Mübariz Əhmədoğlu: ABŞ-Ermənistan münasibətində 3 istiqamət daha aktualdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: ABŞ-Ermənistan münasibətində 3 istiqamət daha aktualdır

10:31 - 20 / 08 / 2018
Mübariz Əhmədoğlu: ABŞ-Ermənistan münasibətində 3 istiqamət daha aktualdır

ABŞ-ın Ermənistandakı səfiri R.Millz Ermənistana ABŞ-ın yeni investisiyalarından hətta danışmağın yersiz olduğunu bildirdi.

Səfir Millz Paşinyanın baş nazirliyinin ilk ayında ABŞ-dan Ermənistana investisiya cəlb etməklə məşğul idi. R.Millz bəyan etmişdi ki, indi Ermənistana ABŞ-dan investisiyaların gələcəyinə daha çox ümid edir. Prezident A.Sərkisyanın da qatıldığı böyük nümayəndə heyəti ilə o, ABŞ-a səfər etdi. Səfərdən də qayıtdıqdan sonra o yeni investisiyalar barədə optimist danışdı. Amma iyul ayının ikinci yarısında səfir R.Millz ABŞ-dan Ermənistana yeni investisiyalar gəlməsi mövzusunda çox pessimistdir. Bunun 3 səbəbi ola bilər:

a) N.Paşinyan aşkar Rusiyapərəst siyasət aparmaqla Ermənistanın xarici siyasətindəki balansı pozub. Rusiya isə Ermənistana qarşı inamsızlığını daha yeni elementlərlə nümayiş etdirir. N.Paşinyanın rəhbərlik etdiyi Ermənistanla RF arasında mübahisə yaradan məsələlərin də kəsəri artıb. RF hərbi bazasının statusuna yenidən baxılması məsələsi gündəlikdədir. N.Paşinyanın səriştəsizliyi Ermənistan üçün təhlükə mənbəyinə çevrilir.

b) Ölkədaxili proseslər ABŞ-ı narahat edə bilər. N.Paşinyanın korrupsiyaya qarşı mübarizəsi siyasi rəngə boyanıb. Eləcə də korrupsiya yoxlamalarına məruz qalmış sahələrdə proseslər neqativ istiqamətdə irəliləyir. Tutaq ki, ticarət şəbəkələrindəki yoxlamalardan sonra qiymətlər ucuzlaşmaq əvəzinə, bahalaşır.

c) N.Paşinyan kəskin dərəcədə qısqanclıq, bəlkə də qorxaqlıq nümayiş etdirir. Keçmiş hakim “Respublika” bir yana N.Paşinyan indi hakimiyyət ortağı olan “Çiçəklənən Ermənistan” və “Daşnaksutyun” partiyaları ilə də yola gedə bilmir. Qagik Çarukyanla siyasi mübarizə hər an partlayışa çevrilə bilər. N.Paşinyanın keçmiş blok yoldaşları ilə də problemi var. Rəsmi Vaşinqtonun fikrincə, Ermənistanın daxilindəki bütün bu siyasi qeyri-müəyyənlikləri parlament seçkiləri həll edə bilər.

N.Paşinyanın D.Trampla görüşü onun komandası üçün ən vacib məsələdir. N.Paşinyanın sentyabrda BMT BA-da iştirakı zamanı ABŞ prezidenti D.Trampla görüşmək niyyətindədir. Baş nazirin 1-ci müavini A.Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdə oldu.  Öndə olan məsələ D.Trampla N.Paşinyanın görüşünün hazırlanması idi. Amerikalı kolumnist A.Qalstyan A.Mirzoyanın ABŞ-dakı davranışının əks-effektli olduğunu bildirdi.

Ermənistanın ABŞ-dakı səfiri Q.Ovannisyan N.Paşinyanın D.Trampla görüşünü ABŞ Dövlət Departamentindəki tərəfdarları ilə müzakirə etdiyini bildirdi. ABŞ-ın Ermənistandakı səfiri R.Millz də D.Trampla N.Paşinyanın görüşünün təşkilinin mümkünlüyü məsələsinə baxıldığını bildirdi. Amma hələlik görüşlə bağlı heç bir qərar qəbul edilmədiyini də bildirdi.

48 ABŞ konqresmeni D.Trampa məktub göndərərək Ermənistanın baş naziri N.Paşinyanla görüşməyə çağırış etdilər.

ABŞ konqresmenləri N.Paşinyan baş nazir olduqdan sonra Ermənistanla əlaqəli müraciətlərinin sayını artırıblar. Dövlət Departamentinə, Ağ Evə və “Minilliyin Çağırışı” Proqramına Ermənistana investisiya qoymaq çağırışı ilə müraciətlər göndərilir. Motivasiya Ermənistanın demokratik olmasıdır. Bəlkə də bu hakimiyyət dəyişikliyinin yaratdığı effektdir. Amma konqresmenlər N.Paşinyanı demokrat adlandırmaqla ondan əvvəlki Ermənistanın antidemokratik olduğunu etiraf edirlər.

ABŞ-dakı ermənilərlə əlaqəli konqresmenlər və strukturların fəaliyyətində Ermənistana investisiya məsələsi ön plana çıxarılıb. “Erməni soyqırımı” və Dağlıq Qarabağ məsələsinə diqqət minimaldadır.

ABŞ Dövlət Katibinin Ermənistan prezidenti ilə görüşməsi və baş nazir N.Paşinyanla görüşməməsi səfir R.Millz üçün aktual olaraq qalmışdı. N.Paşinyanın komandası bu məsələdən əl çəkmək istəmir.

Ermənistanın ABŞ-dakı səfiri Qriqor Ovannisyan şəxsi xarici investisiyalar korporasiyasının icraçı direktoru Devid Boxiqyanla görüşüb, Ermənistana ABŞ investorlarının göndərilməsi məsələsini müzakirə etdi. Adı çəkilən korporasiya ABŞ hökumətinin nəzdində olan agentlikdir. Devid Boxiqyan böyük nümayəndə heyəti ilə Ermənistana gəldi.

ABŞ Dövlət Departamenti R.Köçəryanın həbsinə dərhal reaksiya verdi və bu məsələni ciddi diqqətdə saxlayır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
402

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər