MFL League of Nations 2018: Azərbaycanın ən böyük həvəskar liqasının yeni layihəsində həyəcan artır | 1news.az | Xəbərlər
Futbol

MFL League of Nations 2018: Azərbaycanın ən böyük həvəskar liqasının yeni layihəsində həyəcan artır

15:10 - 13 / 02 / 2018
MFL League of Nations 2018: Azərbaycanın ən böyük həvəskar liqasının yeni layihəsində həyəcan artır

Azərbaycanın ən böyük həvəskar liqasının yeni turniri olan MFL League of Nations 2018-in liderləri ortaya çıxmağa başlayır. Yeni turnir müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində çalışan futbolsevərləri bir araya gətirdi.

MFL League of Nations 2018-də 12 səfirlik, eləcə də BMT-nin komandası iştirak edir. Komandalar iki Konferensiyaya bölünüblər. Öz aralarında keçirdikləri oyunlarla 1/4 finalda oynayacaq komandaları müəyyənləşdirəcəklər. Sonra isə MFL çempionatında olduğu kimi pley-off mərhələsi başlayacaq və burada iştirak edəcək səkkiz komanda çempionluq uğrunda mübarizə aparacaq. 9 həftə davam edəcək turnirin oyunları hər bazar günü keçirilir.

Ötən gün baş tutan ikinci turun oyunları zamanı maraqlı nəticələr qeydə alınıb. Liderlər yenə öz ambisiyalarını davam etdiriblər. A Konferensiyasında Əlcəzair və ABŞ komandaları növbəti dəfə inamlı qələbə qazandılar:

İki turdan sonra hər iki komanda yüzfaizli nəticə göstərib ki, bu da onlara turnir cədvəlinə başçılıq etməyə imkan verir:

Maraqlıdır ki, bu iki komandanın oyunçuları bombardirlərin yarışında da bir-biriləri ilə gərgin mübarizə aparırlar. Hələ ki, turnirin ən yaxşı “snayperi” rəqib qapılarından 8 top keçirən Əlcəzair səfirliyinin futbolçusu Nadir Quliyevdir:

Ən yaxşı assistentlərin siyahısına isə onun komanda yoldaşı başçılıq edir:

B Konferensiyasının da öz favoritləri var. Lakin burada mübarizə daha gərgin xarakter alıb. Sudan və Türkmənistan kifayət qədər ambisiyalı görünsələr də, Türkiyənin komandası onlardan geri qalmaq fikrində deyil. Hər üç komanda keçən turu qələbə ilə başa vurub:

Turnir cədvəlinin yuxarı pillələrində də elə onlar yer alıblar:

Yeri gəlmişkən, bu həftə MFL-in yeni layihəsi - League of Nations 2018-ə həsr edilən #FootballTalks verilişinin yeni buraxılışı işıq üzü gördü. Verilişin qonağı Əlcəzairin Azərbaycandakı səfirinin köməkçisi, iki turdan sonra turnirin ən yaxşı bombardiri olan Nadir Quliyev oldu.

Qeyd edək ki, Əlcəzair səfirliyi turnirin təşkilində böyük rol oynadı. MFL League of Nations 2018-in keçirilmə ideyası bu ölkənin səfirliyi tərəfindən böyük dəstək aldı və nəticədə xarici ölkələrin diplomatik nümayəndəlikləri vahid bir turnirdə bir araya gəldilər.

“Əlbəttə ki, hər şey futbola olan sevgidən başladı” deyən Nadir Quliyev turnirin keçirilmə ideyası barədə danışıb: “Bu fikir həvəskar səviyyədə futbol oynamış səfirin də çox xoşuna gəldi. Biz eyni zamanda digər səfirliklərlə də danışdıq və onlar da belə bir turnirin keçirilməsini çox müsbət qarşıladılar. Azərbaycanın Xarici İşlər Nazirliyi ilə məsləhətləşdikdən sonra isə AFFA-ya müraciət etdik və oradan bizə hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirdilər. Çox sevinirəm ki, turnir məhz iki ildir ki, gərgin mübarizə şəraitində keçən çox maraqlı bir layihə reallaşdıran MFL-in himayəsi altında keçirilir”.

Teymur Maksutov

 

Paylaş:
1633

Son xəbərlər

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09
Bütün xəbərlər