Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi Azərbaycanla əlaqələrin həyati zəruriliyini başa düşür | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi Azərbaycanla əlaqələrin həyati zəruriliyini başa düşür

10:10 - 26 / 04 / 2019
Mübariz Əhmədoğlu: Ermənistan rəhbərliyi Azərbaycanla əlaqələrin həyati zəruriliyini başa düşür

Ermənistan rəhbərliyi Azərbaycanla əlaqələrin həyati zəruriliyini başa düşür. Amma xəstə millətçi düşüncəsi bu barədə fikirləri açıq bildirməyə imkan vermir.

Ermənistanın tarixində ən uğurlu baş nazir Karen Karapetyan idi. İndinin özündə də onun cəmlədiyi 3,2 milyard dollarlıq investisiya proqramı üzərində işləyirlər. “Məxməri inqilab” Karapetyanın Ermənistan iqtisadiyyatında rəhbərliyinə son qoydu. K.Karapetyanın iqtisadi siyasətində Rusiya və Rusiya erməniləri ilə əlaqələr xüsusi yerdə idi.  Karapetyan hökuməti ən azı 2 dəfə Azərbaycan ərazisindən yüklərin daşınması məsələsini və bir dəfə də Ermənistanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulması məsələsini müzakirə etmişdi.

K.Karapetyan hökuməti bilirdi ki, bunlar Azərbaycanın icazəsi olmadan mümkün deyil. Elə o zamandan, AES söhbəti gedəndən bu yüklərin daşınma məsələsi ortalıqdadır və bu da o deməkdir ki, Azərbaycanla münasibətləri qurmaq kontekstindən qəbul edilməlidir. Görünür, K.Karapetyan hökuməti bu yolla Azərbaycanla əlaqələrin qurulması haqqında Ermənistan ictimaiyyətinə açıq fikirlər səsləndirəcəkdi. Amma Paşinyan hökuməti çox şeyi anlamaqdan uzaqdadır. O cümlədən, nüvə tullantılarının daşınması mövzusunu da anlamaq Paşinyan hökuməti üçün əlçatmaz məsələdir.

SSRİ dövründə Ermənistana yük daşımaların 80 faizi Azərbaycan SSR-nin ərazisi vasitəsilə həyata keçirilirdi. Ermənistanla SSRİ-nin qalan respublikaları arasında ən etibarlı dəmir yolu, əlaqə Azərbaycan vasitəsilə qurulan dəmir yolu əlaqəsi idi. Gürcüstan ərazisində olan yolların problemlərini, çətinliklərini sadalamaq fikrimiz yoxdur. Bu barədə dəfələrlə fikir bildirmişik. Amma iş burasındadır ki, Gürcüstan ərazisi vasitəsilə Ermənistanın nüvə tullantılarını Rusiyaya daşınması ümumiyyətlə mümkün deyil. Çünki Gürcüstan ərazisi vasitəsilə daşınmalar yalnız multimodal reallaşdırıla bilər. Avtomobil yolu, dəmir yolu sonra isə Qara dənizə bərə vasitəsilə. Mütəxəssislərin fikrincə:

ı. Nüvə tullantılarının daşınmasında  boşaltma-yükləmə  əməliyyatı yolverilməz məsələdir.

ıı. Avtomobil yolları ilə nüvə tullantılarının daşınması qeyri-mümkündür. Nüvə tullantısının daşındığı yolda ən azı 50 m radiusda başqa canlı olmamalıdır. Avtomobil yolu vasitəsilə nüvə tullantılarının daşınması trasda olan hər iki istiqamətə hərəkət edən avtomobillərə, onların sərnişinlərinə oradakı yüklərə təsir edəcəkdir. Gürcüstanda, ümumiyyətlə dünyada demək olar ki, belə  avtomobil yolu yoxdur.

ııı. Gürcüstanın  avtomobil yolları relyefinə və vəziyyətinə görə qəzaya şərait yaradır.

Ermənistan reallığı dərk etməli, Azərbaycana birbaşa müraciət etməlidir.  Əks halda İran-Ermənistan dəmir yolu ideyası fiaskoya uğradığı kimi, o qaydada Ermənistan AES-in fiaskoya uğramasından bəri başdan danışmalıdır ki, öz əhalisini aldatmasın.

Əgər Ermənistanın məqsədi Gürcüstana qarşı narazılıq yaratmaq üçün bəhanə axtarmaqdırsa, nüvə tullantılarının daşınması elə bəhanə ola bilər. Rusiya ilə Ermənistan hər ikisi birlikdə Gürcüstana təzyiq edə bilərlər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
592

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər