1news.az

Politoloq: Ermənistanın müdafiə naziri Tonoyan blef etmirsə, deməli Ermənistanda hərbi çevrilişi razılaşdırıb

17 Avqust saat 10:27 ~ 2 dəqiqəlik oxu 634
Politoloq: Ermənistanın müdafiə naziri Tonoyan blef etmirsə, deməli Ermənistanda hərbi çevrilişi razılaşdırıb

Ermənistanın müdafiə naziri David Tonoyana Rusiyada münasibət birmənalı deyil, birmənalı olmamalıdır.

O,Ermənistan müdafiə nazirinin müavini işləyərkən KTMT üzvü olan Ermənistanın Qərblə hərbi sahədə əlaqələrini yüksək səviyyəyə qaldırmışdı, praktiki baxımdan zənginləşdirmişdi. Hətta NATO-da olan etimadının hesabına o  “statik müdafiədən aktiv cilovlamaya” konsepsiyasını qəbul etdirə bildi. 2016-cı ilin aprel döyüşləri məhz Ermənistanın müdafiə naziri D.Tonoyanın avantürası idi. Artıq 2016-cı ilin aprel döyüşlərinin nəticəsi Ermənistanda da heç kəsdə şübhə doğurmur. David Tonoyan xaraktercə avantüraya və şantajdan asılı olan şəxsdir.

D.Tonoyan müdafiə naziri təyin olunduqdan uzun müddət onu S.Şoyqu qəbul etmədi. Bu Ermənistanda narahatlıq yaratdı. Rusiya ərazisində keçirilən beynəlxalq hərbi oyunlarda iştirak məqsədilə D.Tonoyan Rusiyada oldu və Şoyqu onu qəbul etdi.

Rusiya müdafiə naziri S.Şoyqu ilə ilk görüşündən dərhal sonra Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində onun avantüraya meylliliyi özünü göstərdi. Şoyqu ilə görüşdən qayıdan kimi Ermənistan ordusu Naxçıvan istiqamətində atəşkəs rejimini pozdu və bir Azərbaycan hərbçisi yaralandı. O Dağlıq Qarabağa gəldi. D.Tonoyanın qoşunların təmas xəttindəki avantürası ona görə reallaşmır ki, Azərbaycan ordusu vəziyyətə kifayət qədər ciddi nəzarət edir. Amma bu o demək deyil ki, Tonoyanın avantürası reallaşmayacaq, reallaşa bilər. Təbii ki, buna da müvafiq  olaraq Azərbaycan hərbçiləri tərəfindən cavab alacaq.

S.Şoyqunun D. Tonoyana birdən-birə etibar etməsi mümkün deyil. Şoyqu Rusiya kimi iri dövlətin müdafiə nazirindən qat-qat böyük statusa malikdir. Naxçıvan istiqamətində Azərbaycan hərbçisinin yaralanması ilə reallaşdırdığı təxribat Tonoyan göstərmək istəyir ki, yenidən Rusiya Ermənistanın dostudur. S.Şoyqu D.Tonoyanın hamisidir, bu sonadək davam edəcək

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya-Ermənistan münasibətləri bütün tarixi boyu belə indiki kimi gərgin vəziyyətdə olmamışdır. Paşinyan KTMT –nin başında oturanı bilərəkdən, Qərbə xoş gəlmək məqsədilə cinayətkara çevirdi. Cəmi 1 gün dözmədi.

Paşinyanın Rusiyanın Ermənistandakı  iqtisadi strukturlarını dağıtması, Kremlə bağlı olan erməniləri Ermənistandan uzaqlaşdırması, Dağlıq Qarabağ məsələsində antierməniliyi gücləndirən NATO ilə əlaqələrini daha da intensivləşdirməsi Kremlin xoşuna gəlmir. İndiki halda Ermənistanda ən arzuolunanı Paşinyan hansı qaydada hakimiyyətə gəlibsə təxminən ona bənzər qaydada hakimiyyətdən rədd olmasıdır.

Bu işi Ermənistanın müdafiə naziri D.Tonoyan reallaşdıra biləcəyi təqdirdə Şoyqunun ondan xoşu gələ bilər, münasibəti müsbətə tərəf dəyişə bilər. D.Tonoyanın aktivliyi, avantüradan asılılığı bu variantı istisna etmir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net