Mübariz Əhmədoğlu: Ermənistanda İŞİD tipli terrorçu təşkilatın yaradılma ehtimalı böyükdür | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanda İŞİD tipli terrorçu təşkilatın yaradılma ehtimalı böyükdür

10:50 - 13 / 12 / 2017
Mübariz Əhmədoğlu: Ermənistanda İŞİD tipli terrorçu təşkilatın yaradılma ehtimalı böyükdür

22 min suriyalının Ermənistanda olmasında şübhə yaradan məqamlar hədsiz çoxdur. Gələnlərin hamısının erməni olması təsdiq olunmayıb. Digər millətlərin və dinlərin təmsilçiləri də onların sırasında ola bilər. Gələnlərin təkcə suriyalı olduğu da sübut olunmayıb. Ola bilər başqa dövlətlərin vətəndaşları da gələnlər içərisində var.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda İŞİD tipli terrorçu təşkilatın yaradılması ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Ermənistan üçün bu ilk təcrübə deyil. İraqın erməni yeparxiyasının başçısı Avaq Asaduryanın rəhbərliyi ilə İraq erməniləri ABŞ-ın İraqa qarşı müharibəsinin başlanmasında əsas qızışdırıcı rolunda çıxış etdilər. A.Asaduryanın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu bəlləndi. Nəticədə, yerli əhali erməniləri İraqdan qovdu. Bunların böyük əksəriyyəti Ermənistana gəldi. Amma sifariş yerinə yetirdiklərini əsas götürərək Ermənistanda qalmayacaqlarını bildirdilər. ABŞ Dövlət Departamenti hər biri 20 milyon dollar olmaqla 3 tranşla 17 minlik İraq ermənilərinin Ermənistanda müvəqqəti yaşayışını təmin etdi və İraq ermənilərini dərhal Ermənistandan ABŞ-a köçürməyə başladı. Suriya erməniləri Ermənistanı tərk etməkdə tələsmirlər. Problemləri və narazılıqları isə hədsiz çoxdur. ABŞ və Aİ Suriya ermənilərinin Ermənistanda qalması istiqamətində təxminən 50 milyon dollara yaxın vəsait xərcləyiblər.

Suriya ermənilərinin Ermənistana gəlməsi “Evə qayıt” dövlət proqramı çərçivəsində deyil. Ona görə də Ermənistan demək olar ki, Suriyadan gələnlər üçün heç bir vəsait ayırmır.

Beləliklə, Ermənistanda içərisində döyüş təcrübəsi olan, terrorçu qruplaşmalarda iştirakı istisna olunmayan böyük qrup toplaşıb və bu qrup heç bir əsaslı səbəb olmadan ABŞ və Aİ tərəfindən maliyyələşdirilir”.

Politoloqun fikrincə,  ABŞ və Aİ-nin Suriyadan olan qaçqınlara münasibətini Türkiyədəki qaçqınlara münasibəti əyani sübut edir:

“Dünya mətbuatında ABŞ-ın Suriya ərazisindəki terrorçu təşkilatlara qarşı mübarizəsinin kəskin olmadığı barədə xeyli materiallar dərc olunub. RF mətbuatında hətta ABŞ-ın İŞİD-ə yardım etməsi ilə bağlı informasiyalar yayılıb.

ABŞ-dakı son prezident seçki kampaniyası zamanı İŞİD-in ABŞ tərəfindən yaradıldığı bəlləndi.

ABŞ -ın İŞİD-ə bənzər təşkilatların mövcudluğunda maraqlı olduğu hiss olunur.

İran və Rusiyaya qarşı mübarizə üçün ABŞ yeni metodlar və variantlar işləyib hazırlayır. Yaxın Şərqdən Ermənistana gələnlər ABŞ-ın bu məqsədində əsas baza rolunu oynaya bilər.

Ermənistanda formalaşan İŞİD asanlıqla İranın ərazisinə keçə və orada fəaliyyətə başlaya bilər. Rusiyanın Ermənistandakı hərbi bazasına zərbə vura bilər”.

S.Xankişiyeva

 

 

Paylaş:
541

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər