Mübariz Əhmədoğlu: Mehri SES-in tikintisindən imtina İranın Ermənistana münasibətinin pisləşdiyinin rəsmi sübutudur | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Mehri SES-in tikintisindən imtina İranın Ermənistana münasibətinin pisləşdiyinin rəsmi sübutudur

10:30 - 24 / 11 / 2017
Mübariz Əhmədoğlu: Mehri SES-in tikintisindən imtina İranın Ermənistana münasibətinin pisləşdiyinin rəsmi sübutudur

İran və Ermənistan Mehri SES-in tikintisi üçün yeni investorlar axtarırlar. Bu barədə Ermənistanın enerji infrastrukturları və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan bildirdi. Bu, İranın Mehri SES-in tikintisini maliyyələşdirməkdən imtina etməsinin rəsmi sübutudur.

1news.az xəbər verir ki, bunu  Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq  Mübariz  Əhmədoğlu bildirib.

O deyib ki, 2012-ci ilin noyabr ayında təməli qoyulan bu stansiya 2016-cı ilin əvvəlində istifadəyə verilməli idi. 323 milyon dollar olan bütün xərci İran tərəfi çəkəcəkdi. İranın eks-prezidenti Mahmud Əhmədinejad prezidentliyi dövründə Mehri SES-in tikintisi İranın Ermənistana hədiyyələri sırasında idi. O zaman Ermənistan bankları ABŞ-ın sanksiyalarına görə İrandan bu pulu qəbul edə bilmədilər. Rəsmi Yerevan SES tikintisi üçün nəzərdə pulu nağd dollarla kisələrdə Ermənistana gətirməyi təklif etdilər. M.Əhmədinecad bunu qəbul etsə də, İranın bank strukturu bu əməliyyatı reallaşdıra bilmədi. İndi İran maliyyə vəziyyətinə görə bu pulu ödəyə bilmir. Amma səbəb təkcə maliyyə deyil. Ermənistanın çoxbaşlı geosiyasi oyunları İran tərəfindən təhlükə kimi qəbul edilir.

Politoloqun sözlərinə görə, Ermənistan nəqliyyat nazirliyinin nümayəndəsi “Şimal-Cənub” avtomobil yolunun tikintisində xeyli geriləmənin olduğunu da bildirib:

“Bu layihənin də bünövrəsi  Əhmədinejadın dövründə qoyulmuşdu. Ermənistan İran adı ilə beynəlxalq maliyyə qurumlarını aldadaraq “Şimal-Cənub” avtomobil yolunun tikintisinə 500 milyon dollar kredit cəlb edə bildi. Tikintisi 4 mərhələyə bölünmüş bu yolun hətta I mərhələsi başa çatdırılmayıb. Pul isə xərclənib qurtarıb.

İran-Ermənistan dəmir yolunun tikintisinə investor axtarışı ilə bağlı danışıqlar davam edir. Bunu da Ermənistan nəqliyyat nazirliyinin rəsmiləri bildirdilər.

Bütün bu layihələr S.Sərkisyanın prezidentliyi dövründə hazırlandı. Ermənistanı bu layihələr üzrə dövlət siyasətinin iflası da S.Sərkisyanın prezidentliyi dövrünə düşdü.

Avropa və dünyanın digər regionlarının siyasətçilərinin belə prezident Serj Sarkisyana  inanmasının səbəbi yalnız özlərinin korrupsiya marağındadır.

1news.az

 

Paylaş:
739

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25
Bütün xəbərlər