Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu günün tələbidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu günün tələbidir

13:06 - 18 / 07 / 2018
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu günün tələbidir

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Dağlıq Qarabağ manaqişəsi ətrafında yaranmış vəziyyəti təhlil edən politoloq münaqişə ilə bağlı cərəyan edən son proseslərlə bağlı fikirlərini bölüşüb:

1. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqu tənzimlənmə ətrafındakı bütün qeyri-müəyyənliklərin açarıdır.

Dinc yolla Dağlıq Qarabağ tənzimlənməsi ətrafında Ermənistan rəhbərliyi şüurlu şəkildə baryerlər yaradıb. Bu maneələri aşmaq ilk baxışda problemli görünür. Əslində heç bir problem yoxdur. Əgər Ermənistan rəhbərliyi danışıqlarda iştirakdan yayınırsa ATƏT MQ-nin əlində onu normal yola gətirmək üçün vasitə yoxdur. N.Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda birbaşa iştirakı tələbi də tənzimlənmə prosesini yubatmaq üçün hesablanıb. N.Paşinyan savadsız olsa da, bu təklifi savadsızlığından irəli sürməyib. O bilir ki, ATƏT MQ-də qərarlar konsensusla qəbul olunur. Onun təklifinin reallaşması üçün Azərbaycanın razılığı lazımdır.

Amma N.Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak təklifi tənzimlənməyə fayda verə bilər. Bu halda Dağlıq Qarabağ azərbaycanlıları da bərabər tərəf kimi danışıqlara qatılmalıdırlar. N.Paşinyan dinc tənzimlənmədə və demokratik dəyərlərdə səmimidirsə, o halda Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıı icmalarının arasında dialoqun başlanmasına Ermənistanın əvvəlki rəhbərliyinin qoyduğu qadağanı aradan qaldıracaq. Beləliklə N.Paşinyan Ermənistanın köklü problemləri ilə məşğul olacaq, eyni zamanda Dağlıq Qarabağ tənzimlənməsi prosesi də davam edəcək. Ermənistan və Azərbaycan yalnız Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının əldə etdiyi razılıqları müzakirə edib, qərar qəbul edə bilər.

Dağlıq Qarabağın erməni və azərbaycanlılarının dialoqu günün tələbidir:  ı.ATƏT MQ etimadın yaradılması üçün mümkün tədbirlər axtarışındadır. Ən yaxşı mümkün tədbir icmalar arası dialoqdur.

ıı. Aİ etimad tədbirləri sırasında dəfələrlə Dağlıq Qarabağ erməni və azərbaycanlılarının görüşü istiqamətində cəhdlər edib. Ermənistan buna imkan verməyib. Aİ-nin Ermənistana qarşı mövqeyini yaxşılaşdırmaq istəyən N.Paşinyan ilk növbədə Dağlıq Qarabağ məsələsində Aİ-nin təkliflərinə riayət etməlidir.

ııı. Ermənistan Aİ-dən vizasız rejim tələb edir. Dağlıq Qarabağdan azərbaycanlıları deportasiya edən, Dağlıq Qarabağ azərbaycanlılarının hətta məzarlarının ziyarəti üçün Dağlıq Qarabağa buraxmayan Ermənistan hökumətinin Aİ-dən vizasız rejim alması nonsensdir. Çünki Ermənistan Aİ məkanında sərbəst yerdəyişmə azadlığını məhdudlaşdırır. Aİ ilə Ermənistan arasında vizasız rejim barədə mövzu aktuallaşdıqca Azərbaycanın da bu məsələdə mövqeyi irəliləyəcək. Ona görə Ermənistan indidən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində sərbəst yerdəyişmə azadlığına qoyduğu məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmalıdır.

ATƏT MQ və Aİ Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulması məsələsində pessimistliklərini unutmalıdırlar. Çünki Dağlıq Qarabağ erməniləri N.Paşinyan hökumətinin razılığı olmadan da Dağlıq Qarabağ azərbaycanlıları ilə dialoqa gedə bilərlər. Dağlıq Qarabağda buna hazır olan ermənilərin sayı hədsiz çoxdur. Sadəcə ATƏT MQ və Aİ konkretlik nümayiş etdirməlidir. Bu da sonda Dağlıq Qarabağda sabitliyin yaranmasına gətirib çıxaracaqdır. Beləliklə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində keyfiyyət dəyişikliyi baş verər.

2. ATƏT MQ həmsədrləri Ermənistanla daha konkret gündəliklə işləməlidir.

ATƏT MQ həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistan Xİ nazirləri ilə 4 saatlıq görüşünün təşkilatçısı və iştirakçısı oldular. Bu vaxtadək həmsədrlər ayrı-ayrılıqda Azərbaycan və Ermənistan Xİ nazirləri ilə də görüşmüşdülər. Beləliklə həmsədrlərin görüşü üçün ayırdığı vaxtının optimal miqdarının 5,5 saat olduğunu demək olar. Həmsədrlərlə Xİ nazirləri və Xİ nazirlərinin bir-biri ilə ünsiyyətdə dil problemi yoxdur. Beləliklə, həmsədrlərin ağır, tər tökən işi göz qabağındadır. Amma hələlik nəticə yoxdur. Ən azı Ermənistan tərəfinin açıqlamalarından bu aydın görünür. Z.Mnasakanyanın fikrincə, 4 saat ona E.Məmmmədyarovla tanış olmaq üçün sərf olunub. N.Paşinyan ümumiyyətlə “demokratik fontan” vurdu. Guya həmsədrlər görüş zamanı Ermənistanda keçiriləcək Frankofoniya sammitində iştirak etməyi müzakirə və xahiş ediblər.

Niyə Azərbaycanı deyil, Ermənistanı deyirik. Çünki Azərbaycanın ATƏT MQ-yə və tənzimlənməyə konseptual və cari yanaşmasında heç bir dəyişiklik baş verməyib. Ermənistan tərəfdə isə dəyişikliklər boldur:

ı. Konstitusiya dəyişilib. Yeni konstitusiyaya görə dövlətin başçısı prezident, icra hakimiyyətinin başçısı baş nazirdir. Xarici siyasət məsələlərini də baş nazir müəyyən etməlidir. Azərbaycan konstitusiyasına görə Prezident həm dövlətin, həm icra hakimiyyətinin başçısıdır və xarici siyasəti də o müəyyənləşdirir.

ıı. Ermənistanda inqilab baş verdi. Zorakı yolla N.Paşinyan hakimiyyəti ələ keçirdi. N.Paşinyan Ermənistanın lideri olaraq Dağlıq Qarabağ tənzimlənməsində fərqli mövqe, şərt ortalığa qoyur. Onun şərtinin qəbul edilmədiyi bəllidir. Amma N.Paşinyan geri çəkilmir.

ııı. Ermənistanda konstitusiya və dövlət idarəçiliyinin dəyişdirilməsi məqsədyönlü idi. Hədəf Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində qeyri-müəyyənlik yaratmaq idi. Bu planın müəllifi S.Sərkisyan hakimiyyətdə qalsaydı haçansa o da süni baş nazir dəyişikliyinə gedəcəkdi. Məqsəd real tənzimlənmədən yayınmaq idi. Ehtimal ki, hadisələrin belə gedişi həmsədrlərə də bəlli idi. Ona görə həmsədrlər N.Paşinyanın növbəti addımlarına köklənməməlidir. Bunu dejavyu kimi qəbul etməlidir.

Həmsədrlərin Brüssel görüşündən sonra yaydığı bəyanatda “məzmunlu danışıqlarda təkrar iştirak üçün  növbəti addımlar və parametrlər barəsində fikir mübadiləsinin aparıldığı, etimadın möhkəmləndirilməsi üçün bir sıra mümkün tədbirlərə baxdıqlarını” bildirdilər.

Həmsədrlərin bəyanatından Azərbaycan və Ermənistan liderlərinin görüşünün hazırlanmasının aktiv müzakirə mövzusu olduğu aydın görünür. Əsas məsələ Ermənistanı kimin təmsil edəcəyidir. N.Paşinyan statusuna görə Azərbaycan Prezidenti İ.Əliyevin tayı deyil. Parametrlər dedikdə bu problemi həll etmək nəzərdə tutulur.

“Bəzi mümkün etimad tədbirləri” adı altında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun başlanmasının nəzərdə tutulduğunu ehtimal etmək olar. Amma Ermənistanın indiki rəhbərliyinin davranışı həmsədrlərin diplomatik ifadələrinin anlamaq gücündə olmadığını ortalığa qoydu.

ATƏT MQ Ermənistanda dördüncü liderlə işləyir. Əvvəlki 3 prezidentlə indiki baş nazirin Dağlıq Qarabağ tənzimınməsinə yanaşmaları  arasında fərqin olub-olmadığını yaxşı bilirlər. Bu, artıq ATƏT MQ həmsədrlərinin daha konkret gündəliklə işləməsini imperativə çevirir. Əks-təqdirdə həmsədrlər təkcə özlərini deyil, mənsub olduqları dövlətlərin imicinə xələl gətirəcəklər. Azərbaycan ordusunun fəaliyyətinin qarşısını almaq isə onların gücü daxilində olan məsələ deyil.

1news.az

Paylaş:
544

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər