Mübariz Əhmədoğlu: Ermənistan Dağlıq Qarabağa dair Aİ qarşısında öhdəlik götürməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan Dağlıq Qarabağa dair Aİ qarşısında öhdəlik götürməlidir

10:53 - 20 / 11 / 2017
Mübariz Əhmədoğlu: Ermənistan Dağlıq Qarabağa dair Aİ qarşısında öhdəlik götürməlidir

Rəsmi dövlət İnformasiya agentliyi “Armenpress” Avropa İttifaqının Brüssel sammitinə 8 gün qalmış Avropa Parlamentinin qətnaməsində açıq mətnlə “Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu tanıması” barədə məlumat yaydı. Hətta bu ilin iyulun 5-də BMT komissiyalarında da “Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu” tanıyan sənədin  qəbul olunduğunu bildirdi. Hər ikisi ağ yalandır. Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək barədə Azərbaycan və Ermənistanı  məzmunlu öhdəlik götürməyə vadar etmək Avroparlamentin Avropa Şurasına tövsiyə qətnaməsinin əsas mahiyyətidir.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri politoloq Mübariz Əhmədoğlu bildirib.

O deyib ki, həmçinin bu qətnamədə 2009-cu ilin Yenilənmiş Madrid prinsipləri əsas kimi qəbul edilir:

“Ərazi bütövlüyü prinsipi xalqların öz müqəddəratını təyinetmə prinsipindən əvvəldə göstərilir.

Aİ-nin Ermənistanla əməkdaşlığı Dağlıq Qarabağ tənzimləməsində əldə olunan irəliləyişlə şərtləndirilir. Göstərilən sosial –iqtisadi inkişafın dayandığı ölkə də Ermənistandır.

Qətnamədə Ermənilərin sloqana çevirdiyi “A.Kaspişikin missiyasının genişləndirilməsi”, “Təhqiqat mexanizmlərinin yaradılması”, “Prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsi” frazaları  yoxdur”.

Politoloq əlavə edib ki, Aİ-nin sənədini saxtalaşdıran təkcə “Armenpress” deyil. Ermənistanda Aİ-nin sənədi prezident səviyyəsində saxtalaşdırılır. Prezident S.Sarkisyan Aİ ilə Ermənistan arasında çərçivə sazişində AES-in bağlanması barədə öhdəliyin olmadığını bildirdi. Aİ-nin yaydığı sənəddə isə bu var”.

M.Əhmədoğluna görə, vəziyyətdən çıxış yolu sadədir:

“İlk növbədə Ermənistan Aİ ilə  çərçivə sazişini imzalayarkən Dağlıq Qarabağı tərkib hissəsi etməyəcəyi, müstəqilliyini tanımayacağı və Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində fəaliyyətini dayandıracağı  barədə öhdəlik götürməlidir. Ermənistan AİB-ə  üzv olarkən bu öhdəlikləri götürüb və sonradan bunu verbal nota ilə təsdiqlədi. Aİ AİB-dən zəif qurum deyil.

İkincisi, digər üzv dövlətlər kimi Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi tam dəstəklənməli, Dağlıq Qarabağ məsələsi bu əsasda həll olunmalıdır. Bu məsələnin Brüssel sammitinin Yekun sənədində əksini tapması üçün Aİ ciddi siyasi iradə nümayiş etdirməlidir.

Kataloniyanın separatçı rəhbərlərinə qarşı İspaniyanın davranışının Aİ-nin yekun sənədində presedent və nümunəvi davranış kimi təsbit olunmalıdır. K.Puçdemona nisbətən separatçı Dağlıq Qarabağın de-fakto rəhbərləri olmuş R.Koçaryan, A.Qukasyan və indiki de-fakto rəhbər B.Saakyan daha qatı çinayətkarlardır. Beynəlxalq hüquq normalarını tanımayan bu şəxslər yerli ermənilərə də zülm etmişlər və edirlər.

Bu halda Ermənistanın dövlət səviyyəsində Aİ istiqamətindəki yalanlarının qarşısını almaq olar.

Aİ Ermənistan üzrə işləyən və işləmiş rəsmilərini korrupsiya məsələsinə görə testdən keçirsə, bu Aİ-nin Cənubi Qafqazda mövqeyini gücləndirə bilər”.

1news.az 

Paylaş:
589

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər