#MFLStars: “Champion Sport FC” United Sport MFL 2018/19-u fəth etmək niyyətindədir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

#MFLStars: “Champion Sport FC” United Sport MFL 2018/19-u fəth etmək niyyətindədir – FOTO – VİDEO

11:19 - 01 / 04 / 2019
#MFLStars: “Champion Sport FC” United Sport MFL 2018/19-u fəth etmək niyyətindədir – FOTO – VİDEO

Əgər komandanın adı “Champion Sport FC”dirsə, deməli onların yalnız bir məqsədi var.

United Sport MFL 2018/19-un budəfəki mövsümündə çıxış edən “Champion Sport FC” komandası minimum vəzifəni yerinə yetirə bilib. Komanda pley-off mərhələsinə yüksələrək Infinity Konferensiyasında üçüncü yerə sahib olub.

Aprelin əvvəlində komandanı həlledici matçlar gözləyir. “Champion Sport FC” komandası qarşısına yalnız bir məqsəd qoyub – çempionluq.

İdmanla məşğul olan hər bir kəs həyatında bir dəfə olsa belə “Champion Sport” idman mağazasına gedib. Mağaza istər peşəkar, istərsə də həvəskar səviyyədə idmanla məşğul olanlar üçün futbol butsları, idman ayaqqabıları, eləcə də idman avadanlıqları ilə tam təchiz olunub.

İdman mağazası artıq 20 ildir ki, fəaliyyət göstərir. Mağazanın meneceri Orxan Quliyev bu illər ərzində saysız-hesabsız dünya və Avropa çempionlarını idman məhsulları ilə təmin etdiklərini bildirib:

“İdmançılar bizə etibar edir. İlk növbədə “Champion Sport FC” mağazası yüksək xidməti ilə seçilir”.

“Champion Sport” mağazasının meneceri qeyd edir ki, komanda üçün hər cür şərait yaradılıb:

“Sevindirici haldır ki, komandamız çox yaxşı futbol nümayiş etdirir. “Champion Sport FC” çempionluq üçün oynayır”.

Ötən mövsümdə komanda başqa ad altında çıxış edib, finala yüksələrək MFL-in vitse-çempionu olub. İndi isə komanda ən yüksək nailiyyətə çatmağa can atır. Komandanın heyətində ictimaiyyətə futbol üzrə tanış olan oyunçular oynayır. Bunlar milli komandamızın eks-futbolçuları Emin İmaməliyev və Xəqani Məmmədovdur.

“Champion Sport” sponsorumuz olduqdan sonra gücümüz daha da artdı”, - komandanın kapitanı Amin Hüseynov deyib.

Müasir futbolda uğur maliyyə ilə bağlıdır. Amin Hüseynov etiraf edir ki, əvvəllər komadanın maddi çətinlikləri olub:

“Açığı, müəyyən problemlərimiz vardı. Bu probemləri həll etməkdə bizə “Champion Sport”un rəhbərliyi və şəxsən Tural müəllim köməklik etdi. İndi komandamızın heç bir problemi yoxdur”.

Həmçinin Əli Hüseynzadə də kapitanın sözlərini dəstələyir:

“Maliyyə problemləri artıq həll olunub. Lakin daha ciddi məsələlər var. Futbolu ürəkdən oynamaq lazımdır. Bu, hər şeydən vacibdir. Komandamızda sabiq futbolçular oynayır. Onlarla birlikdə oynamaq zövqvericidir”.

Rəqiblərindən danışan Əli Hüseynzadə qeyd edir ki, komanda öz gücünə inanır:

“United Sport MFL 2018/19-da çoxlu güclü komandalar var. Lakin biz də güclüyük”.

MFL United Sport 2018/19Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın rəsmi saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.

MFL-i izləyin:

MFL Facebook

MFL Instagram

MFL Youtube

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1011

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər