Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrləri erməni ordusundakı ölümlərin genezisini öyrənməlidir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrləri erməni ordusundakı ölümlərin genezisini öyrənməlidir

10:00 - 16 / 02 / 2018
Mübariz Əhmədoğlu: ATƏT MQ həmsədrləri erməni ordusundakı ölümlərin genezisini öyrənməlidir

Vasitəçilərin regiona son səfərindən sonra yaydıqları bəyanatda atəşkəs rejiminin pozulması yenidən ön plana çıxdı. Son bir neçə bəyanatlarında danışıqların intensivləşdirilməsi əsas tövsiyə idi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:

“Bu, Ermənistanı qane etmirdi. Buna görə Ermənistan qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində yenidən hərbi təxribatları aktuallaşdırdı. Qoşunların təmas xəttində əvvəlcə bir və sonra digər erməni hərbçisinin ölməsi ilə bağlı həm Azərbaycan, həm də Ermənistanın Müdafiə Nazirliyi və onun Azərbaycanın işğal olunmuş ərazilərindəki törəmə qurumu məlumat yaydılar. Fakt budur ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə daha çox oxşayır.

Eyni hadisə Ermənistan-Azərbaycan dövlət sərhədində də baş verdi Ermənistanın Müdafiə Nazirliyinin bu insidentlə bağlı yaydığı məlumatda aksent yandırılan “UAZ” markalı maşının Ermənistana məxsus olmaması üzərindədir.  “UAZ”-ın digər qonşu dövlətlərdən hər hansı birinə məxsusluğu da istisna edilmir”.

Politoloqun fikrincə, 2015-ci ildə də erməni hərbçiləri RF dövlət nömrə nişanlı yük avtomobili ilə dövlət sərhədində manevrlər etməklə Azərbaycan hərbçilərinin diqqətini cəlb edə bildilər.

“Nəticədə, Azərbaycan hərbçiləri RF-in Şimali Osetiya regionunda yaşayan erməniyə məxsus, RF dövlət nömrə nişanlı iri qabaritli yük avtomobilini sıradan çıxartdılar.

Həmsədrlər qəbul etmək istəmirlər ki, həm qoşunların təmas xəttində,  həm də dövlət sərhədində atəşkəs rejiminin pozulmasında ermənilər hədsiz maraqlıdırlar. Qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla Ermənistan insidentlərin tədqiqi mexanizmlərinin zəruriliyini və ümumilikdə qoşunların təmas xətti mövzusunun aktuallığını əsaslandırırlar. Bununla da qoşunların təmas xətti anlayışına “sərhəd” məzmunu vermək istəyirlər.

Dövlət sərhədində insident törətməklə Ermənistan Rusiyanı Azərbaycana qarşı hərbi təxribata çəkmək istəyir. Çünki Ermənistanın RF-lə hərbi təhlükəsizlik müqaviləsi mövcuddur. Bu müqaviləyə görə Ermənistan Respublikasının sərhədlərinə təhlükə yarandıqda RF Ermənistana kömək etməlidir”.

Mübariz Əhmədoğlunun fikrincə, əgər ermənilər Azərbaycan ordusundan qorxmasaydılar atəşkəs rejimini tez-tez pozardılar:

“Azərbaycan ordusu son illərdə erməni təxribatlarına kəskin  cavab verir. Amma buna baxmayaraq ermənilər əllərinə imkan düşən kimi atəşkəs rejimini pozurlar.

Təəssüf ki, həmsədrlər məsələnin bu tərəfini nəzərə almadan atəşkəs rejiminin pozulmasında əksərən Azərbaycanı günahkar göstərməyə cəhd edirlər. Bu ermənilərin marağına tam cavab verir. Vasitəçilərin belə məsələləri nəzərə almamasının ucbatından indi orduda ermənilər bir-birini qırırlar. Rəsmi statistikaya görə 2017-ci ildə işğal olunmuş Azərbaycan ərazilərindəki erməni ordusu 60 itki verib. Erməni mənbələrinə görə bunlardan yalnız 22-si Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində ölüb. Qalan 38-ni isə digər erməni öldürüb. Ermənilərin öldürdüyü erməni hərbçilərinin sayı azərbaycanlıların öldürdüyü ermənilərin sayından təxminən 2 dəfə çoxdur. Beləliklə, S.Sərkisyan atəşkəs rejiminin pozulması məsələsini uzun müddət gündəlikdə saxlaya bilər. ATƏT MQ həmsədrləri bu işdə S.Sərkisyana yardımçı olurlar. Söhbət erməni hərbçisinin işğal olunmuş Azərbaycan ərazisindəki ölümündən gedirsə, bu erməninin hansı səbəbdən və kim tərəfindən öldürülməsi diqqətlə araşdırılmalıdır. Belə alınır ki, həmsədrlər işğal olunmuş Azərbaycan ərazilərindəki Ermənistan ordusundakı ölümlərin genezisini, mənşəyini araşdırmaqda maraqlı deyil və bununla da münaqişənin davamında maraqlı olduqlarını nümayiş etdirirlər”.

S.Xankişiyeva

 

Paylaş:
726

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər