Misirlilər prezidentin səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib | 1news.az | Xəbərlər
Dünya

Misirlilər prezidentin səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib

10:04 - 24 / 04 / 2019
Misirlilər prezidentin səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib

Misir seçicilərinin 89 faizi konstitusiyaya dəyişikliklərin edilməsinə, o cümlədən prezidentin səlahiyyət müddətinin uzadılmasına səs verib.

1news.az xəbər verir ki, Misirin Milli Seçki Komissiyasının sədri Laşin İbrahim aprelin 20-22-də baş tutan konstitusiyaya düzəlişlərin edilməsinə dair ümumxalq referendumun nəticələri barədə məlumat verərək qeyd edib.

Bildirib ki, əsas qanuna dəyişikliklərin edilməsini misirlilərin 88,83 faizi dəstəkləyib və səsvermədə iştirak 44,33 faiz təşkil edib. Onun sözlərinə görə, dəyişikliklər elan olunan andan qüvvəyə minir.

Səsvermədə səs hüququna malik 27 milyondan çox seçici iştirak edib.

Misir konstitusiyasında səsverməyə 12 düzəliş təklif edilmişdi, onlardan ən əsası ölkə başçısının səlahiyyət müddətinin 4 ildən 6 ilə kimi uzadılmasıdır. Əsas qanunun yeni redaksiyasına əsasən, hazırkı prezident Əbdül Fəttah əs-Sisi 2030-cu ilə qədər hakimiyyətdə qalmaq hüququna malik olur. Belə ki, 2018-ci ildə prezident seçilmiş Əbdül Fəttah əs-Sisinin səlahiyyət müddəti 2022-ci ildə yox, 2024-cü ildə bitəcək. Bundan sonra da o, daha bir müddətə seçilmək hüququ qazanıb.

1news.az

Paylaş:
392

Son xəbərlər

“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32
Bütün xəbərlər