Misir prezidenti Şahin Mustafayevi qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Misir prezidenti Şahin Mustafayevi qəbul edib

20:41 - 22 / 02 / 2018
Misir prezidenti Şahin Mustafayevi qəbul edib

Bu gün Misir prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Ş. Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan ilə Misir arasında hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Ş. Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq ərazilərimizi işğal altında saxlamaqda davam edir.

Ş. Mustafayev Misirə səfəri çərçivəsində keçirdiyi görüşlər, Müştərək Komisiyanın iclası və imzalanacaq sənədlər barədə Misir prezidentinə məlumat verib.

Bu ilin mart ayında Misirdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumatlı olduğunu qeyd edən İqtisadiyyat naziri prezident Əbdülfəttah əs-Sisiyə uğurlar arzulayıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisi diqqətə çatdırıb ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Misir və Azərbaycan xalqlarının dost və qardaş xalqlar olduğunu vurğulayan Misir prezidenti ölkəsinin çətin vaxtlarında göstərilən köməyə görə Azərbaycan xalqına və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Misir prezidenti onun salamlarını Azərbaycan prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib və qarşıdan gələn prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzulayıb.

1news.az

Paylaş:
539

Son xəbərlər

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04
Bütün xəbərlər