Mübariz Əhmədoğlu: Həmsədr ölkələrin Milan bəyanatı münaqişənin həllinə yol aça bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Həmsədr ölkələrin Milan bəyanatı münaqişənin həllinə yol aça bilər

11:20 - 10 / 12 / 2018
Mübariz Əhmədoğlu: Həmsədr ölkələrin Milan bəyanatı münaqişənin həllinə yol aça bilər

ATƏT Xarici İşlər Nazirlər Şurasının Milan (İtaliya) iclasında həmsədr ölkələr adından Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıldı. Bəyanatda aşağıdakılar konstatasiya olunur:

1. Atəşkəs rejiminin pozulması hallarının sayının xeyli azalması.

Ermənistandan fərqli olaraq vasitəçilər sülh müqaviləsi hazırlamaq üçün maneənin olmadığını konstatasiya etdilər

2. Həmsədrlər Düşənbə görüşündən sonra baş vermiş itkiləri xatırladıblar.

Düşənbə görüşündən sonrakı dövr ərzində Ermənistan tərəfinin itkisi çox olub. Bunlardan cəmi biri hərbi itki olub. Qalan itkilər hamısı avtomobil qəzası, Ermənistan hərbçilərinin bir-birini güllələməsi və qar uçqunu nəticəsində baş verib. Erməni hərbçilərinin ölümünün mənbəyi Ermənistanın işğalçı siyasətidir. Erməni hərbçilərinin ölümündə Azərbaycanın rolu yoxdur. Ehtimal ki, həmsədrlər məhz bunu Ermənistan tərəfinin yadına salıb.

3. Həmsədrlər Azərbaycan və Ermənistanı öz xalqlarını sülhə hazırlamağa çağırıblar. Hər halda Azərbaycan tərəfi mütəmadi olaraq öz əhalisini məlumatlandırır və Azərbaycan Prezidentinin Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi bəyanatlar əhali tərəfindən “yalnız Ermənistan sülh yolu ilə münaqişəni tənzimlənməyə hazır olmadığı təqdirdə digər variantlarla biz torpağımızı azad edəcəyik” kimi qəbul edilir.

Əhalinin sülhə hazırlanması istiqamətində ən güclü vasitə bu işdə iştirakçıların sayının artırılmasıdır. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının prosesə qoşulması hər iki ölkədə əhalinin sülhə qoşulması və hazırlanması istiqamətində köməkçilərin sayını birdən-birə xeyli artırmış olar.

4. Həmsədrlər liderlərin görüşünə intensiv hazırlıq məsələsini gündəliyə gətiriblər. Bu məsələdə yəni Azərbaycan tərəfdən heç bir maneçilik yoxdur. Ermənistanın baş naziri N.Paşinyan özündən əvvəlki rəhbərliyin imitasiya siyasətini mənimsəyib və eynilə o qaydada davam etdirir. Azərbaycan tərəfi Dağlıq Qarabağın ədalətli və davamlı tənzimlənməsinə hazırdır. Çünki bu vaxta qədər Ermənistanın atdığı addımlar Dağlıq Qarabağ münaqişəsini ədalətli və uzun müddətli tənzimlənmədən uzaqlaşdırıb. İndi atılan istənilən addım Dağlıq Qarabağ münaqişəsini ədalətli və uzunmüddətli tənzimlənməyə yaxınlaşdıracaqdır.

5. Həmsədrlərin növbəti görüşü yanvar ayına təyin etməsi onu göstərir ki, N.Paşinyan hökuməti üçün ən vacib məsələ seçkilərdən sonra məhz Dağlıq Qarabağ tənzimlənməsi olacaq. Əgər Ermənistan parlament seçkilərindən sonra yeni hökuməti formalaşdırıb ilk növbədə Dağlıq Qarabağ tənzimlənməsi ilə məşğul olmayacaqsa, Azərbaycan ordusu fəaliyyətə başlayacaq. Bu zaman Azərbaycan ordusunun fəaliyyəti həmsədr ölkələrdə heç bir neqativ reaksiya yaratmayacaq.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
609

Son xəbərlər

Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər