Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-la Rusiya arasında rəqabət başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-la Rusiya arasında rəqabət başlayıb

13:10 - 22 / 11 / 2017
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-la Rusiya arasında rəqabət başlayıb

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Moskva görüşünə sürüşkən mövqe nümayiş etdirməyə məcbur oldu. Həmsədrlər Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri anons etsə də, sonradan Rusiya XİN-in rəsmisi Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlərin ilin sonunadək keçiriləcəyini bildirdi.

1news.az xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Ermənistan həmsədrlərlə Moskva görüşünü ümumiyyətlə təsdiqləmədi:

“Bəlkə də belə yanaşma məntiqli idi, çünki dekabrın 7-8-də ATƏT-in ministerialı keçiriləcəkdir. Amma sonradan RF mövqeyini dəyişdi. Nəinki həmsədrlərlə xarici işlər nazirlərinin görüşünə şərait yaratdı, hətta Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana səfəri anons edildi”.

Politoloq hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst passivlikdən imtina edib, pozitiv aktivliyə keçməsinin iki mənbəyi var:

“ABŞ Dağlıq Qarabağ tənzimlənməsində xeyli aktivləşib. ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirləri Dağlıq Qarabağ tənzimlənməsinin xeyrinə bəyanatlar verdilər. Səfir Robert Sekuta ABŞ-a səfər edərək həmsədr Endryu  Şeferlə görüşdüyünü bildirdi. Amma ABŞ-ın aktivliyinin ən bariz nümunəsi yeni həmsədr E. Şeferin fəaliyyətidir. Şefer Dağlıq Qarabağ tənzimlənməsinə yeni dinamizm, yeni metodologiya və yeni resurs bazası gətirdi. Şeferin bu keyfiyyətləri Azərbaycan və Ermənistan XİN rəhbərirlərinin Nyu-Yorkda BMT Baş Məclisi müstəvisində görüşünün təşkilində özünü göstərdi.

Əvvəlcə E.Şefer BMT baş katibinin siyasi məsələlər üzrə müavini, başqa sözlə, BMT-nin ABŞ tərəfdən kuratoru C.Feldmanla həmsədrlərin görüşünü təşkil etdi. Mürəkkəb proseslər yalnız C.Feldmanın iştirakından sonra həllini tapa bilər. İranla “Altılıq” arasında nüvə müqaviləsi Feldmanın Tehrana iki gizli səfərindən sonra baş tutdu. Azərbaycan və Ermənistan Xİ nazirlərinin Nyu-York görüşündən sonra həmsədrlərin yaydığı bəyanatda “prezidentlərin Vyana və Sankt-Peterburq razılaşmalarına əməl etməsi” tezisi yazılmadı. 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanın əsas kozırı bu tezis idi. Həmsədrlər regiona səfərindən sonra da yaydığı bəyanatda bu tezisi unutdular. Prezidentlərin Cenevrə görüşü barədə də yayılan bəyanatda Ermənistanın əsas tezisinə yer tapılmadı. Ümumiyyətlə Prezidentlərin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir”.

M.Əhmədoğlu vurğulayıb ki,  prezidentlərin Cenevrə görüşündən sonra Şefer ABŞ adından Dağlıq Qarabağ tənzimlənməsi üçün 4 maddəli variant açıqladı:

“Hərbi məsələlərin həlli; ərazilərin qaytarılması; statusun müəyyənləşdirilməsi; qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli”.

Şefer bu variantı hazırlayarkən mənbə və ya resurs kimi Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulan Helsinki Yekun Aktının 3 prinsipindən istifadə etmişdir. Şeferin variantı ermənilərin dəstəklədiyi prinsiplər toplusu üzərində qurulsa da, Azərbaycan üçün məqbul variantdır. RF-in fikrincə bu variant Azərbaycanı ABŞ-a doğru itələyə bilər. Eləcə də E.Şeferin fəaliyyəti və ortalığa qoyduğu variant ATƏT MQ-ni Rusiyanın monopoliyasından çıxara bilər. Dinc tənzimlənmədə təşəbbüskarlığı Rusiyadan alıb ABŞ-a verə bilər. Ona görə RF dərhal aktivləşdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən rusiyalı həmkarı Vladimir Putinlə  görüşdə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəyini bildirdi. Kreml sanki R.T.Ərdoğanın bu bəyanatını gözləyirmiş və dərhal müsbət reaksiya verdi. Qısa müddət ərzində Ərdoğanın Rusiya prezidenti V.Putinlə görüşü təşkil edildi. Soçidə 4 saat davam edən görüşdə Dağlıq Qarabağ mövzusunun müzakirə edilib-edilməməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Amma bu görüşdə və lazımi fon olduğu halda Dağlıq Qarabağ məsələsinin müzakirə edilməməsi mümkün deyil. Elə ona görə də görüş başa çatan kimi, başqa sözlə Ərdoğanın qoxusu çəkilməmiş RF xarici işlər naziri S. Lavrovun Bakıya və Yerevana səfəri anons edildi. Ərdoğan sonradan Dağlıq Qarabağ müzakirəsinin baş tutduğunu bildirdi. S.Lavrovun səfərinin rəsmi motivasiyası barədə nə deyilməsindən asılı olmayaraq Lavrov  regiona Dağlıq Qarabağ tənzimlənməsi üzrə V.Putinin planını gətirir. Bu planın əsas təfərrüatları 2016-cı ilin iyununda Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı hazırlanmışdır. RF Dağlıq Qarabağ tənzimlənməsi prosesində istəsə ABŞ-ı qabaqlaya bilər. Dağlıq Qarabağ probleminin həlli hal-hazırda Rusiya üçün böyük əhəmiyyətə malikdir. RF üçün bir azdan gec ola bilər. Yaxın Şərqdə baş verənlər RF- seytnota salıb.

Politoloq hesab edir ki, Lavrov Dağlıq Qarabağ münaqişəsi regionuna özü gəlməmişdi, onu Putin göndərmişdi:

“Yaxın Şərqdə kürd faktorunun sıradan çıxması Dağlıq Qarabağ münaqişəsində Rusiyanın mövqeyində kardinal dəyişiklik yaratdı. Kürd faktorunun sıradan çıxması Rusiya üçün çox ciddi itkidir. Putinin Yaxın Şərq üzrə siyasi arxitekturasının fundamenti yaxın illərdə aradan qaldırılması mümkün olmayan ciddi zədə alıb. İran Türkiyə ilə birlikdə Rusiyanı Yaxın Şərqdən sıxışdırıb çıxarmaq gücündədir. RF-in son zamanlar ziddiyyətli siyasəti bunu göstərir. V.Putin  bir əli ilə amerikalı həmkarı Donald Trampla İranı  və “Hizbullahı” Suriyadan qovub çıxarmaq barədə müqavilə imzalayır, digər əli ilə İranı onun Suriyadakı mövqeyinin güclənməsi barədə danışıqlar aparmağa çağırır. Belə vəziyyətdə Azərbaycanla müttəfiqlik Rusiya üçün həyati əhəmiyyətli məsələyə çevrilir. Dağlıq Qarabağ münaqişəsi regionunda istənilən əlavə hərbi təxribat Putini hakimiyyəti dövründə Yaxın Şərq istiqamətində qazandıqlarından məhrum edə bilər. Suriya istiqamətində Rusiya üçün ən böyük təhlükə Dağlıq Qarabağ məsələsidir. Bu dəfələrlə Kreml tərəfindən də bildirilib. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın da məlum açıqlamalarında Rusiyanın mövqeyinin əsas leytmotivi məhz bunun üzərində qurulmuşdu”.

Poitoloq vurğulayıb ki, Dağlıq Qarabağ və Suriya məsələləri bir-biri ilə əlaqəlidir:

“Lavrov ABŞ-da təklif etmişdi ki, Suriyada tənzimlənmə ilə məşğul olmayaq, Dağlıq Qarabağ tənzimlənməsində olduğu kimi tənzimlənmə görüntüsü yaradaq. ABŞ bunu qəbul etmədi.

İkincisi, Putin Kəsab hadisələrini ikinci “erməni soyqırımı” adlandırdı və Ermənistana Suriyaya sülhməramlı adı ilə qüvvə yeritməyi təklif etdi. O zaman Sarkisyan ABŞ-ın mövqeyini üstün götürdüyü üçün Putinin mövqeyindən imtina etdi. Belə proseslər Rusiyanın Dağlıq Qarabağ məsələsində Ermənistanın imitasiya mövqeyinə göz yummağa vadar edirdi.

Üçüncüsü, ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Rusiyanın Suriya məsələsində ABŞ-a güzəştə gedəcəyi təqdirdə, ABŞ-ın da Dağlıq Qarabağ məsələsində Rusiyaya güzəştə gedəcəyini bildirdi. Bu, Rusiya tərəfindən qəbul edilmədi.

Nəhayət, Ermənistanda hərbi bazanın Rusiyanın nəzarəti altına keçməsinin ən əsas mahiyyəti Ermənistan hərbçilərinin Türkiyə və Azərbaycanın Naxçıvan regionu ilə sərhəddə hərbi təxribat törətməsinin qarşısını almaq idi. Dağlıq Qarabağ regionunda müharibə alovlanarsa, bu artıq Rusiyanın öz hərbi qüvvələrini Suriyadan geri çəkməsi ilə nəticələnə bilər. Çünki Türkiyənin Ermənistanla müharibəyə qoşulması Rusiya üçün ikinci cəbhənin açılması deməkdir.  Kürd faktoru sıradan çıxdıqdan sonra Rusiya başa düşür ki, ermənilərin təxribatı neytrallaşdırılmalıdır. Ona görə də V.Putin S. Lavrovu regiona səfərə göndərdi. Ehtimal ki, Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüş təşəbbüsünü irəli sürəcək.

Ermənistanın verdiyi açıqlamalardan başa düşülür ki, Rusiya Sankt-Peterburq Ermənistan isə Kazan variantı üzrə tənzimlənməyə hazırdır və ilk olaraq 5 rayon Azərbaycana qaytarılmalıdır.

Reallıq isə bundan ibarətdir ki, Ermənistan üçün Dağlıq Qarabağ tənzimlənməsində kifayət qədər çətin dövr başlayır. Əgər ermənilər özləri Dağlıq Qarabağ məsələsini tənzimləsəydilər hər halda çoxdan Azərbaycanla həm ikitərəfli, həm də regional əməkdaşlıq məsələlərini qurmuşdular”.

M.Əhmədoğlu vurğulayıb ki, Azərbaycan ordusu tənzimlənmə prosesini başa çatdırmaq gücündədir:

“Regional proseslər və amerikalı həmsədr E.Şeferin fəaliyyəti dinc tənzimlənməyə ümidi artırsa da, hərbi proseslər bir an unudulmur.

Hərbi aktivlik Ermənistanda əks-effekt yaradır. Erməni ordusunda itkilərin də sayı artır. Əksərən erməni hərbçiləri bir-birini güllələyirlər. Hərbi hissələrdə nöqsanların sayı artır. Tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz  aksiyası ümumilikdə erməni xalqının Dağlıq Qarabağ mövzusuna, orduya inamsızlığının göstəricisidir. Tələbələrin mitinqi istər Ermənistan cəmiyyətində, istərsə də dünya erməniliyi tərəfindən heç bir tənqidə məruz qalmadı. Bu kifayət qədər ciddi ölçü meyarıdır.

Azərbaycanda əhalinin hakimiyyətin Qarabağ siyasətinə dəstəyi yalnız artan istiqamətdədir. Ordunun içərisində nöqsanlar ən minimuma endirilib. Hərbi təlimlər vaxtaşırı və geniş spektrli keçirilir. Ermənistan mətbuatının Azərbaycanın hərbi müqavilələrində yaranmış çətinliklərlə bağlı yazdıqları yalnız blefdir. Son illərdə ermənilər yalnız bir dəfə Rusiya ilə Azərbaycan arasında imzalanmış müqavilənin mətninə dəyişiklik etdirə bildilər. Nəticədə Ermənistanın hərbi sənaye kompleksindəki ən böyük adamı A.Fomin vəzifədən kənarlaşdırıldı.

İsraillə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədədir, yeni sahələri əhatə edir, heç bir problem yoxdur. İsrailin bəzi siyasilərinin Azərbaycanla hərbi əməkdaşlıq barədə problemlər yaratması barədə görüntü yaratması Ermənistanın beynini pudralamaq üçün nəzərdə tutulub.

İsrailin fikrincə, Ermənistan ciddi, müstəqil dövlət deyil, plastilin dövlətdir. Onu istənilən formaya salmaq olar. Ona görə İsrail Ermənistana antiİran forma vermək istəyir.

Xaricdə yaşayan ermənilər İranın ərazisində böyük casus şəbəkəsi yarada biliblər. Milliyyətcə erməni olan bir neçə Amerika vətəndaşının İran-Ermənistan sərhədində saxlanılması barədə məlumatlar yayılmışdı. Yəqin ki, İranın içərisində olan casusların sayı daha çoxdur.

İsrail Azərbaycanla əlaqələri kəsə bilməz. Çünki bu konkret pul deməkdir, İsrailin daxilində pula ehtiyac artıb. Ermənistan tam antiİran forma aldıqdan sonra nəzəri cəhətdən İsrailin Azərbaycanla əlaqələri zəiflətməsi mümkündür. Başqa variant ağıla gəlmir.

Hərbi əməliyyatlar üçün yeganə maneə iqlim və ya temperatur dəyişikliyidir. Temperatur rejimi sabitləşdikdən sonra Azərbaycan ordusu istənilən vəzifəni qısa müddət ərzində, ən yüksək səviyyədə yerinə yetirə biləcəkdir. Həm də Dağlıq Qarabağ tənzimlənməsi üzrə siyasi proseslərin aktivliyi də özünü göstərir.

Ermənilərin dilini hamıdan yaxşı bilən Azərbaycan hərbiyyəsidir. Həmsədrlər və digər beynəlxalq təşkilatlar ermənilərlə dil tapa bilməyəcəksə, Azərbaycan ordusu ermənilərin dilini açacaqdır”.

 1news.az  

 

 

 

 

Paylaş:
726

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər