Mübariz Əhmədoğlu: Paşinyan daxili problemlərini həll etmək üçün müharibəyə başlaya bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan daxili problemlərini həll etmək üçün müharibəyə başlaya bilər

10:26 - 21 / 09 / 2018
Mübariz Əhmədoğlu: Paşinyan daxili problemlərini həll etmək üçün müharibəyə başlaya bilər

Nikol Paşinyan qısa müddət ərzində artıq 5-ci dəfə Dağlıq Qarabağa səfər etdi. Sonuncu qəfil səfəri fövqəladə əhəmiyyət daşıyırdı. Nikol Paşinyan ABŞ-a getməyi, Trampla görüşü də arzulayırdı və BMT Baş Assambleyasında çıxışı da planlaşdırılmışdı.

BMT Baş Assambleyasında ilk 3 gün ən vacib hesab olunur. N.Paşinyan bu dövrdə Amerikada olmamasını Yerevan şəhərindəki mer seçkilərində iştirakı ilə əlaqələndirdi. N.Paşinyanın ssenarisinə görə sentyabrın  23-ü səhər səsini verib, sonradan ABŞ-a yola düşəcək. Artıq bu zaman o ABŞ prezidenti D.Trampın keçirdiyi rəsmi qəbulda da iştirak etməyəcək. Paşinyan bəlkə də Trampın keçirdiyi ziyafətə dəvət almayıb, bu çox ehtimallıdır. Paşinyan ABŞ-ın Ermənistanda illər boyu qurduğu siyasətinə dağıdıcı zərbə vurdu. Ona görə Paşinyanın ABŞ-da olarkən ciddi ABŞ rəsmisi ilə görüşməsi və ya ciddi tədbirlərə dəvət alması çox az ehtimallıdır. Bunu bilərəkdən Paşinyan özünü elə göstərir ki, Yerevan seçkisi onun üçün daha vacibdir. Paşinyanın bu versiyasını biz ciddi qəbul etmirik.

Əgər ABŞ-a səfərdən imtina edibsə, Dağlıq Qarabağa səfər edirsə demək bu da Yerevan şəhər merliyinə seçkilərdə ciddi problemlə bağlıdır.

Paşinyanın dəstəklədiyi namizədi əhalinin cəmi 22 faizi dəstəkləyir. 3 ay bundan qabaq Paşinyanın reytinqi 100 faiz idi. 2,5 ay bundan qabaq 94 faiz, təxminən bir ay bundan qabaq 40 faiz, indi isə artıq 22 faizdir. Paşinyanın kifayət qədər sürətlə gerilədiyini görməmək mümkün deyil.

Paşinyan bu dövr ərzində həmişə özünün yalançı vətənpərvərlik şüarlarından istifadə edib, Dağlıq Qarabağ məsələsi ilə ciddi məşğul olan şəxs kimi göstərib. Amma onun verdiyi ziddiyyətli bəyanatlar heç kəsə sirr deyil.

N.Paşinyan BMT Baş Assambleyasının növbəti sessiyasının açıldığı gün ABŞ-da olmaq əvəzinə ayın 18-də Dağlıq Qarabağa gəldi və ön xətdə oldu, hərbi hissələrdə görüş keçirdi. FB-də keçirdiyi canlı yayımda o müharibəyə hazır olduqlarını xüsusi vurğuladı.

Diqqət çəkən məqam da burasındadır ki,  Paşinyan Azərbaycan tərəfindən olunan hücumu dəf etməkdən danışmır, Paşinyan müharibədən danışır.

Deməli Paşinyan Azərbaycan tərəfinə hücuma keçməyə hazırlaşır. Azərbaycan tərəfinin verəcəyi cavabı zərrə qədər şübhə altına almaq lazım deyil. 2016-cı il aprel ayında da indiki müdafiə naziri David Tonoyan təxribata başladı və cavabı da nəticəsi də hamıya bəllidir. İndi də Nikol Paşinyan eyni həmin yolu gedir və nə cavab alacağı da əvvəlcədən bəllidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
344

Son xəbərlər

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59
Bütün xəbərlər