Monteneqro Prezidenti Azərbaycana gələcək | 1news.az | Xəbərlər
Siyasət

Monteneqro Prezidenti Azərbaycana gələcək

15:43 - 19 / 02 / 2018
Monteneqro Prezidenti Azərbaycana gələcək

Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, komitənin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Monteneqro Prezidenti F.Vuyanoviç iştirak edəcək.

“İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan Forumda F.Vuyanoviçin çıxışı nəzərdə tutulub.

Monteneqro Prezidentinin Çinin xarici siyasəti mövzusunda keçiriləcək paneldə çıxışı planlaşdırılır.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Monteneqro arasında artıq bir neçə ildir sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq F.Vuyanoviç artıq üçüncü dəfədir Qlobal Bakı Forumuna qatılır. O, bundan əvvəl 2016 və 2017-ci illərdə IV və V Qlobal Bakı Forumlarında iştirak edib.

VI Qlobal Bakı Forumunda Monteneqro Prezidenti ilə yanaşı, Albaniya Prezidenti İlir Meta və digər dövlətlərin prezidentlərinin, hökumət başçılarının iştirakı gözlənilir. Forumda həmçinin, keçmiş dövlət və hökumət rəhbərləri, tanınmış ictimai-siyasi xadimlərdən ibarət 500 nəfərədək qonağın iştrakı planlaşdırılır.

Forumda əsasən beynəlxalq münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə ediləcək.

1news.az 

 

Paylaş:
655

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər