Mübariz Əhmədoğlu: Minsk qrupunun özünü buraxması Qarabağ tənzimlənməsinə onların ən yaxşı köməyidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Minsk qrupunun özünü buraxması Qarabağ tənzimlənməsinə onların ən yaxşı köməyidir

10:20 - 24 / 06 / 2019
Mübariz Əhmədoğlu: Minsk qrupunun özünü buraxması Qarabağ tənzimlənməsinə onların ən yaxşı köməyidir

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü başa çatdı. Həmsədrlər bəyanat yaydı. Bu dişsiz bəyanat həmsədrlərin yaranmış vəziyyətə uyğunlaşa bilmədiyinin aydın sübutudur.

Əvvəla Vaşinqton görüşü iki gecikmə ilə baş tutdu. Vaşinqton görüşünün elan olunması yubandı, planlaşdırılan vaxtda keçirilmədi. Ermənistanın Xarici İşlər Nazirliyi son dövrlərdə Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü ilə bağlı müəyyən alqoritmə riayət edir. O alqoritmə əsasən deyə bilərik ki, Vaşinqton görüşü planlaşdırıldığından təxminən 7-10 gün gecikdirildi.

Gecikməyə səbəb qoşunların təmas xəttindəki vəziyyətin artan gərginləşməsidir. Azərbaycan ordusunun mayoru şəhid edildikdən sonra D.Tonoyanın birbaşa əmri ilə Azərbaycan hərbçisi öldürüldü və Tonoyan bu 2 qətli törədənləri mükafatlandırdı.  Bunun dalınca D.Tonoyan gözlənilmədən qoşunların təmas xəttində hərbi təlim elan etdi. Eləcə də az keçmiş xüsusi təyinatlı qoşun növlərini Tonoyan qoşunların təmas xəttinə topladı. D.Tonoyanın Ermənistandakı vəziyyəti nəzarəti altına götürməsi kursu göz qabağındadır. O, hər şeyi ön xətdən başlayır.

Vaşinqtonun özündə də görüş iyunun 20-sinə elan edilsə də Vaşinqton vaxtı ilə görüş ayın 21-də keçirildi. Burada isə görüşün yubanması Ermənistanın Xİ naziri Z.Mnasakanyanın sürprizləri ilə əlaqələndiririk. Çünki Mnasakanyan da “millilikdə” Tonoyandan geri qalmaq istəmir. Həm də Z.Mnasakanyan üçün milli maraqlarla yanaşı, şəxsi maraqları da təxminən bərabər vəziyyətdədir. Yenicə təyin etdiyi nazir müavininin də əsas məqsədi Z.Mnasakanyanı lazımi mal-mülklə təmin etməkdir. Bu anlamda Z.Mnasakanyan hökmən daha “milli” görünməlidir.

Vaşinqton görüşündən öncə ATƏT-in Ali nümayəndəsi F.Moqerini Z.Mnasakanyanı Brüsseldə qəbul etdi. F.Moqerininin açıqlamaları Vaşinqton görüşü üçün yaxşı fon hesab edilə bilərdi. Sürətli siyasi həllin, əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların reallaşmasının zəruriliyini bildirməklə yanaşı, parçalanmanın aradan qaldırılması məsələsi də aktuallaşdırıldı. Parçalanmanın aradan qaldırılması məsələsi dedikdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının arasında olan parçalanma və bu parçalanmanın aradan qaldırılması. Yəni  2 icmanın bir cəmiyyət halına gətirilməsi nəzərdə tutulur.

ATƏT-in Minsk Qrupu həmsədrləri hətta özlərinin ortalığa qoyduğu “hamının hamıya” prinsipini dəstəkləyə bilmədilər. Sadəcə bəyanatdan-bəyanata bu yanaşmanı təkrarlayırlar. ATƏT-in Minsk Qrupu həmsədrləri ümumiyyətlə icmalar arası dialoqun zəruriliyini gündəliyə gətirə bilmirlər. Ermənistan tərəfindən ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə qarşı hücumlar fonundan ATƏT-in Minsk Qrupu həmsədrlərinin belə geriləməsi istər-istəməz onların iş bacarmazlığının göstəricisidir.

Göründüyü kimi həmsədrlər Ermənistanın bu addımları qarşısında, erməni tərəfinin yaratdığı yeni şəraiti dərk etməkdə acizdir. Əlbəttə,  Vaşinqton görüşünün əvvəlcədən belə yekunlaşacağını proqnozlaşdırmaq mümkün idi. Çünki İran faktoru özünü göstərir. ABŞ İrana qarşı müharibə elan edib. Bu isə istər-istəməz həm Ermənistan tərəfindən Vaşinqtona təzyiq etmək üçün əlavə stimulyasiya yaradır, həm də çox mümkündür ki, İranın özünün ata biləcəyi addımları da proqnozlaşdıra bilərlər. Amma bütün bunlar hamısı həmsədrlərin yeni yaranmış şəraitə uyğunlaşa bilməməsinə haqq qazandırmır. Ona görə yaranmış vəziyyətdə ən yaxşı çıxış yolu həmsədrlərin özünü buraxmasıdır.

O da nəzərə alınmalıdır ki, artıq Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli şəxslərin bəzilərinin külli miqdarda varlanması ilə bağlı xeyli müzakirələr, əlavə söz-söhbətlər yaranıb. Ona görə özlərini buraxmaq hal-hazırda tənzimlənmə üçün onların ən böyük töhfəsi ola bilər. Özlərini buraxdıqdan sonra ortalığa 3 variant çıxır:

1. Azərbaycan və Ermənistan özləri birbaşa danışıqlar vasitəsilə məsələni həll edir və ya hərbi variant xeyli aktuallaşır.

2. BMT TŞ yeni vasitəçi müəyyənləşdirir.

3. BMT TŞ ATƏT-in Minsk Qrupunun vasitəçilik statusunu artırır. İndi vasitəçilər hal-hazırda vasitəçi statusla bu işlə məşğuldurlar. Amma BMT onlara arbitr statusu verə bilər. Bu halda ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırladığı sənəd tərəflərə yekun variant kimi təqdim olunacaq. Qəbul etməyən tərəf  BMT TŞ sanksiyası ilə üzləşə bilər. Sənədin mətninin Ermənistanı qane etmədiyini Ermənistanın Baş naziri N.Paşinyan bir neçə dəfə etiraf edib.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
596

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər