Modern Diplomacy: İlham Əliyev – İslam dünyasının fenomeni | 1news.az | Xəbərlər
Siyasət

Modern Diplomacy: İlham Əliyev – İslam dünyasının fenomeni

16:34 - 22 / 04 / 2018
Modern Diplomacy: İlham Əliyev – İslam dünyasının fenomeni

Azərbaycan həmrəylik körpüsü funksiyasını yerinə yetirir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin urdu müəllimi Eldost İbrahimovun "Modern Diplomacy" analitik resursu tərəfindən dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, 20-ci əsr ərzində iki dəfə müstəqillik elan edən Azərbaycanın tam qloballaşma, beynəlxalq inteqrasiya və sosial ziddiyyətlər dövründə öz müstəqilliyini saxlaması çox vacibdir: "Bu cür mürəkkəb tarixi şəraitdə görkəmli siyasətçi və dövlət xadimi, dünyada məşhur və hörmətli insan – İlham Əliyevin bu məsuliyyətli missiyaya sadiqliyi və onu uğurla həyata keçirməsini Azərbaycanın müasir tarixinin qızıl əsri kimi xarakterizə etmək olar".

Müəllifin sözlərinə görə, Prezident İlham Əliyevin dövlət başçısı vəzifəsində fəaliyyəti dövründə uğurlu xarici siyasət aparması Azərbaycanın gələcək həyatına mühüm təsir göstərib: "Azərbaycan müstəqillik əldə edəndən sonra dünyanın bütün dövlətləri ilə normal münasibətlər qurub. İslam dövlətləri ilə yaxşı münasibətlərdə olarkən, Azərbaycan həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam dünyasının maraqlarını qoruyur və beynəlxalq hüququn tələblərinə uyğun olaraq bu ölkələrlə əməkdaşlığı davam etdirir".

Məhz bu nöqteyi-nəzərdən, E.İbrahimovun sözlərinə görə, Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamına əsasən, 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması Azərbaycanın müsəlman ölkələrinin birliyinə olan həssas münasibətlərinin müsbət nümunəsidir: "Azərbaycan tarixində ilk dəfə Prezident İlham Əliyev İslam dünyasına siyasi mesaj göndərib, bir mövqedən hərəkət etməyin, birliyə və eyni zamanda dünyaya inteqrasiyaya nail olmağın vacibliyini göstərib".

Məqalədə bildirilir ki, ancaq Azərbaycan kimi multikulturalizm və həmrəyliyin hökm sürdüyü, müxtəlif millətlər və dinlərin nümayəndələrinin vətəndaşlarının sülhdə yaşadığı bir ölkənin Prezidentinin belə bir mesaj etməyə mənəvi haqqı var.

S.Xankişiyeva

 

Paylaş:
447

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər