Mübariz Əhmədoğlu: Paşinyan üçün tənzimlənmənin Dağlıq Qarabağın özündən başlanması və sürəti çox vacibdir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan üçün tənzimlənmənin Dağlıq Qarabağın özündən başlanması və sürəti çox vacibdir

12:32 - 21 / 02 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan üçün tənzimlənmənin Dağlıq Qarabağın özündən başlanması və sürəti çox vacibdir

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Ermənistan üçün yeni təhdidlər yaradıb. Söhbət təkcə Ermənistanın qarşısında duran iqtisadi və digər  problemlərindən getmir. Ermənistan məhz Dağlıq Qarabağ probleminə görə çox ciddi tarixi şərəfsizliyə sürüklənir.

Həm İran, həm də Gürcüstan istiqamətində baş verənlər Ermənistanın uydurma da olsa özləri üçün şərəf bildikləri tarixi ləkələyə bilər. Bu baxımdan Paşinyan Dağlıq Qarabağ münaqişəsini tənzimləmək istəyir. Paşinyanı Dağlıq Qarabağ tənzimlənməsinə vadar edən ən əsas səbəblərdən biri Avropa İttifaqının mövqeyidir. Aİ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlanmasını Paşinyandan ən kəskin şəkildə tələb edir. Almaniya və Aİ heç zaman həm ayrı-ayrılıqda, həm də birlikdə Dağlıq Qarabağ tənzimlənməsinə bu qədər böyük maraq göstərməyiblər.

Prezident Armen Sərkisyanın Almaniyaya, az sonra A.Sərkisyanın Münhen Təhlükəsizlik Konfransının 55-ci iclasının təşkilat komitəsinin Minskdə keçirilən yığıncağına və bir müddət sonra Paşinyanın Almaniyaya dəvət olunması, prezident Armen Sərkisyanın Münhen Təhlükəsizlik Konfransında iştirak adı ilə Almaniyada olması Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsinə  marağının artdığının göstəricisidir. Amma təkcə bu deyil.  Münhen Təhlükəsizlik Konfransının sədri Volvqanq İşinger konfransın işini yekunlaşdırarkən diqqətçəkən açıqlama verdi: Prezident A.Sərkisyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar aparmağa razılıq verib. Yüksəkçinli Aİ  rəsmilərinin Ermənistanla təmaslarının sayı xeyli artıb. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 5-ə yaxın Almaniya və Aİ rəsmiləri Ermənistanın və Azərbaycanın Xİ nazirləri ilə görüşdülər.

Bu o deməkdir ki, Aİ və Almaniya Paşinyanın mürəkkəbliklərini başa düşürlər  və ehtiyat variant kimi A.Sərkisyanı Azərbaycanla danışıqlar aparmağa hazırlayırlar. Bu daha etibarlı ola bilər.

Almaniyanın Aİ-ni vasitəçi etmək təşəbbüsü də aktualdır.

Almaniyanın  Dağlıq Qarabağ tənzimlənməsinə artan marağı Almaniya kansleri A.Merkelin Cənubi Qafqaz regionuna səfərindən başlanmışdı.

Geosiyasətin müəyyənedici olması ən çox ehtimal olunandır. Rusiya qazının Avropaya girməsi uğrunda mübarizə aparan A.Merkel bunun əvəzində Aİ -ni Cənubi Qafqazda yeni formatda möhkəmləndirir. Merkelin Azərbaycanda olarkən verdiyi bəyanata görə bunun yolu  Dağlıq Qarabağ tənzimlənməsindən başlayır. Bununla da Merkel RF qazını Aİ-yə buraxdığına balans yaratdığını iddia edə biləcək.

Ermənistanla əlaqəli tarixi rüsvayçılığa yol verməmək, Aİ-dən pul qazanmaq məqsədilə Paşinyan özü Dağlıq Qarabağ tənzimlənməsində aktiv roldadır. Dağlıq Qarabağ tənzimlənməsinin cari mərhələsində Paşinyan üçün 2 məsələ vacibdir:  ı. Tənzimlənmənin sürəti.  Paşinyan bilir ki, əgər tənzimlənmə prosesi yubanarsa, o halda Rusiya və digər dövlətlər ortalığa əlavə variantlar qoya bilərlər. Bəlkə də Münhen Təhlükəsizlik Konfransında Lavrov Mnatsakanyana məhz ona görə Azərbaycanın Xİ naziri ilə görüşməyə icazə vermədi ki, bir az ondan öncə N.Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və münaqişələr üzrə xüsusi təmsilçisi T.Klaarı qəbul edərkən Dağlıq Qarabağın vətəndaş cəmiyyətinin xətti ilə danışıqlar prosesinə qoşulmasına razılıq verməsi idi. Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının görüşü ildırım sürətli variantla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə gətirib çıxara bilər. Münaqişənin belə ildırım sürətli tənzimlənməsi Rusiyaya sərfəli deyil. Eləcə də Paşinyan başa düşür ki, Köçəryanın və Sərkisyanın dəfələrlə atmaq istədiyi addımları indi o, atmalıdır. Köçəryan 1999-cu ildə ATƏT-in İstanbul sammitində Azərbaycan Respublikasının Prezidenti ilə sülh müqaviləsi imzalamağa hazır idi. Ermənistan parlamentindəki terror hadisəsi bunun qarşısını aldı. Eləcə də S.Sərkisyanın prezidentliyi dövründə də Kazan sənədinə son anda təşkilatçı tərəfindən dəyişiklik edilmişdi. Məhz bu dəyişikliyə görə Prezident İ.Əliyev 10 şərt irəli sürdü.  N.Paşinyan Dağlıq Qarabağ tənzimlənməsini çox sürətlə aparmalıdır.

Tənzimlənmə Ermənistandan deyil, məhz Dağlıq Qarabağın özündən başlamalıdır və tənzimlənmənin məsuliyyətini Dağlıq Qarabağ erməniləri özlərinin üzərilərinə götürməlidir. Paşinyan Dağlıq Qarabağdakı Azərbaycana doğru olan meyli bilir. Ona görə də N.Paşinyan gələcəkdə iddia edə bilər ki, Ermənistan deyil, məhz Dağlıq Qarabağ erməniləri özləri Azərbaycana tərəf getdilər.

Ermənistan Moskvanın əlində Gürcüstanın artan anti-Rusiyaçılığını neytrallaşdıracaq vasitədir.

Rusiyanın Gürcüstana münasibətində narahatlıq kifayət qədər göz qabağındadır. Qara dəniz akvatoriyasına Qərbin müdaxiləsi 2 - Ukrayna və Gürcüstan  istiqamətlərində baş verir:

Ukrayna istiqamətində baş verən müdaxiləyə Rusiya özü cavab vermək niyyətindədir. Gürcüstanın hərəkətləri RF üçün dözülməz olur. Amma Gürcüstan ərazisindən cavab vermək üçün isə əsas vasitə Ermənistandır. Suriya kampaniyasında Ermənistanın iştirakı Rusiyanı buna daha da ruhlandırıb. Rusiya istənilən anda Ermənistanı Gürcüstanın üzərinə qaldıra bilər və əgər Gürcüstan ərazisi vasitəsilə Qərb Qara dəniz akvatoriyasında hərbi müdaxiləni genişləndirsə o zaman Ermənistan Cavaxetiya ermənilərinin vəziyyətini əsas götürərək Gürcüstana hücum edəcəkdir.

2011-ci ilin yüklərin monitorinqi müqaviləsinin implimentasiyası RF-Gürcüstan- Ermənistan müstəvisində yeni hadisəni üzə çıxarıb: Rusiya Ermənistana alternativ yol açdığını deyir. RF Xİ nazirinin müavini Q.Karasin Yerevanda bu məsələni açıqladı. Amma eyni zamanda həmin Karasinin kurasiyasında olan Cənubi Osetiyanın Xİ “naziri” alman mətbuatına verdiyi müsahibədə Cənubi Osetiyanın bir hissəsinin hələ də Gürcüstanın tərkibində qaldığını bildirdi və Medoyevin fikrincə, bu ərazilər də vahid Osetiyanın tərkibinə qatılacaq.

Z.Abaşidze və Q.Karasinin fevral ayında keçirilən növbəti görüşündən sonra bəlli oldu ki, Ermənistanın ümid etdiyi yol açılmadı. Bu, Cənubi Osetiyanın Gürcüstana qarşı ərazi iddiaları planın reallaşması ehtimalını artırır. Cənubi Osetiya Gürcüstanın ərazisini işğal etməyə başlayacaq. Bu ərazi Gürcüstanın ermənilərlə məskunlaşmış Cavaxetiya regionu ilə Cənubi Osetiyanın arasındakı ərazidir. Bu ərazi işğaldan sonra Cənubi Osetiyanın  və yaxud Cavaxetiya ermənilərinin nəzarəti altına keçəcək. İşğal aksiyasında Cənubi Osetiya hərbçiləri adı ilə rus hərbçiləri öndə olsalar da, erməni hərbçiləri də vacib rol oynayacaqlar. Gürcüstan ordusunu işə salacağı təqdirdə Ermənistan ordusu Gürcüstanın üzərinə yeriyəcək. Çünki Cavaxetiya erməniləri özlərinin soyqırıma məruz qaldığını iddia edəcəklər və bu məqsədlə Ermənistandan kömək istəyəcəklər. Ermənistan Rusiyanın təkidi ilə hərbisini Gürcüstanın üzərinə yeridəcək.

Rusiya ilə Ermənistan arasındakı son hərbi anlaşmalara- yeni hərbi texnikanın, o cümlədən SU-30 SM qırıcı təyyarələrinin verilməsinə bu prizmadan yanaşmaq daha düzgündür.

Hadisələrin gedişi Gürcüstan rəhbərliyinin davranışından asılıdır. Gürcüstanda siyasi mühitin  böyük bir qismi ermənilərin təsiri altındadır. Gürcüstan rəhbərliyi kifayət qədər ciddi korrupsiya ilə məşğuldur. Gürcüstan rəhbərliyi ölkənin idarəçiliyi ilə normal məşğul olsalar, ermənilərin təbliğatının təsiri altından çıxsalar indi bu böyük təhlükəni aradan qaldıra bilərlər. 2008-ci il avqust hadisələri-5 günlük Cənubi Osetiya müharibəsi zamanı Ermənistanda taxıl və benzin qıtlığı yarandı. İndi Gürcüstan hal-hazırda Ermənistanda belə vəziyyət yaratmaqla Ermənistanla Gürcüstan arasında bir-birinə qarşılıqlı hücum etməmək haqqında müqaviləni imzalatdıra bilər. Yeri gəlmişkən deyək ki, Gürcüstanda bir müddət əvvəl belə müqaviləni imzalamaq aktual idi. Ermənistan razılaşmadı. Rəsmi Tbilisi bundan özü üçün müəyyən nəticə çıxarmalıdır. Düzgün nəticə Ermənistanı işğalçılığın davamından əl çəkməyə vadar edə bilər; Azərbaycanın işğal olunmuş ərazilərindən qoşununu çıxaran Ermənistan, həm də Gürcüstan üçün təhlükəsiz qonşuya çevrilə bilər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
388

Son xəbərlər

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50
Bütün xəbərlər