Mübariz Əhmədoğlu: İranın Ermənistan istiqamətindəki qaz siyasəti multiplikativ effekt yaratdı | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İranın Ermənistan istiqamətindəki qaz siyasəti multiplikativ effekt yaratdı

10:32 - 25 / 06 / 2018
Mübariz Əhmədoğlu: İranın Ermənistan istiqamətindəki qaz siyasəti multiplikativ effekt yaratdı

Rusiya N.Paşinyanın təkidli tələblərinə cavab olaraq qazın qiymətinə noyabr ayında baxacağını bildirmişdi. Az keçmiş “Qazprom” (RF) Ermənistanda əhalinin az təminatlı hissəsinə qazın qiymətini ucuzlaşdırdı.

“Qazprom”u başa düşmək olar. O, Ermənistanın daxili qaz bazarında İranın aktivləşməsinə reaksiya verməli idi. Başqa sözlə, İranın Ermənistana ucuz qaz hədiyyə etməsi “Qazprom”u cavab reaksiyasına vadar etdi. Ermənistana ucuz qaz vermək təşəbbüsünü yalnız İran tərəfi aktuallaşdırıb. İran əvvəlcə Ermənistana hər 1000 m3 165 dollara qaz satacağını açıqladı. Rusiyanın Ermənistana satdığı qazın qiyməti 150 dollardır. İranın təklif etdiyi 165 dollar start qiymətidir. Başqa sözlə, sövdələşmək və hətta 150 dollardan aşağı salmaq mümkündür.

Ermənistanın qaz şəbəkəsinin tamamilə RF-ə məxsus olduğunu İranda bilirlər. Rəsmi Tehran başa düşür ki, İranın Ermənistana qaz satması sadə məsələ deyil və uzun vaxt aparacaq. Ermənistanın ruhdan düşməməsi üçün siyasi iradə nümayiş olunmalıdır. İran bunu da etdi. Ermənistana “Qaz əvəzinə elektrik enerjisi” layihəsi üzrə verdiyi qazın miqdarını gündə 1 milyon m3-dən 1 milyon 600  m3-dək artırdı. Son vaxtlar 1m3 qaz 3,2 kvt elektrik enerjisinə dəyişdirilirdisə, indi yenidən 1m3 3 kvt-yə dəyişdiriləcəkdir. Ermənistan hər gün əmin olacaq ki, İranın RF qazına nisbətən ucuz qiymətə Ermənistana qaz satmaq siyasi iradəsi qüvvədədir.

İran az da olsa bu sövdələşmədə itkiyə məruz qalır. İranda sosial-iqtisadi problemlər sirr deyil. Ona görə İranın Ermənistana indiki vaxtda maliyyə güzəştinə getməsi diqqətimizdən yayına bilməz. Hələ ki, N.Paşinyan hökumətinə heç bir dövlət, o cümlədən RF, ABŞ, Fransa və Aİ vəddən başqa konkret olaraq heç nə verməyiblər.

İran Ermənistanın 1-ci, 2-ci, 3-cü prezidentləri tərəfindən “xilaskar” titulunu qazanmışdı. Görünür, N.Paşinyandan da bu titulu almaq niyyətindədir. Çünki hələ ki, İran Ermənistana konkret iqtisadi divident verən yeganə dövlətdir.

Ermənistan işğalçı dövlətdir. Bunu ATƏT MQ həmsədrləri dəfələrlə rəsmi şəkildə bildiriblər. Sonuncu misal: RF Xİ naziri S.Lavrov BMT Baş Katibi ilə Moskvada keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsinə istinadən “ərazilərin azad olunmasından” danışdı.

BMT və digər beynəlxalq hüquq normalarına görə rəsmən Azərbaycana məxsus olan torpaqların 20 faizini isə Ermənistan işğal edib.İranın ən böyük məntiqsizliyi burasındadır: Özündən 1500 km aralıda müsəlman torpağını işğal edən dövləti öldürməyə cəhdlər edir, öz sərhədinə söykənən ərazidə müsəlman torpağını işğal edən dövləti isə məhv olmaqdan xilas edir. İranın belə siyasətini Qərbdə görürlər və təhlil edib başa düşürlər.

İranla Qərb arasında olan əsas problemin adı nüvə problemi olsa da əslində mahiyyətinə görə bu problem inam çatışmamazlığıdır. İran isə Qərbin ictimai-siyasi mühitinin düşüncə tərzini dəyişə bilməz. Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe Azərbaycan dövlətçiliyindən daha çox İran dövlətçiliyi üçün təhlükə mənbəyinə çevrildiyini indi konstatasiya etmək olar.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
357

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər