Misir səfiri Allahşükür Paşazadə ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Misir səfiri Allahşükür Paşazadə ilə görüşüb

13:11 - 15 / 03 / 2018
Misir səfiri Allahşükür Paşazadə ilə görüşüb

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, səfiri səmimi salamlayan QMİ sədri Azərbaycan-Misir əlaqələrinin bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də olan səviyyəsindən razılığını bildirdi.

İstər sovetlər dönəmində, istərsə müstəqillik dövründə Azərbaycanın Misirlə əlaqələrinin xalqlarımız arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə rəvac verdiyini bildirən Şeyxülislam, ümummulli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətləri dövründə yeni, daha yüksək dövlətlərarası səviyyəyə qalxmasından məmnunluqla bəhs etdi.

QMİ sədri, həmçinin Misirin din xadimləri ilə münasibətlərini yüksək dəyərləndirərək, bütün beynəlxalq konfranslarda yüksək əməkdaşlıq münasibətlərindən danışdı. Bu yaxınlarda 2017-ci ilin dekabrında Bakıda keçirilmiş İslam Həmrəyliyi İlinin yekunlarına dair beynəlxalq konfransda Misirin ali dini liderinin iştirakını rəğbətlə xatırladı. Şeyxülislam səfirə məlumat verdi ki, həmin konfransın yekun qərarına əsasən mərkəzi Azərbaycanda olacaq Qafqaz Müsəlmanları İdarəsi yanında fəaliyyət göstərəcək yeni yaradılmış “Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq” Mərkəzində Misirin yüksək səviyyəli nümayəndəsi də yer alıb.

Misirin müsəlman dünyasında rolunu dəyərləndirən Şeyxülislam Allahşükür Paşazadə həmçinin,  Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfələrdən bəhs edib. Misirin dünyaca məhşur Əl-Əzhar Universitetinin İslam dünyası üçün əhəmiyyətindən danışan QMİ sədri, Misir xalqına yeni uğurlar dilədi, Novruz ərəfəsində səadət və rifah arzularını qardaş Misir xalqına və onun rəhbərliyinə çatdırmağı səfirdən xahiş etdi. QMİ sədri səfirə Azərbaycanda qarşıdakı fəaliyyətində uğurlaq dilədi.

Azərbaycanın çox gözəl ölkə olduğunu deyən Adel İbrahim Ahmed İbrahim burada özünü evindəki kimi hiss etdiyini qeyd etdi. Misir xalqının Azərbaycana və Azərbaycan xalqına səmimi hisslər bəslədiyini bildirdi. Səfir hər iki ölkə rəhbərliyinin dəstəyi ilə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Səfir Adel İbrahim Ahmed İbrahim Qafqazın ali dini lideri Şeyxülislam Allahşükür Paşazadəyə səmimi qəbula görə təşəkkürünü bildirdi və Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost münasibətlərinin inkişafına öz töhfəsini vermək səylərini əsirgəməyəciyini bildirdi.

Səmimi şəraitdə keçən görüşün sonunda səfirə xatirə hədiyyəsi və Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətinə həsr olunmuş albom-kitab hədiyyə olundu.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər