Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyətə başlayıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyətə başlayıb – FOTO

13:20 - 14 / 03 / 2018
Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyətə başlayıb – FOTO

Mingəçevir “ASAN Həyat” kompleksi martın 12-dən etibarən fəaliyyətə başlayıb.

1news.az xəbər verir ki, martın 13-də KİV nümayəndələrinin iştirakı ilə regional kompleksə tanışlıq səfəri təşkil olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib ki, “ASAN Həyat” kompleksi müasir üslubda inşa olunmuş 3 mərtəbəli inzibati binadan və 3 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalarından ibarətdir.

Mingəçevir regional “ASAN xidmət” mərkəzində video müşahidə, video növbə sistemləri, 1 lift, 2 eskalator, yanğın söndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb.

Mərkəzdə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi üçün  5 “ASAN ödəniş” terminalı mövcuddur.

Kompleksdə çalışan əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir.

Mingəçevir regional “ASAN Həyat” kompleksində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət təqdim olunur. Bundan əlavə, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir.

Mərkəzdə xidmət göstərən dövlət orqanlarının əhatə dairəsi kifayət qədər genişdir. Burada Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsinin təmsilçiləri vətəndaşlara öz xidmətlərini yüksək peşəkarlıqla təqdim edirlər.

Bundan əlavə, mərkəz 68 növ funksional yardımçı xidmət (bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları) də həyata keçirir. Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsipləri əsasında qurulan mərkəzin fəaliyyətinin başlıca hədəfi vətəndaşların rahatlığını təmin etmək, dövlət məmuru-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə nail olmaqdır.

Kompleks fəaliyyətə başladığı gündən bəri bölgənin 1100-dən çox vətəndaşına xidmət göstərib. Ümumilikdə isə, kompleks Mingəçevir şəhəri ilə yanaşı, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək.

Mingəçevir “ASAN Həyat” kompleksinin ilk müştərisi olan İlqar Həsənli jurnalistlərə müsahibəsində deyib: “16 yaşı tamam olan oğlum Fərid üçün şəxsiyyət vəsiqəsi aldım. Doğrusu, burada təsəvvürümə gətirə bilmədiyim bir mühitə düşmüşəm. Bizə göstərilən yüksək nəzakətdən, qayğı və diqqətdən çox məmnunuq. Vaxt itirmədən şəxsiyyət vəsiqəmi aldım. Burada xidmət həqiqətən də çox sadələşdirilib və asanlaşdırılıb. Bura gələn vətəndaşların rahatlığı və xidmətdən razı qalmaları üçün ən ideal şərait yaradılıb. Bizə yaradılan şəraitə görə Prezidentimizə təşəkkür edirik.”

Qeyd edək ki, Mingəçevir “ASAN Həyat” kompleksinin nəzdində “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektləri də fəaliyyət göstərir. Vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər.

Belə ki, “ASAN Həyat” kompleksi üçün ayrılan 1,21 hektar ərazidə vətəndaşların istirahəti üçün açıq zona hesab olunan geniş park və uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları (kinoteatr) – kafe teras və rəqs meydançası nəzərdə tutulub. Kinoteatrda Azərbaycan filmləri ilə yanaşı, müxtəlif ölkələrdə istehsalı olan filmlərində nümayiş etdiriləcək.

Bundan əlavə kompleksdə Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” Mərkəzi yaradılıb. Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır.

“ASAN Peşə” Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Belə ki, layihəyə uyğun olaraq “ASAN Peşə” Mərkəzində 4 istiqamət üzrə - elektrik, mexanika, santexnika, tikiş işləri üzrə ən müasir maddi-texniki baza, mütəxəssislərinin iştirakı nəzərdə tutulub.

Babək Cahandarov

Paylaş:
5826

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər