilməsindən yazdılar və bunu pislədilər. Başqa sözlə, N.Paşinyanın bir neçə gün sonra işlətdiyi “Ramil Səfərovlaşma” terminini Dağlıq Qarabağda “icad” etmişdilər.

3. O vaxtadək N.Paşinyan müdafiə naziri D.Tonoyan ermənilərin hərbi əsir hesab etdiyi K.Kazaryanın yaxında Ermənistana qayıdacağı ilə bağlı ümidli fon yaradırdılar. N.Paşinyanın həyat yoldaşı iki dəfə Berd rayonuna gələrək K.Kazaryanın valideynlərinə baş çəkmişdi. Buna da K.Kazaryanın qayıtmasını qeyd etməyə hazırlıq işi kimi baxmaq olar.

4. N.Paşinyan azərbaycanlı girovları Dağlıq Qarabağ rəhbərliyindən ala bilmədikdən sonra mövqeyini dəyişdi. D.Əsgərovun öldürdüyü ermənilərin qohumlarının D.Əsgərovun azadlığa buraxılmayacağını əsas arqument kimi ortalığa qoydu. Amma biri mayor olmaqla üç polisi öldürən “Sasna srer”çiləri azadlığa buraxarkən öldürülən polislərin qohumlarının rəyini öyrənmədi. Bu mövzunu Ermənistan cəmiyyəti aktuallaşdırsa da, Paşinyan inkar etdi. N.Paşinyanın saxtakarlığının bu məsələdə ən yüksək nöqtəsi Dağlıq Qarabağın icad etdiyi “Ramil Səfərovlaşma” terminindən istifadə etməsidir. D.Əsgərov, Ş.Quliyev Bakıya qayıdan kimi təntənə ilə qarşılanacaqlar və yeni “Ramil Səfərovlara” çevriləcəklər. Bu isə Ermənistana lazım deyil.

5. Noyabrın 20 də isə Əsir, girov və itkin düşənlər barədə yeni idarələrarası komissiyanın yaradılması barədə fərman imzaladı. Əvvəlki komissiyanın ləğv etməyin səbəbini isə izah etmədi. Fərmanda dövlət idarələrinə komissiyanın tərkibinə namizədlərini Müdafiə nazirliyinə təqdim etmək tapşırılırdı. Bu komissiya indiyədək yaradılmayıb.

Arqumentlər yekun nəticəni diqtə edir: “Hamnın hamıya dəyişdirilməsi” məsələsi ilə Paşinyan məşğul olub, sözünə qulaq asan olmayıb və sonra Paşinyan bu mövzuda da yalan danışmağa başlayıb.

Paşinyana hər yerdə yalan danışmamağı,hər zaman səmimi olmağı tövsiyyə edirik. Bu ona Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin qarşısında olarkən xüsusilə vacibdir. Susqvanq vəziyyətində olan Paşinyanın yeganə xilaskarı İ.Əliyev ola bilər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
713

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər