Mübariz Əhmədoğlu: Paşinyan Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə onun Ermənistan tərəfindən idarə olunduğunu hüquqi cəhətdən sübut etdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə onun Ermənistan tərəfindən idarə olunduğunu hüquqi cəhətdən sübut etdi

10:10 - 15 / 03 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə onun Ermənistan tərəfindən idarə olunduğunu hüquqi cəhətdən sübut etdi

Ermənistanın bu vaxtadək  beynəlxalq aləmdə ən böyük arqumenti Dağlıq Qarabağın, özünü müstəqil şəkildə idarə etməsi, seçkili institutlarının, formalaşmış iqtisadiyyatının və ordusunun  olması idi.

Guya Qarabağda nə varsa onun özünə məxsusdur. Bu arqumentlə Avropa İnsan Hüquqları Məhkəməsində qaldırılmış bir çox iddialara cavab verib. Paşinyan özü də hakimiyyətdə olduğu qısa müddət ərzində dəfələrlə Dağlıq Qarabağın özünü müstəqil idarə etdiyini, Ermənistanın Dağlıq Qarabağa aidiyyətinin olmadığını bildirib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Paşinyanı ifşaedici bəyanatından sonra o, emosional və  tələsik addım ataraq kifayət qədər ciddi səhvə yol verdi. Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirdi. Ermənistan Respublikasının Təhlükəsizlik Şurası konstitusion qurumdur.

Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində Ermənistan vətəndaşları hərbi xidmətdədir. Ermənistan vətəndaşları siyasi və iqtisadi fəaliyyətlə məşğuldurlar. Ermənistanın ayrı-ayrı nazirləri Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfərlər edirlər. Amma bunların hamısına Ermənistan tərəfi müəyyən mənada dəlil tapa bilirdi və bu tapdığı dəlilləri də müəyyən qədər ermənipərəst hesab olunan Qərb siyasiləri, məhkəmələri ermənilərin dediyi kimi qəbul edirdi. Amma indi Ermənistan Respublikasının Təhlükəsizlik Şurasını Dağlıq Qarabağda keçirməsinə başqa ad vermək olmaz: Dağlıq Qarabağ Ermənistan tərəfindən idarə olunur.

Paşinyanın bu cəhdinə beynəlxalq aləmin, xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin reaksiya verməsi vacibdir. Çünki Paşinyan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi üçün problem yaradır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
465

Son xəbərlər

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11
Bütün xəbərlər