Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill İlham Əliyevi təbrik edib

16:15 - 20 / 10 / 2017
Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill İlham Əliyevi təbrik edib

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün əhalisini Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.

Suverenliyin bərpasından ötən illər ərzində Azərbaycanda mühüm siyasi-iqtisadi dəyişikliklər baş verib. Aşkardır ki, ölkənin nailiyyətlərinin çoxu Sizin adınızla bağlıdır və bir sıra ümumi məsələlərin həllinə peşəkarlıqla, ölçülüb-biçilmiş şəkildə yanaşmanın nəticəsidir. İctimai həyatın harmonikləşdirilməsi işində Azərbaycanın ənənəvi dini birliklərinin möhkəmləndirici rolunu fərəhlə qeyd etmək istərdim.

Ümidvaram ki, Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası arasında xoş qarşılıqlı münasibətlər daha da inkişaf edəcək. İnanıram ki, bu əməkdaşlıq cəmiyyətdə ötəri olmayan mənəvi-əxlaqi dəyərlərin möhkəmlənməsinə və insanların vətənpərvərlik tərbiyəsinə, sülh və vətəndaş həmrəyliyi mühitinin yaradılmasına bundan sonra da kömək edəcək.

Bu bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına firavanlıq, ölkənin rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Babək Cahandarov

Paylaş:
659

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər