Misir səfiri Mübariz Qurbanlı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Misir səfiri Mübariz Qurbanlı ilə görüşüb

17:26 - 16 / 03 / 2018
Misir səfiri Mübariz Qurbanlı ilə görüşüb

Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb.

1news.az-a Misir səfirliyindən verilən məlumata görə, görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub.

Misirin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.

Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə səfiri məlumatlandıran M. Qurbanlı dinə dövlət qayğısından bəhs edib. Bildirib ki, ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, dini ibadətgahların inşasına və bərpasına xüsusi önəm verir. Eyni zamanda, mütəmadi olaraq, müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərarası qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin 2016-cı ili ölkədə “Multikulturalizm ili”, onun məntiqi davamı olaraq ötən ili “İslam Həmrəyliyi İli” elan etməsi buna ən yaxşı nümunədir.

Adel İbrahim Ahmed İbrahim səfir kimi qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq, ölkəmizdəki inkişafın, sabitliyin, dini dözümlülüyün yüksək səviyyədə olmasının əyani şahidi olduğunu deyib. Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrə toxunan diplomat iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfirə Dövlət Komitəsinin ərəb dilində nəşr etdirdiyi işğal altındakı maddi-mənəvi irsimizin məhv edilməsi faktlarının əks olunduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı təqdim edilib.

P.Sultanova

Paylaş:
524

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər