Mübariz Əhmədoğlu: Ermənistan Təhlükəsizlik Xidməti rəhbərinin istefası çoxmənalıdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan Təhlükəsizlik Xidməti rəhbərinin istefası çoxmənalıdır

10:39 - 23 / 09 / 2019
Mübariz Əhmədoğlu: Ermənistan Təhlükəsizlik Xidməti rəhbərinin istefası çoxmənalıdır

Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın ətrafında baş verənlər Ermənistanın müasir hakimiyyətinin daxilində baş verənlərin ən vacib göstəricilərindən biridir.

Vanetsyan mövzusu güman ki, uzun müddət müzakirə olunmayacaq; daha ciddi proseslər qarşıdadır. A.Vanetsyanın istefaya göndərilməsi isə bir sıra prizmalardan təhlil obyektidir:

1. A.Vanetsyan ailəsi ilə birlikdə Tbilisidə Gürcüstanın keçmiş Təhlükəsizlik Xidmətinin rəhbər,i indiki Daxili İşlər naziri V.Qomelauri ilə birlikdə şəkil qoymasının hər halda mənası simvolikdir; Ermənistandan kənarda özünü təhlükəsizlikdə olduğunu nümayiş etdirdi. Başqa sözlə, Ermənistanda onun üçün təhlükə var imiş. O, Ermənistanda əhaliyə və siyasətçilərə təhlükə yaradan quruma rəhbərlik edib, N.Paşinyanın kombinatorikalarının hazırlanmasında və reallaşmasında çox yaxından iştirak edib. Beləliklə Vanetsyanın davranışı N.Paşinyanın ruhi xəstə olması ilə bağlı yayılan məlumatların bir daha təsdiqidir.

2. A.Vanetsyan N.Paşinyanın hakimiyyətinin sona çatdığını və eləcə də özünün vəzifədən gedəcəyini düşünərək çox böyük ehtimalla iri korrupsiya əməliyyatlarından şəxsi gəlir əldə edib. MDB dövlətlərindən yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətində korrupsiya ilə mübarizə ön planda idi və mətbuatın yazdığına görə keçmiş Maliyyə naziri Qrant Xaçatryandan müəyyən qədər pul alaraq onun azad olunacağını da vəd verib. Görünür Vanetsyan son dövrlərdə pul oyunlarına girişib və bu onun pul oyunları N.Paşinyanda şübhə yaradıb. Çünki N.Paşinyan və onun ailəsi hakimiyyətinin sonunun çatdığını düşünür və onların da puldan ehtiyacları yaranır. Beləliklə, pul bölgüsü üstündə Paşinyanla narazılıq Vanetsyanın istefasına səbəb oldu.

3. Rusiya Təhlükəsizlik  Şurasının sədri N.Patruşevin Yerevana səfərindən 2 gün qabaq A.Vanetsyanın məzuniyyətə çıxması ilə bağlı məlumat yayıldı. Məlumatda Vanetsyanın 10 gün sonra məzuniyyətə çıxacağı göstərilirdi. N.Patruşevin Yerevanda görüşdüyü şəxslərin sırasında A.Vanetsyan yox idi. A.Vanetsyan Ermənistanda təhlükəsizlik siyasətində birinci şəxsdir. Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan inamlı sorosçudur. N.Patruşevin A.Vanetsyana qarşı de-marşı təsadüfi ola bilməzdi. Ehtimal ki, Vanetsyan Rusiyanın qarşısında “günahkardır”. Günahını da güman etmək olar:  Gürcüstanda ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi rəy sorğusunda bəlli oldu ki, Gürcüstandakı ermənilər bu ölkənin əsas inkişaf istiqamətinin-NATO-ya inteqrasiyanın əleyhinədirlər. Cavaxetiya ermənilərinin Gürcüstanın NATO əleyhinə olması siyasətinin ucu Ermənistana gedib çıxdı. O vaxt Gürcüstanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri dərhal Yerevana gəldi. Görünür o zaman A.Vanetsyan  Cavaxetiya ermənilərinin içərisində Rusiyanın əsas adamlarının adlarını V.Qomelaruriyə verib. Yeri gəlmişkən məhz indi ona görə də çox böyük arxayınlıqla o, Gürcüstanda sığınacaq tapıb. Beləliklə, N.Patruşevin  Vanetsyana de-marşı sonradan özünün inkişafını tapıb və vəzifədən uzaqlaşdırıldı. N.Paşinyanın son dövrlərdə vəzifədən uzaqlaşdırdığı adamlar içərisində “qarşılıqlı razılaşma” yalnız N.Patruşevin səfərindən sonra istefaya göndərilənlərlə əlaqəli işlənilir. “Qarşılıqlı razılaşma” termini Vanetsyan üçün də tətbiq olundu.

Ermənistanın siyasi elitasının çürüdüyü və gələcəyə ümidsiz olduğu aşkarlandı. Ermənistan dövlətinin yeganə xilas yolu qonşulara qarşı normal siyasət aparmaqdan, işğalçılıqdan əl çəkməkdən keçir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

 

 

Paylaş:
370

Son xəbərlər

Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25
Bütün xəbərlər