Mübariz Əhmədoğlu: Paşinyan Tumanyanın ideyalarını Dağlıq Qarabağ ermənilərinə örnək göstərir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan Tumanyanın ideyalarını Dağlıq Qarabağ ermənilərinə örnək göstərir

12:05 - 22 / 02 / 2019
Mübariz Əhmədoğlu: Paşinyan Tumanyanın ideyalarını Dağlıq Qarabağ ermənilərinə örnək göstərir

Fevralın 19-da məşhur erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edildi. O.Tumanyan son 30 ildə ilk dəfədir ki, Dağlıq Qarabağda təbliğ olunur.

O.Tumanyan Ermənistanda anadan olub, Gürcüstanda yaşamış, Moskvada ölmüş və Ermənistanda dəfn olunmuş milliyyətcə erməni yazıçı-şairdir. Gürcüstan, Ermənistan və Azərbaycanda O.Tumanyanı ilk növbədə Cənubi  Qafqaz xalqlarının hər üçünün dilində yazıb-yaradan Sayat Novanın davamçısı kimi tanıyırlar. Ovanes Tumanyan XX əsrin əvvəlində Cənubi Qafqaz regionunda ermənilərin gürcülərə və azərbaycanlılara qarşı apardığı müharibədəki sülhyaradıcı roludur. O.Tumanyan o zaman at belində öz ermənilərinin yanına gedərək onları gürcülərə və azərbaycanlılara qarşı vuruşmamağa çağırırdı. Cənubi Qafqaz regionuna münaqişəni Osmanlı imperiyasından qovulan, İran imperiyasının tərkibindən köçürülən ermənilər gətiriblər. O.Tumanyan da bunu bilirdi və ona görə daha çox öz xalqı arasında təbliğat aparırdı.

N.Paşinyan O.Tumanyanın yubileyinin Dağlıq Qarabağda keçirtdirməklə, xüsusilə qondarma qurumun de-fakto prezidenti B.Saakyanı o tədbirlərdə oturmağa vadar etməklə barışığın vacib olduğu mesajını çatdırmaq istəyir.   Silva Kaputikyanın 100 illiyinin Dağlıq Qarabağda qeyd olunmaması diqqət çəkir. Kaputikyanın 100 illiyi Paşinyanın diqqətində idi. Amma tədbirlər yalnız Yerevanda keçirildi. Bu, Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsinə daha bir cəhdi kimi dəyərləndirilə bilər

Dağlıq Qarabağ tənzimlənməsinə getməyən Ermənistan tarixi şərəfsizliyə sürüklənəcək. Ermənilər bu torpaqlarda qala bilməyəcəklər. Ermənistan müstəqil dövlətçiliyini itirib, iki iri qonşu dövlətdən hansısa birinin tərkibinə girəcəkdir. Dağlıq Qarabağa Ermənistandan O.Tumanyanın ideyalarının gəlməsi müsbət haldır. Ermənistandan Dağlıq Qarabağa destruktiv ideyalar axını davam edəcəyi təqdirdə Paşinyan özü Laçın koridorunu bağlatdıra bilər. Bəlkə də Paşinyanın xahişi ilə Azərbaycan və Ermənistan ikisi birlikdə Laçın koridorunu bağlasınlar və bununla da O.Tumanyanın ideyalarının Dağlıq Qarabağ erməniləri arasında yayılmasına Ermənistandan heç kəs maneçilik edə bilməsin.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
420

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər