Mübariz Əhmədoğlu: Ermənistan Belarusdan əvvəl Rusiyanın tərkibinə daxil olacaq | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistan Belarusdan əvvəl Rusiyanın tərkibinə daxil olacaq

11:01 - 18 / 02 / 2019
Mübariz Əhmədoğlu: Ermənistan Belarusdan əvvəl Rusiyanın tərkibinə daxil olacaq

Rusiya ilə Belarusun münasibətlərindəki müəyyən aspektlər hətta ən pessimist Qərb ekspertlərinin diqqətini cəlb edib.

İndi Avropada hamı inanır ki, Belarus öz müstəqilliyini qorumaq uğrunda mübarizə aparmaq yolundadır. Rusiyanın yuxarı dairələri təkzib etsələr də  Putinlə Lukaşenkonun Soçidə bir günlük görüşündən sonra bəlli oldu ki, həqiqətən Rusiya ilə  Belarusun İttifaq dövlətinin yaradılması istiqamətində addımlarını addımlarını intensivləşdirmək niyyətləri var.

Vaxtilə ittifaq dövləti yarananda ilk olaraq o dövlətə qoşulanlar sırasında Ermənistanın da adı çəkildi. İndi Ermənistanın “müstəqil” siyasəti və ya Rusiyanın tərkibindən kənarda qalması Moskva üçün kifayət qədər ciddi təhlükə yaradır. Kreml bu təhlükələri aradan qaldırmaq üçün konkret addımlar atır: Rusiya Ermənistanın hərbisini öz hərbisinə birləşdirməklə böyük təxribat potensialını neytrallaşdırdı. Geosiyasi baxımdan da vəziyyət belədir. Amma Rusiya Ermənistanın iqtisadiyyatını birləşdirməkdə o qədər də uğur əldə edə bilməyib. Çünki Rusiyanın Ermənistan istiqamətində qurduğu bütün iqtisadi körpüləri Paşinyan yandırdı. Rusiyanın təsirindən çıxmaq üçün Ermənistan təkcə Qərb və İranla deyil, o cümlədən Çinlə də danışıqlar aparmağa başlayıb. İqtisadiyyatının vacib seqmentlərini, xüsusilə AES-nin tikilməsini Çinə tapşırmaq istəyir.

Rusiyada “məxməri inqilab” etmək üçün Ermənistanda təlim məşq toplantıları başlayıb və bu işin də başında Paşinyanın dayandığı təəccüblü deyil. Paşinyan Rusiyada liberal müxalifətin lideri N.İsayevlə görüşüb, əməkdaşlıq platforması yaratdı. Məhz bu platforma vasitəsilə Qərb Rusiyanın daxilində özünə ciddi rıçaq əldə edəcək.

Rusiya hər gün nadinc uşaq kimi Ermənistanın əlinin üstündən vura bilməz, onu etmə, bunu etmə-deyə bilməz. Ona görə Rusiya Ermənistan istiqamətində fundamental addımlar atdı. Rusiya və Belarus prezidentlərinin verdiyi bəyanatın daha vacib ünvanı məhz Ermənistandır. Bu  istiqamətdə çoxdan görülən hazırlıqlar yəqin yenidən başlanacaq. Ermənistanın Rusiyanın tərkibinə daxil olması üçün vaxtilə hətta referendum qrupları da yaradılmışdı.

Yalnız Rusiyanın tərkibinə daxil olduqdan sonra Ermənistanın anti-Rusiyaçılığı tamamilə neytrallaşdıra bilər.

Kreml Ermənistanı Rusiyanın tərkibinə daxil edirsə “Gülüstan” və “Türkmənçay” müqavilələrindəki dövr yada düşür. Çar Rusiyasının tərkibində “Ermənistan” yaradılarkən Zəngəzurda azərbaycanlılar məskunlaşmışdı və mahal olaraq müstəqil idi, İrəvan xanlığına tabe deyildi. Beləliklə Ermənistandakı referendum Zəngəzurun da taleyini həll edə bilər. Zəngəzur Azərbaycana qayıtdıqdan sonra Ermənistanın geosiyasi destruktiv aktivliyinə son qoyulacaqdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
503

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər