Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib | 1news.az | Xəbərlər
Dünya

Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib

11:26 - 19 / 04 / 2019
Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 18-də Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə keçirilən aksiya İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.

Bu il də aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Rusiya paytaxtında təhsil alan digər millətlərdən olan tələbələr qoşulub.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev jurnalistlərə bildirib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu aksiya artıq 10-cu ildir ki, keçirilir. Samir Əliyev qeyd edib ki, xeyriyyə aksiyasının donorları qan verərkən həm öz sağlamlıqları barədə məlumat əldə edir, həm də qana ehtiyacı olan insanlara yardım göstərirlər.

Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor Əliheydər Rəhimov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyanın artıq ənənə halı aldığını vurğulayaraq deyib: “İl ərzində RAGB tərəfindən bir neçə dəfə qanvermə aksiyaları təşkil olunur. Bu xeyriyyəçilik aksiyasının təşkilinə görə, Qan Mərkəzi kollektivi adından Leyla Əliyevaya təşəkkürümü bildirmək istəyirəm”.

“Qanın milliyyəti yoxdur” aksiyası təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da təşkil edilir. Hər il bu aksiyada minlərlə gənc iştirak edir.

1news.az

Paylaş:
711

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər