Mübariz Əhmədoğlu: “Həmsədr ölkələrin mövqeyində konkretlik və substantivlik yaranıb” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Həmsədr ölkələrin mövqeyində konkretlik və substantivlik yaranıb”

10:23 - 17 / 11 / 2017
Mübariz Əhmədoğlu: “Həmsədr ölkələrin mövqeyində konkretlik və substantivlik yaranıb”

ATƏT-in Daimi Şurasının iclasında həmsədr ölkələrin ATƏT-dəki səfirləri çıxış edərək son proseslərə öz münasibətlərini bildirdilər. Həmsədr ölkələrin ATƏT-dəki səfirlərinin çıxışlarının hamısında əvvəlki illərlə müqayisədə keyfiyyət dəyişikliyi var idi. Ən çox dəyişiklik isə Avropa İttifaqının mövqeyində idi. Bu özü tənzimlənmədə yeni bir yanaşmadır. Fransalı səfir çıxışını ölkəsinin deyil, məhz Avropa İttifaqının təmsilçisi statusunda təqdim etdi. Bu məruzənin mətnində də özünü göstərdi.

Bunu 1news.az-a Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Rusiyanın ATƏT-dəki səfiri A.Lukaşeviçin “Dağlıq Qarabağ” termininə istinadını isə başa düşmək çətin deyil:

“Rusiya siyasiləri içərisində ermənilərin rolunu Rusiya dövləti üçün həlledici kimi qiymətləndirənlər az deyil. Belə RF rəsmiləri üçün Rusiya dövlətini yaradan və rus xalqını pravoslav edən ermənilərdir. Bu kontekstdən A.Lukaşeviç erməni mövzusunda sonadək həqiqət daşıyıcısı hesab edilə bilməz. Həmsədrlər son səfərləri zamanı Dağlıq Qarabağda olmayıblar. Lukaşeviçin bu iqtibası onun sifariş qəbul etməsinin göstəricisi kimi qəbul edilə bilər.

ATƏT Minsk qrupunun konsensus prinsipi ilə işləməsini A. Lukaşeviçin yada salmasına da ehtiyac yox idi. Çünki ATƏT-in Yerevan ofisinin nizamnaməyə zidd fəaliyyətinin nəticəsi göstərdi ki, konsensus ermənilərin ziyanına da işləyə bilər. ATƏT-in strukturu olan Minsk qrupunun fəaliyyətini iflic edən əsas faktor onun konsensus mexanizmi ilə işləməsidir. Məhz konsensus prinsipinə görə Ermənistan digər vasitəçilikləri rədd edir, yalnız ATƏT MQ-ni dəstəkləyir. Lakin konsensusdan sui-istifadə Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini də xeyli zəiflədir”.

A.Lukaşeviç ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofisinin genişləndirməsinin alqoritminin razılaşdırılacağına inanır: “Vurğu “alqoritm” sözünün üzərindədir. Kaspşikin missiyasının genişlənməsinin ən qızğın tərəfdarı Ermənistandır. Kaspşikin təmsilçilərinin sayının artırılmasını istəyirsə Ermənistan dinc tənzimləməyə adekvat stimul verməlidir. Başqa sözlə, təmas xətti keçmiş DQMV-nin inzibati sərhədlərinə yaxınlaşdıqca Kaspşikin təmsilçilərinin sayı maksimuma çatacaqdır. Alqoritm budur.

ABŞ-ın ATƏT-dəki səfiri Harri Kamianın çıxışı isə daha məzmunludur. Kamian Vyana və Sankt-Peterburq razılaşmalarına əməl etməyə çağırış etdi. Həm də səfir Kamian status-kvonun qəbuledilməz olduğunu bildirdi. ABŞ bu iki tezis arasında balans yarada bilib; Status-kvonun qəbuledilməzliyi  Vyana və Sankt-Peterburq razılaşmaları üçün yeni təmas xəttini diktə edir.

Səfir Kamian “ermənilər və azərbaycanlılar arasında genişləndirilmiş dialoq” anlayışını ortalığa qoydu. Ermənilər və azərbaycanlılar arasında genişlənmiş dialoq dedikdə həm də bu dialoqda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakı da nəzərdə tutulur.

Kaspşikin roluna yüksək dəyər verən Q.Kamianın çıxışından başa düşülür ki, Kaspşikin ofisinin genişlənməsi ATƏT-in 2018-ci il büdcəsində vəsaitin ayırmasından asılıdır. ATƏT-in büdcəsi isə konsensusla qəbul edilir. Tutaq ki, sxem Azərbaycanın istədiyi kimi olmasa, Azərbaycan konsensus verməyə bilər. Sen-Martenin sülhməramlı missiyada iştirakına Azərbaycan konsensus verməməlidir. Sülhməramlı missiyada Sen-Martenin iştirakı ermənilərdə əsassız ümid yaratmaqla ermənilərin dinc tənzimləməyə maneəsini artıracaqdır.

Aİ-ni təmsil edən fransalı səfirin  fikrincə, Minsk qrupu regionun gələcəyi üçün Dağlıq Qarabağ münaqişəsinin siyasi, ədalətli və davamlı həllini axtarır, Aİ bu işində Minsk qrupuna tam dəstək verir. Etimad tədbiri kimi Aİ EPNK çərçivəsində qarşılıqlı tamamlama prinsipi əsasında Minsk qrupu ilə birgə fəaliyyətini genişləndirəcəyini bildirdi”.

Politoloq deyib ki, Aİ-ni təmsil edən fransalı səfir etimad tədbiri kimi həm də  prezidentlərin 2014-cü ildə Parisdəki görüşünü yada salaraq bildirib: “Təkcə Vyana və Sankt-Peterburq razılaşmaları deyil, həm də Paris görüşündəki razılaşmalar da reallaşdırılmalıdır. O, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsini inam yaratma üçün vacib addım adlandırdı.

Aİ-nin məruzəsində yüksək səviyyəli hərbi planlaşdırma qrupunun rəhbərliyi ilə sülhyaratma missiyasının hazırlandığı göstərilir. Bu əməliyyata polkovnik Lampaltser başçılıq edəcəkdir. Lampaltserin sülhməramlıları Kaspşikin müşahidəçiləri ilə birlikdə fəaliyyət göstərəcəkdir.

Sülhməramlılar göndərəcək ölkələrin siyahısı da hazırdır: Makedoniya- keçmiş Yuqoslaviya Respublikası, Çernoqoriya, Serbiya, Albaniya, Bosniya-Hersoqovina və Sen-Marten. Bosniya-Hersoqovinanı çıxmaq şərti ilə qalan dövlətlərdə sülhməramlılar bəlkə də təlimlərə başlayıblar.

Bunu ATƏT-in tənzimlənməyə qlobal yanaşması adlandırırlar. Amma bunun reallaşması üçün Azərbaycan və Ermənistan tərəfi razılığa gəlməlidir. Azərbaycanın mövqeyi bəllidir. Əsas maneənin müəllifi bu vaxtadək Ermənistan olub.

Aİ-nin məruzəsində regiona kəşfiyyat səfəri faydalı hesab edilir. Amma o da bildirilir ki, çox illərdir bu işi həyata keçirmək mümkün deyil. Bunun da maneəsi Ermənistandadır.

Həmsədrlərin ortalığa qoyduğu dəyişikliklər içərisində bəzi məsələlər Azərbaycanın Ermənistanla regional və ikitərəfli əməkdaşlığını istisna edir. Həmsədr ölkələr bunu nəzərə almalıdır.

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsinin arxitekturasının vacib komponentləri bəlli oldu. Bir az bundan öncə amerikalı həmsədr Şefer məhz bunların konseptual açıqlamasını təqdim etmişdi:

ı.Hərbi məsələlərin həlli.

ıı. Ərazilərin qaytarılması.

ııı. Statusun müəyyən edilməsi.

ıv. Bütün qaçqın və məcburi köçkünlərin ilkin yaşayış məskənlərinə qaytarılması.

Şeferin açıqlaması ATƏT-in Daimi Şurasının iclasında özünü göstərdi.

Qarşıdan ATƏT-in ministerialı gəlir. Ənənəvi olaraq bu ministerialda həmsədr ölkə nümayəndə heyətlərinin başçıları bəyanat yayacaqlar. Bu isə  Dağlıq Qarabağ tənzimlənməsində daha bir irəliləyiş yarada bilər”.

1news.az

 

Paylaş:
632

Son xəbərlər

Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47
Bütün xəbərlər