Milli Qəhrəman Çingiz Qurbanovun anım mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Milli Qəhrəman Çingiz Qurbanovun anım mərasimi keçirilib – FOTO

13:15 - 25 / 11 / 2017
Milli Qəhrəman Çingiz Qurbanovun anım mərasimi keçirilib – FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş Çingiz Salman oğlu Qurbanovun ad günü münasibətilə Qusar şəhərində anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin bir qrup hərbi quluqçusu, şəhidin ailə üzvləri, eləcə də Qusar rayon İcra Hakimiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəmanın məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil qoyub və qərənfillər düzüblər.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, anım mərasimində Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan söhbət açıb. Şəhid əsgərin xidmətlərinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, adının əbədiləşdirildiyini, xatirəsinin əziz tutulduğunu, Silahlı Qüvvələr tarixində ilk olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə adının xidmət etdiyi döyüş mövqeyinə verildiyini və şəxsi heyətin daimi siyahısına salındığını qeyd edib.

A.Qurbani Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2017-ci il fevralın 9-da Mili Qəhrəman Ç.Qurbanovun ailə üzvləri ilə görüşdə dediklərini mərasim iştirakçılarına bir daha xatırladaraq bildirib ki, əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üzbəüz qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır.

Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq. Bu, bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var. O, böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir.

Polkovnik Münasib Babayev Milli Qəhrəman Ç.Qurbanovun öz igidliyi ilə Azərbaycanın şanlı döyüş salnaməsinə yeni səhifə yazdığını, hər bir hərbi qulluqçu üçün örnək olduğunu vurğulayıb və böyük qürur hissi ilə deyib ki, hazırda ordumuzun sıralarında yüzlərlə, minlərlə Çingiz kimi igid oğullar var və onlar ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar.

Qusar rayon İcra Hakimiyyəti Başçısının müavini Elman Mustafayev bildirib ki, ordu sıralarına fiziki və mənəvi cəhətdən sağlam gənclərin hazırlanması, ordu ilə xalqın birliyinin daha da möhkəmləndirilməsi məsələləri Qusar rayonunda da prioritetdir. Bu məqsədlə Müdafiə Nazirliyi ilə birgə keçirilən kütləvi vətənpərvərlik tədbirləri mühüm əhəmiyyət kəsb edir.

“Dekabrın 29-da oğlumun həlak olduğu vaxtdan düz bir il ötəcəkdir. Ancaq bu müddət ərzində dövlətimizin başçısından, Müdafiə Nazirliyinin rəhbərliyindən, eləcə də qədirbilən, xeyirxah xalqımızdan o qədər diqqət və qayğı görmüşük ki, oğul itkisini tamamilə unutmuşuq. Digər oğlum da, mən də Ali Baş Komandanın əmri ilə silah götürüb döyüşə yollanmağa hər an hazırıq. Təki Vətən sağ olsun!”, - şəhidin atası Salman Qurbanov deyib.

***

Mərasim Milli Qəhrəmanın xatirə lövhəsi vurulan küçədə davam etdirilib. Tədbir iştirakçıları şəhidin baralyefi qarşısına qərənfillər düzüblər. Ulu öndər Heydər Əliyevin və möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qusarlıların əvəzsiz xidmətləri barədə dedikləri xatırlanıb.

A.Qurbani xalqımızın Ümummilli Liderinin Qusar ictimaiyyəti nümayəndləri ilə görüşündən, general-mayor Mahmud Əbilovun yüz illik yubileyinin keçirilməsi haqqında sərəncamından, görkəmli sərkərdənin vətənində abidəsinin ucaldılmasındakı unudulmaz xidmətlərindən, Ulu Öndərin Qusarda qələbəliklə qarşılanmasından danışıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov qusarlıların bütün zamanlarda Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olduqlarını vurğulayıb. Rayon gənclərinin hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində təmsil olunduqlarını, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini iftixarla qeyd edib. Şəhid ailələrinə, müharibədə sağlamlığını itirənlərə, veteranlara dövlət qayğısından minnətdarlıqla danışıb.

“Gözləyirik ki, Qarabağ müharibəsinin ikinci mərhələsi başlasın, aprel döyüşləri təkarlansın. Onda görəcəksiniz ki, Qusarda hələ nə qədər Çingiz kimi oğullar var” - veteran döyüşçü C.Hörmətov deyib.

Zabit Münasib Babayev, şəhidin qardaşı Beydulla Qurbanov çıxış ediblər. Sonda şəhidin anası Nailə xanım əsgərlərə müraciətlə deyib: - “Siz hər biriniz mənim nəzərimdə Çingizsiniz. Mən sizin simanızda Çingizi görürəm və inanıram ki, Çingizimin və digər şəhidlərimizin intiqamını siz alacaqsınız. Müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi altında qələbə bayrağımız tezliklə Şuşada, Xankəndidə və işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır”.

Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin nəşri olan A.Qurbaninin “Çingiz dastanı” kitabı hədiyyə edilib.

S.Xankişiyeva

 

Paylaş:
1101

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərindəki ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər