Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ erməni separatçılığına dəstək İranda bumeranqa çevrilə bilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ erməni separatçılığına dəstək İranda bumeranqa çevrilə bilər

10:22 - 18 / 12 / 2017
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ erməni separatçılığına dəstək İranda bumeranqa çevrilə bilər

İranda erməni işğalçılığına dəstəyi göstərən bəzi yeni faktlar var.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq həmin faktları aşağıdakı kimi qruplaşdırıb:

1. İranın populyar “Şərq” qəzeti özünü separatçı rejimin Dağlıq Qarabağın “xarici işlər naziri” kimi təqdim edən Masis Mailyandan orijinal formada müsahibə götürdü və yayımladı. M.Mailyan ekspert kimi Avropa və Rusiyada kifayət qədər fəaliyyət göstərib. Onun İran ekspertləri ilə təması barədə bizə ciddi bir şey bəlli deyil. M.Mailyan Avropa və Rusiya mətbuatına müsahibə verməkdə maraqlı olardı. Bu prizmadan onun  İran mətbuatına müsahibə verməsinə təşəbbüs göstərməsini çox az ehtimallı hesab edirik. İran qəzeti M.Mailyanı tapıb, ondan müsahibə üçün xahiş edib. M.Mayilyanın müsahibədəki yalanla sərbəst davranışı onun həm müsahibinə, mətbu orqanına, eləcə də İran ictimaiyyətinə münasibətinin göstəricisidir. İran ictimaiyyətinə daha böyük hörmətsizliyi müsahibənin müəllifi, ekspert, İİR vətəndaşı Salar Seyfəddini edir. O, Dağlıq Qarabağ münaqişəsinin ilkin  tarixinin az bəlli olan hissəsini açıqlayır. Amma burada o İran ictimaiyyətini aldadır. Dağlıq Qarabağ münaqişəsi barədə 1987 –ci ildən ABŞ Dövlət Departamentinin SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi məktublar, ABŞ konqresinin Dağlıq Qarabağ münaqişəsi barədə 1989-cu ilin iyun və noyabr qətnamələri haqqında susur. Bu qətnamələrdə Dağlıq Qarabağ separatçılarının “Qarabağ” komitəsi SSRİ hökuməti ilə bərabərtərəfli kimi təqdim edilir. İran indi az qala Dağlıq Qarabağı özünə bərabər hesab edir: 138 km ortaq sərhəd; Cənubi Qafqazda aktor; və.s  Dəqiqləşdirmə aparaq: Sistan, Bəlucistan, puştular, kürdlər, türkmənlər, qaşqaylar İİR tərəfindən tanınmadığı kimi Dağlıq Qarabağı da heç dövlət, o cümlədən Ermənistan tanımayıb.

2. “Qanun” qəzeti İranın Ermənistan və Dağlıq Qarabağda məscidlərin təmiri və bərpası sahəsində fəaliyyətini ideal əməkdaşlığın nümunəsi olduğunu bəyan edir. Ağdama “akna” demək erməni yalanını İran mənbələrindən üstün tutmaq anlamındadır. Qəzetin yazısında ““Dağlıq Qarabağ respublikasının” hökuməti nəinki məscidlərə zərər yetirib, hətta çoxlu xərc çəkərək onların təmirinə çalışmışdır”, “Azərbaycanın atəş nöqtəsinə yaxın olmaq təmirə maneçilik törədir” fikirləri erməni separatçılığı ilə yanaşı, Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində işləyən iranlılara haqq qazandırmaq cəhdidir. Erməni işğalçıları işğal etdikləri Azərbaycan ərazisindəki məscidləri dağıtmasaydı, onun bərpasına ehtiyac da yaranmazdı. Bu sadə həqiqəti “Qanun” qəzetnin kollektivinin başa düşməsinə maneçilik edən səbəblər görünür, var. Ağdam məscidi 1828-ci ildən sonra, 1870-ci ildə tikilib. Əgər tarixi bu dərəcədə saxtalaşdırmağa İran tərəfi cəhd edirsə yada salaq ki, Fars körfəzində yerləşən Bəndərabas limanını Səfəvi hökmdarı Şah Abbas tikdirib. Ağdamdakı məscidin İrana məxsusluğundan daha çox Bəndərəbas Azərbaycana məxsusdur.

III. İran parlamentinin spikeri Əli Laricani Ermənistan parlamentinin nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağ tənzimlənməsi barədə səsləndirdiyi fikirlər status-kvonun qorunub saxlanmasına yönəlib. Ə.Laricani İranın adından  qonşuluğunda yeni qarşıdurmada maraqlı olmadığını bildirdi. Başqa sözlə, Azərbaycan işğalçılara qarşı müharibə aparmamalıdır. Ə.Laricaninin İranda səfərdə olarkən Azərbaycan parlamentinin spikeri O.Əsədovla görüşməməsi yadımızdan çıxmayıb.

1. İranın Mədəniyyət və İrşad nazirliyinin xətti ilə “Həvva” adlı İran-Ermənistan  birgə film çəkilib, “Oskar” nominasiyasına təqdim olunub. Film yüngül həyat tərzinə meylli, boşanmış erməni qadının obrazında Ermənistan- Dağlıq Qarabağ bağlılığını nümayiş etdirir.

Ümumiləşdirmə: İran mətbuatında, ictimai-siyasi mühitində Dağlıq Qarabağ trendinin yarandığını ehtimal etmək olar. Ermənistan trendindən fərqli olan bu trendi yalnız bir qrup adamın şəxsi təşəbbüsü hesab etmək yanlışlıqdır. Din və dövlət adamlarını bu məsələ diqqət ayıtması faydaı olar.

ABŞ, Rusiya və Aİ erməni işğalçılığına açıq dəstək verməyi çoxdan unudublar. ABŞ vətəndaşlarına, hətta milliyyətcə erməni olanlarına Dağlıq Qarabağa getməyi qadağan edib. Nəticədə, Amerikadakı erməni təşkilatlarının nümayəndələri M.Mailyanla Dağlıq Qarabağda deyil,  Yerevanda görüşdülər. İran bunlardan  örnək götürə bilər.

İsrail-Ermənistan artan rəsmi  münasibətlərinə İranda susmalarıı çox şey deyir. Belə başa düşülür ki, İranın İsraillə problemi yoxdur, problemi Azərbaycanladır. Çünki İranda guya ancaq İsrail-Azərbaycan münasibətləri hədsiz narahatlıq yaradır.

Azərbaycan Prezidenti İ.Əliyev noyabrın 1-də Tehranda Azərbaycan-Rusiya- İran üçtərəfli sammitində iştirakı zamanı İranın Ali dini rəhbəri ilə də görüşdü. Geniş fikir mübadiləsi aparılıb. Öz tərəfimizdən deyə bilərik ki, ölkə Prezidenti Azərbaycanın daxili-xarici, o cümlədən dinlə bağlı siyasətində hərtərəfli mövqeyini ortalığa qoydu.

Bəzi İslam dövlətləri İslam dininə gəlir mənbəyi kimi baxırlar. Azərbaycan yeganə dövlətdir ki, büdcə hesabına məscidlər tikir, təmir və bərpa edir. Bu zaman dindən bir qəpik də pul qazanmır.

Azərbaycana  antiİran siyasət aparmağı dəvət edən dövlətlərin sayı xeyli çoxdur. Azərbaycan bu dəvətlərin heç birisini qəbul etməyib.

Daha bir ümumiləşdirmə: İranın din və dövlət adamlarının gözü qarşısında islam birliyinə zərbə vurulur. İranda bir qrupun başına xristian erməniləri toplayaraq Azərbaycanı təhdid obyektinə çevirməsi İİR-in bu günü və gələcəyi üçün təhlükəlidir. İran polietnik, Azərbaycan nümunəvi polietnik və polikonfessional dövlətdirlər. Ermənistan monoetnik və monokonfessional dövlətdir.

Ümumiləşdirmələri ümumiləşdirək. Azərbaycan İranın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb. İranın daxilində heç bir milli və dini azlığı dəstəkləməyib. Söhbət İrandakı azərbaycanlılardan getmir. Zənnimcə, İrandakılar da bilir ki, İranda azərbaycanlılar artıq milli azlıq deyil.

Azərbaycan güclü dövlətdir. Torpaqları işğal altında ola-ola inkişaf etdi. İndi Azərbaycanın qazandıqlarından İran da fayda götürür.

Dinimizin prinsiplərinə necə riayət olunmasına İran tərəfi ciddi fikir verməlidir. İrandakılar din biliciləridir. Hətta içərilərində siyasi ayətullahlar da var. Amma bu Allahın və İslam peyğəmbərinin ayələrini dəyişmir.

1news.az

Paylaş:
798

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər