Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib

10:02 - 26 / 04 / 2019
Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib

Aprelin 25-də Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, Şəhidlər xiyabanında qəhrəmanın məzarı önündə keçirilən xatirə tədbirində Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyinin nümayəndələri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov,  İsrailin ölkəmizdəki səfiri Dan Stav, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qarabağ veteranları, qazilər, məktəblilər, şəhidin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın xatirəsini yad edərək, dərin ehtiramlarını bildirib. Məzar önünə Müdafiə Nazirliyi adından əklil qoyulub və gül dəstələri düzülüb.

Anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü  və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Aydın Əyyubov Milli Qəhrəman Albert Aqarunovun yubiley tədbirində iştirak etdiyinə görə qürur hissi yaşadığını, onun vətənpərvərliyinin, qəhrəmanlığının, şərəfli döyüş yolunun Azərbaycan Ordusunun şəxsi heyətinə nümunə olduğunu və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin anım günlərinin keçirilməsinin əhəmiyyətini qeyd edib. “Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi şəxsi heyətin hərbi vətənpərvərlik tərbiyəsinə, döyüş ruhunun yüksəldilməsinə, mənəvi-psixoloji  hazırlığın və vətənpəvərlik hisslərinin artırılmasına böyük töhfələr verir.  Milli Qəhrəman Albert Aqarunovun  xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Adı Azərbaycan əsgərinə qəhrəmanlıq, cəsurluq nümunəsi kimi çəkiləcək.”

Anım mərasiminin sonunda Dağ Yəhudiləri Dini İcmasının  və “Dədə Qorqud” Milli Fondunun birgə layihəsi əsasında təsis edilən “Albert Aqarunov”  ordeninin təqdimatı keçirilib və ilk olaraq ordenlər qəhrəmanın döyüş yoldaşlarına təqdim olunub.  

Sonra Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə keçirilən tədbir Beynəlxalq Mətbuat Mərkəzində davam edib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra BDM-in sədri İsmayıl Ağayev çıxış edərək A.Aqarunovun şərəfli həyat yolundan, onun döyüşlərdə iştirakından danışıb. Bildirib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da canını Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fəda edib.
Azərbaycan çoxmillətli ölkə olduğunu söyləyən İ.Ağayev vurğulayıb ki, ölkəmizdə yaşayan hər bir millətin nümayəndəsi ərazi bütövlüyümüz, müstəqilliyimiz, suverenliyimiz uğrunda canından keçməyə hazırdır. Albert də hər bir Azərbaycan vətəndaşı kimi Vətən uğrunda canından keçdi.

Xalq şairi Sabir Rüstəmxanlı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda dinindən, dilindən və millətindən asılı olmayaraq hər kəs sərbəst yaşayır. Məhz bunun nəticəsidir ki, qeyri-müsəlman əhalinin də bu ölkəyə məhəbbəti sonsuzdur. A.Aqarunov yəhudi əsilli olsa da, Azərbaycan vətəndaşı kimi bu dövlətə borcunu canı ilə ödədi və qəhrəman vətən övladı kimi şəhid oldu. Xalqımız bu qəhrəman övladının xatirəsini daim uca tutacaq.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Albert Aqarunovun Dağlıq Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. O bildirib ki, Qarabağ müharibəsinin başlaması ilə A.Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Hərbi əməliyyatlar zamanı, o, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində düşmənin xeyli canlı qüvvə və zirehli texnikasını məhv edib. Tank komandiri təyin edilən A.Aqarunov Şuşaya göndərilib. 1992-ci il mayın 8-də Şuşa uğrunda döyüşlərdə tankçı Albert Aqarunov qəhrəmancasına həlak olub. O, igidliyinə görə Azərbaycanın ən yüksək hərbi mükafatına layiq görülüb.

Sonra Albert Aqarunovun qardaşı, Beynəlxalq Diaspor Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri Rantik Aqarunov Azərbaycan xalqına qardaşının xatirəsini daim əziz tutduqları üçün minnətdarlığını bildirib.

Tədbirin sonunda Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

1news.az

Paylaş:
802

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər