Millət vəkili "Azərbaycanı sıçrayışlı inkişaf gözləyir" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Millət vəkili "Azərbaycanı sıçrayışlı inkişaf gözləyir"

13:52 - 12 / 10 / 2018
Millət vəkili "Azərbaycanı sıçrayışlı inkişaf gözləyir"

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının toxunduğu hər bir sahə ölkəmizin iqtisadiyyatı üçün prioritetdir və verdiyi hər bir tapşırıq gələcək inkişafımız üçün bir proqramdır.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O deyib ki, Azərbaycanın sosial-iqtisadi inkişafından danışan Prezident yola saldığımız 9 ayın ölkəmiz üçün uğulu olduğunu vurguladı:

“Cari ilin 9 ayının statistik göstəricilərinə nəzər salanda biz görürük ki, cənab Prezdentin yürütdüyü düşünülmüş sosial-iqtisadi siyasət həqiqətən ölkəmizi inkişafa doğru aparır. Cari ilin 9 ayı ərzində ümumi daxili məhsulun 0,8%, qeyri-neft sektorunun 1%, sənayenin2%, qeyri-neft sənayenin 10,8% , kənd təsərrüfatın 4,3%, xarici ticarət dövrüyyəsinin 37%, qeyri-neft məhsulların ixracının 14% artması, infilyasının 2,6%, əhalinin pul gəlrlərinin isə 9,5% artması onu göstərir ki, Azərbaycanın iqtisadiyyatı tərəqqi yolundadır.

İqtisadiyyata 9 milyard dollar, o cümələdən qeyri-neft sektoruna 5,6 milyard dollar investisiyanın yatırılması və 85 min yeni daimi iş yerlərinin yaranması təbii ki, uğurlu iqtisadi siyasətimizin bəhrəsidir.

 Dövlət büdcəsinə artımlar edərək, düzəlişlər edilməklə iqtisadiyyata milyardlarla dollar investisyaların yönəldilməsinə baxmayaraq, ölkəmizin maliyyə təhlükəsizlik yastığını təşkil edən valyuta ehtiyatlarımız yola saldığımız 9 ayı ərzində 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Təbii ki, bu da  iqtisadiyyatımızın dinamik inkişafının göstəricisidir”.

Millət vəkili 9 ayın sosial-iqtisadi yekunlarını çox müsbət qiymətləndirdiyini,  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasətin çox uğurlu olduğunu əlavə edib.

A.Badamov cari ilin sonuna kimi əldə edilmiş nəticələrin daha artacağını deyib. Onun sözlərinə görə, bu, reallıqdır və ilin sonuna qədər əldə edilmiş nəticələrin daha yüksək olacağını əminliklə deyə bilərik:

“Çünki, qəbul olunmuş proqramlar, həyata keçirməyə başladığımız layihələr və ilin sonuna qədər müəyyən olunmuş hədəflər uğurla icra olunur. Ölkəmizdə ilin sonuna qədər yeni sənaye və kənd təsərrüfatı müəssisələrin açılışları olacaq, yeni məhsulların və malların istehsalı həyata keçiriləcək, ixracımız artacaq, yeni iş yerlərin sayı daha artacaq və ümumiyyətlə, ölkəmizə gələn valyutanın həcmi çoxalacaq. Bu da Azərbaycan iqtisadiyyatının makroiqtisadi sabitliyini qoruyub saxlayacaq və 2019-cu ilə inamla getməyimizə şərait yaradacaq. Düşünürəm ki, ölkəmizin sosial-iqtisadi sferasıının istiqamətləri və prioritetləri uğurludur və gələcək illərdə Azərbaycanı sıçrayışlı inkişaf gözləyir. Bir neçə ildən sonra Azərbaycan dünyanın ən qabaqcıl öılkəsinə çevriləcəkdir. Bunun üçün bütün imkanlar var  və mövcud potensialdan çox səmərəli istifadə olunur”.

1news.az

Paylaş:
466

Son xəbərlər

Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36
Bütün xəbərlər