Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib - FOTO

10:03 - 05 / 12 / 2017
Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib - FOTO

3-4 dekabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandum 4 dekabrda Dövlət Agentliyinin sədri İnam Kərimov və Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç tərəfindən imzalanıb. Memorandumda “ASAN xidmət” modeli əsasında Monteneqroda dövlət və özəl xidmətlər göstərən mərkəzlərin yaradılması, bu məqsədlə qurumlararası təcrübə proqramlarının və təlimlərin təşkil olunması, tanışlıq səfərlərinin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib, Suzana Pribiloviç və İnam Kərimov jurnalistlərin suallarını cavablandırıblar.

Sonra İ.Kərimov Monteneqronun Baş nazirinin müavini Zoran Pajinlə görüşüb.

Görüşdə son illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu təcrübəsi, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi müzakirə edilib. Həmçinin, dövlət xidmətlərinin göstərilməsi və bu sahənin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb. Z.Pajin Monteneqro ilə Azərbaycan arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən məmnunluğunu bildirib. O, iki dost ölkə arasında yeni sahədə əməkdaşlığın qurulmasından razılığını ifadə edib və bu sahədə əməkdaşlığın genişlənməsinə Monteneqro hökuməti tərəfindən hərtərəfli dəstəyin veriləcəyini qeyd edib.

Nümayəndə həyəti səfərin sonunda Podqoritsa şəhərindəki Kral Parkında görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin büstünü ziyarət edib, önünə tər çiçək qoyublar.

Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Azərbaycanın Monteneqrodakı Diplomatik Nümayəndəliyinin müşaviri Anar Əcəmov iştirak edib.

S.Xankişiyeva

Paylaş:
625

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər