Millimiz evdə darmadağın oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Millimiz evdə darmadağın oldu – VİDEO

09:50 - 12 / 06 / 2019
Millimiz evdə darmadağın oldu – VİDEO

Milli komandamız dünən axşam Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.

1news.az-ın məlumatına görə, yığmamız doğma azarkeşlər önündə Slovakiya millisini qəbul edib. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu dəfə daha ağır məğubiyyətlə üzləşib.

Oyunda hesab 8-ci dəqiqədə açılıb. Stanislav Lobotka qonaqların ilk qoluna imza atıb. 27-ci dəqiqədə Yuray Kuçka  hesab arasındakı fərqi iki topa çatdırıb. Bir dəqiqə sonra Ramil Şeydayev hesab arasında fərqi azaltsa da, daha üç qol vuran qonaqlar meydandan 5:1 hesablı qələbə ilə ayrılıblar. Millimiz isə növbəti dəfə biabırçı məğlubiyyətlə üzləşib.

E qrupunun digər oyununda Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edib. Rəqibini minimal hesabla məğlub edən macarlar qrupda liderliyə yüksəliblər.

11 iyun
 
Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan - Slovakiya - 1:5 
Qol: 
Stanislav Lobotka, 8 (0:1), Yuray Kuçka, 27 (0:2), Ramil Şeydayev, 28 (1:2), Marek Hamşik, 30 (1:3), Marek Hamşik, 57 (1:4), David Hançko, 85 (1:5)
Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. "Bakcell Arena"

22:45. Macarıstan - Uels - 1:0
Qol:
 M. Patkay, 81

1.

Macarıstan

4

3

0

1

6:4

9

2.

Slovakiya

3

2

0

1

7:2

6

3.

Xorvatiya

3

2

0

1

5:4

6

4.

Uels

3

1

0

2

2:3

3

5.

Azərbaycan

3

0

0

3

3:10

0


1news.az

Paylaş:
592

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər