Mübariz Əhmədoğlu: Ermənistan xalqların bərabərhüquqluğunu inkar edir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan xalqların bərabərhüquqluğunu inkar edir

11:35 - 10 / 11 / 2017
Mübariz Əhmədoğlu: Ermənistan xalqların bərabərhüquqluğunu inkar edir

Ermənistan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədri Armen Aşotyan millətlərin öz müqəddəratını təyin olunması prinsipinin tətbiqini Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən cəhət olduğunu bildirib.  Avronestin iclası zamanı qəbul olunmuş  tezisi də ermənipərəst hesab edir. Pis və ya yaxşılığından asılı olmayaraq öz əməyinin məhsulunu yüksək dəyərləndirmək hər kəsə xas olan xüsusiyyətdir.

1news.az  xəbər verir ki, bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq  Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Aşotyan Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən cəhəti düzgün müəyyənləşdirilməyib:

“Çünki həqiqət .Aşotyan və onun kimilərə zərərlidir. Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən yeganə cəhət bu münaqişə ilə məşğul olan təşkilatın mövcudluğudur. Söhbət ATƏT MQ-dən gedir. Digər münaqişələrdə belə təşkilat yoxdur.  Aşotyan bilməmiş deyil ki, təşkilat varsa,  onun nizamnaməsi və fəaliyyət prinsipləri olmalıdır. ATƏT MQ-nin nizamnaməsi var. Eləcə də Helsinki Yekun Aktının 3 məlum prinsipi ATƏT MQ-nin Dağlıq Qarabağ münaqişəsini tənzimləmək üçün rəhbər götürdüyü prinsiplərdir. “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan III, Helsinki Yekun Aktında isə VIII prinsipdir. Aşotyan və onun tərəfdarları Helsinki Yekun Aktını oxusaydılar niyə məhz bu 3 prinsipin seçildiyini başa düşərdilər. Həm də başa düşərdilər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan prinsiplərdən hər birisi ayrılıqda ədalətli şəkildə reallaşacağı təqdirdə münaqişəni Azərbaycanın xeyrinə tənzimlənməsinə aparıb çıxarır”.

Politoloqun sözlərinə görə, “Xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi” ilk növbədə Dağlıq Qarabağın statusunun müəyyən olunmasında Dağlıq Qarabağ azərbaycanlıları və Dağlıq Qarabağ ermənilərinin bərabər hüquqa malik olduğunu təsbit edir: “Aşotyan və onun kimiləri heç vaxt bu həqiqəti dilinə gətirə bilməzlər. Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin bərabərliyi isə Yenilənmiş Madrid Prinsiplərində sonradan onun modifikasiya olunmuş formaları olan Lavrov və Uorlik-Hoqland variantlarında da təsbit olunub. Amerikalı yeni həmsədr E.Şeferin  təqdim etdiyi variantda isə bu tamamilə özünü göstərir.

Aşotyanı yalançı intellektual hesab etmirik. O,  öz intellektini zorlamaqla məşğuldur. Belə saxta nəticələri başqa cür əldə etmək mümkün deyil.

Onun son dövrlərdəki aktivliyi diqqəti çəkir. Avronest-in Bakı iclasına gəlməzdən öncə xeyli antiAzərbaycan planlar hazırladı, tərəfdarlar toplamağa cəhd etdi. Nəticəsi sıfır oldu. Bakıda olarkən erməni irsinin hər yerdə, o cümlədən Bakıda geniş yayıldığını bildirdi. Amma sonradan o bunu inkar etməli oldu. Çünki erməni təbliğat maşınına görə Bakıda erməniyə məxsus heç bir şey mövcud ola bilməz. Fakt budur ki, Bakıda hətta erməni kilsəsi mövcuddur”.

M.Əhmədoğlu xatırladıb ki, Avronest vacib strukturdur. Amma “Şərq Tərəfdaşlığı” Aİ-nin daha vacib strukturudur:

 “Şərq Tərəfdaşlığı”nın Riqa sammitində üzv dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstək bəyan edildi. “Şərq Tərəfdaşlığı”nın Aİ-nin Brüssel sammitində də üzv dövlətlərinin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstək yenidən bəyan ediləcək. Çox böyük ehtimalla demək olar ki, Aİ-nin bütün, o cümlədən Ermənistana aid sənədlərində də bundan sonra Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi və sərhəd toxunulmazlığı prinsipləri əsasında tənzimlənməsinin zəruriliyi göstəriləcəkdir. A.Aşotyan və onun kimiləri Dağlıq Qarabağ uğrunda mübarizədə Ermənistanı xırda qara pul kimi xərcləyirlər. Ermənistanın 1988-ci ildəki vəziyyəti ilə indiki vəziyyətini müqayisə etsinlər, o cümlədən Azərbaycanı da. Azərbaycan Cənubi Qafqaz çapından çıxaraq Avrasiya materikinin strateji təhlükəsizliyində vacib rol oynayan dövlətə çevrilib. Reallaşdırdığı iri beynəlxalq layihələrin sayı 10-u keçib.  Nəqliyyat-kommunikasiya prizmasından Avrasiya materikinin qovşaq və ya xab dövlətlərindən birinə çevrilib. Azərbaycanlıların sayı günü-gündən artır. Qızıl valyuta ehtiyatı yenidən 50 milyard dollar hüdudlarındadır. Ermənistan Cənubi Qafqazın küncünə sıxılıb. Heç bir müttəfiqi yoxdur, xarici borcu 10 milyard dollara yaxınlaşır, dünya erməniliyini assimilyasiya, başqa sözlə “ağ ölüm” sıradan çıxarır. Ermənistandan isə erməniləri S.Sərkisyanın siyasəti qovub çıxarır. A.Aşotyanın intellekti bunları dərk etsə, ermənilərin xeyrinə olar.

Dağlıq Qarabağ tənzimlənməsi ilə hal-hazırda S.Sarkisyan kimi antiintellekt və A.Aşotyan kimi intellektual məşğuldurlar. Onlar hətta ittifaq yaradıblar. Amma bu ittifaqın fəaliyyəti ermənilərin nəinki bu gününü, hətta keçmişini ifşa edir”.

1news.az  

Paylaş:
872

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər