Mübariz Əhmədoğlu: İran və Rusiyada vəziyyəti gərginləşdirmək də Paşinyanın vəzifələrinə daxildir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İran və Rusiyada vəziyyəti gərginləşdirmək də Paşinyanın vəzifələrinə daxildir

09:47 - 14 / 08 / 2019
Mübariz Əhmədoğlu: İran və Rusiyada vəziyyəti gərginləşdirmək də Paşinyanın vəzifələrinə daxildir

Moskvada keçirilən son mitinq də kütləviliyi və aqressivliyi ilə seçildi. Təxminən 2 ay öncə milliyyətcə erməni, RT telekompaniyasının rəhbəri Marqarita Simonyan Ermənistanda rusiyalı gənclərin çağırılaraq mitinqlə təşkil etmək hazırlığını keçdiyini bildirdi.

Başqa sözlə, Yerevan Moskvadakı mitinqlərin təşkili üçün təlimatçılar hazırlayıb göndərib. Moskvadakı son mitinqlərdə baş verənlər rəngli inqilab  texnologiyasının istifadə olunduğunu göstərir. Son modern variant əvvəlcə Ermənistanda,  sonra Rusiyaya tətbiq olundu.  Bu, Paşinyan və onun ətrafı üçün təkcə maliyyə mənbəyi deyil; Əgər Moskvada mitinqlər effekt verərsə, əlavə siyasi dividentlər də ortalıqda olacaqdır.

20 iyun mitinqindən qabaq, həmin ayın 18-21-də Tbilisidə “Ermənistanda “məxməri inqilab” və onun perspektivliyi” ilə bağlı tədbir təyin olunmuşdu.

Daha maraqlısı İranla baş verir; İran və Ermənistan elektrik stansiyalarında eyni vaxtda elektrik cərəyanının qalxıb-enməsi baş verdi. Ermənistanda bu blekauta səbəb oldu. Görünür, İranın elektrik stansiyalarının kiber müdafiəsi möhkəm olduğu üçün bu ölkədə fəsad yaratmadı. N.Paşinyan dərhal işə müdaxilə etdi; Ermənistanın daxilində heç bir amilin blekauta səbəb olmadığını bildirdi. Dünya praktikasında elektrik stansiyasında baş verən qəzaların səbəbini ən geci 10 gün ərzində tapmaq mümkündür. Ermənistan rəsmiləri, o cümlədən Təhlükəsizlik xidmətinin rəhbəri A.Vanetsyan da bildirdi ki, 10 gün ərzində hər şey ictimaiyyətə açıqlanacaq. Görünür, N.Paşinyanın tapşırığının mahiyyəti ondan ibarət imiş ki, Ermənistandakı blekaut kənardan olan müdaxilənin təsiridir. İran və Ermənistanın elektrik stansiyalarında eyni vaxtda elektrik qalxıb-enməsi baş verdiyini Paşinyan bilir.  N.Paşinyan maraqlıdır ki, hazırlanan hesabatda Ermənistandakı blekautun günahkarı kimi İran tərəfi göstərilsin: İran Ermənistanın daxillinə kiberhücum edib. İran kiberhücum etdiyi üçün Ermənistan beynəlxalq aləmə müraciət edir və İrana qarşı lazımı addımlar atılır.

Ehtimal ki, İranın mütəxəssisləri güclü olduğu üçün Ermənistanın planını pozublar. Gürcüstan, İran və Rusiya Ermənistanın qonşularıdır, Ermənistan  bu 3 qonşusu üçün də alətə çevrilir. Bir neçə il bundan qabaq isə artıq Ermənistanı Azərbaycanın və Türkiyənin əleyhinə istifadə edirdilər. Ermənilərdən qonşu dövlətlərə qarşı alət kimi istifadə olunması praktikası dayandırılmalıdır. Bu, Ermənistanın qonşularının ən vacib məsələsidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
513

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər